Elm və təhsil
- 135 -
sisələrdə çalışan alimlərin tədqiqatlarının əlaqələn-
dirilməməsi, vahid elmi cəbhə yaradılmaması, elm
adamlarının passiv həyat mövqeyi gənc alimlərin
formalaşmasına pis təsir göstərir.
Müasir dövrdə cəmiyyətşünaslığın əsas məq-
sədlərindən biri ictimai problemlərin öyrənilməsi
sahəsində səyləri birləşdirməklə yanaşı, gənclərin
intellektual tərbiyəsi üçün də şərait yaratmaq, on-
ların müstəqil düşüncə və diskussiya mədəniyyətinə
yiyələnməsinə nail olmaqdan ibarətdir.
Müstəqil Azərbaycanın hərtərəfli surətdə öy-
rənilməsi, kompleks tədqiqat proqramları yaradıl-
ması və bu işə gənc alimlərin cəlb edilməsi, is-
tedadlı gənclərin intellektindən səmərəli istifadə
olunması günün aktual problemlərindəndir.
Biz yolun hələ lap başlanğıcındayıq. Məqsəd
ictimai həyatımızın aktual problemlərinin tədqiqi
sahəsində fayda verə biləcək hər bir adamı, ixtisa-
sından asılı olmayaraq, bu ümumxalq işinə cəlb et-
məkdir.
Bu gün xalqımızı, cəmiyyətimizi, respublika-
mızı narahat edən başlıca məsələləri elm süzgəcin-
dən keçirmək, konkret praktik tövsiyələr hazırlamaq
tələb olunur. Bu iş yalnız gəncliklə bağlı olmayıb,
ümumxalq işidir. Əgər gənc nəsl belə çətin və
mürəkkəb bir vəzifəni öz öhdəsinə götürürsə,
deməli təkcə öz gənclik enerjisinə deyil, həm də
Azərbaycanda elm və onun aktual problemləri
- 136 -
dövlətin, bütün ziyalı ictimaiyyətinin köməkliyinə
ümid bəsləyir.
Əslində buradakı "gənc" anlayışı tamamilə
şərtidir. Gənc alim dedikdə biz elmi axtarış sahə-
sindəki gənclik təravətini hələ də itirməmiş, yara-
dıcılıq ehtirası hələ sönməmiş elm entuziastlarını
nəzərdə tuturuq. Burada "gənclik" elmdə təcrübə-
sizlik kimi deyil, əksinə, elmi eqoizm və konser-
vatizm sahəsində "təcrübəsizlik" kimi başa düşülür.
Yaşın kiçikliyi deyil, intellektual potensialın, hə-
vəsin və enerjinin böyüklüyü əsas götürülür. Gənc
alim formalizm və bürokratiya xəstəliyinə tutulma-
mış, prokrustlaşmamış alimdir.
Qarşıda duran vəzifələr o qədər böyükdür ki,
o qədər problemlər yığılıb qalıb ki, onları nisbətən
qısa müddətdə həll etmək tükənməz enerji və fan-
taziya tələb edir. Burada soyuq ağlın, "normal" elmi
tədqiqatın on ilə gördüyü işi yanar zəka bir ilə gör-
məlidir. Burada daha kiçik müddət, daha böyük sü-
rət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə
tək ilham, tək entuziazm heç nə edə bilməz. Burada
təmkin, səbat ehtirasla, ilhamla birləşməlidir. İm-
pulsiv düşüncə, fəhm qığılcımları soyuq ağlın sərt
skeptisizm sınağından keçməli və əksinə, səbrlə,
inadla, damla-damla yığılan qalaq-qalaq elmi mate-
rial assosiativ təfəkkürün, zəka şöləsinin işığında
saf-çürük edilməli, yüksək nəzəri hazırlığı olan
Elm və təhsil
- 137 -
alimlərin köməyi ilə elmi konsepsiya səviyyəsinə
qaldırılmalıdır.
Tədqiqatçılar gənc, problemlər isə qocadır. İlk
baxışda təzadlı görünsə də, burada müəyyən qanu-
nauyğunluq var. Məsələ burasındadır ki, o problem-
lər yığılıb qalır ki, onlar elmin hər hansı sahəsində
nüfuz sahibi olan adamlar tərəfindən həll oluna bil-
mir, hakim təfəkkür tərzinin "normativ"lərindən kə-
narda çıxır. Yaşlı nəsil həmin təfəkkür tərzinə möh-
kəm surətdə bağlı olduğundan yeni həll yolu, yeni
baxış tələb edən belə problemlər qarşısında aciz qa-
lır. Gənc tədqiqatçılar isə hakim təfəkkür üslubuna,
normal elmin ehkamlarına çox da möhkəm bağlan-
madığına görə problemə bəzən gözlənilməz mövqe-
dən yanaşır, yeni metodlardan istifadə edir. Burada
gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz
müsbət sözünü deyir. Elm tarixindən buna çox mi-
sallar göstərmək olar. Məsələn, XX əsrin əvvəllərin-
də bir sıra fiziki hadisələr Nyuton mexanikası çər-
çivəsində izah edilə bilməyəndə, dövrün bütün gör-
kəmli alimlərinin həll edə bilmədiyi məsələni 25
yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra, mikro-
hadisələr üçün klassik mexanika özünü doğrultma-
yanda yeni kvant mexanikasının əsas qanununu 26
yaşlı V.Heyzenberq kəşf elədi. Şellinq ilk fəlsəfi
əsərini yazanda 20 yaşı var idi. Biz siyahını davam
etdirmək istəmirik. Məqsədimiz budur ki, xalqımı-
zın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq prob-
Azərbaycanda elm və onun aktual problemləri
- 138 -
lemlərinin həllinə məhz gənc alimlərin təşəbbüs
göstərməsi heç kəsdə inamsızlıq doğurmasın.
Belə bir cəhət də nəzərə alınmalıdır ki, nəinki
problemlər, elmin özü də getdikcə qocalır. Görkəm-
li fizik Maks Delbryukun dediyi kimi, elm qocalır,
cəmiyyət isə cavan qalır. Elmin nailiyyətləri üst-
üstə toplanır, elmi informasiya çoxalır, nəhəng elm
ağacı bar gətirdikcə başı aşağı əyilir. Cəmiyyət isə
getdikcə yeniləşir, nəsillər bir-birini əvəz edir. Hər
yeni alim nəsli qarşısında daha mürəkkəb, daha cid-
di problemlər durur. Belə bir şəraitdə gərək yeni
nəslin tədqiqat imkanları da daim artsın.
Bəs, bu imkanları necə artırmaq olar?
Bəlkə yeni nəslin elmi tədqiqat imkanları ge-
netik yolla artır? Xeyr. Müşahidələr göstərir ki, in-
sanın intellektual imkanı çox ləng inkişaf edir. Mə-
sələn, yeni erada bu sahədə nəzərə çarpacaq təka-
mül hiss olunmur. Qalileyin Aristotelə və ya Eyn-
şteynin Qalileyə nəzərən intellektual üstünlüyündən
danışmaq üçün heç bir əsas yoxdur. Bununla belə,
Qaliley Aristotelə, Eynşteyn isə Qalileyə düzəliş
vermişdir. Məsələ burasındadır ki, intellektual sə-
viyyəsindən asılı olmayaraq hər sonra gələn nəsil
əvvəlki nəsildən miras qalmış daha mükəmməl elmi
aparata və metodlara yiyələnmiş olur. Bu da prob-
lemlərə daha dərin nüfuz eləmək imkanı yaradır.
Digər tərəfdən, qabaqcıl ölkələrdə elmin sosial
strukturu getdikcə təkmilləşir, əmək bölgüsü güc-
Dostları ilə paylaş: |