Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Elm və təhsil 
 
 
- 123 -
bi sayına görə ali məktəb akademiya və sahə elmini 
xeyli qabaqlayır. Belə bir şəraitdə fundamental elmi 
tədqiqat  işinin  əsasən  Akademiya  institutlarında 
aparılması,  ali  məktəblərin  isə  bu  işə  ancaq  qismən 
qoşulması  yolverilməz  haldır.  Respublikanın  məh-
dud imkanları müqabilində bütün elmi avadanlıq və 
təchizat  mərkəzləşdirilməli  olduğu  halda,  tam  bir 
pərakəndəlik hökm sürür. 
Elmin  idarə  olunması  hələ  də  sosializmdən 
qalma ənənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə 
həyata  keçirilir.  Həmin  dövrdə  elmin  spesifikasını 
nəzərə  almadan  elmi  institutlarda  və  ali  məktəb 
kafedralarında, təsərrüfat müəssisələrində analoji ni-
zam-intizam  yaratmağa  təşəbbüs  göstərilir,  «təşki-
latçılıq  qabiliyyəti»  olan  adamlar  elmdə  də  «dəmir 
qayda»ya  nail  olurdular.  Akademiyanın  qapısı  ağ-
zına milis işçiləri qoyulması və ali məktəb müəllim-
lərinin,  başqa  müəssisələrdə  çalışan  alimlərin  içəri 
buraxılmaması,  elmi  işçilərdən  elmi  nəticə  soruş-
maq  əvəzinə,  onların  səkkiz  saat  şöbədə  oturmala-
rının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın 
spesifikasını  «unutmaqdan»  irəli  gəlirdi.  İndi  isə 
tam tərsinə olmuş, demokratik rejimə keçid hər cür 
nizam-intizamdan  imtina  edilməsi  kimi  qəbul 
edilmişdir. 
Elmşünaslıq problemlərinin böyük bilicisi Xu-
du  Məmmədov  danışırdı  ki,  akademik  İ.Vekua  No-
vosibirskdən  qayıdaraq  Gürcüstan  SSR  Elmlər 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 124 -
Akademiyasına prezident təyin olunandan sonra  bir 
sıra  dəyişikliklər  həyata  keçirir  ki,  köhnə  stereotip-
lərə  uyğunlaşmış  adamlar  bunu  heç  cür  qəbul  edə 
bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat ins-
titutu  açılır  və  bura  yüksək  maaşla  istedadlı  gənc 
alimlər  cəlb  olunur.  Bu  alimlər  işə  vaxtı-vaxtında 
gəlib getmədiyi üçün və hər kvartalda konkret nəti-
cələr əsasında hesabat vermək əvəzinə taleyi qabaq-
cadan  məlum  olmayan  «uzaq  məqsədlər»  uğrunda 
çalışdıqları üçün bir qrup qanunpərəst Moskvaya şi-
kayət yazır ki, akademik İ.Vekua dövlət pulunu ha-
vayı xərcləyir, işə gəlməyən adamlara  yüksək maaş 
verir, onları növbəsiz mənzillə təmin edir. Yoxlama 
gəlib  iş  vaxtında  deyilənlərin  doğru  olduğunu 
müəyyən  edir.  Axşam  komissiya  üzvləri  hansı  isə 
yubiley  məclisində  iştirak  edir  və  gecə  yarısı  ban-
ketdən  qayıdanda  akademik  İ.Vekua  maşınları  hə-
min  institutun  yanından  sürməyi  xahiş  edir.  Baxıb 
görürlər ki, gündüz adamsız olan otaqların çoxunda 
gecə  işıq  yanır.  Məlum  olur  ki,  tədqiqatçılar  məhz 
«iş  vaxtı»  adlanan  müddətdə  deyil,  onlara  yaradı-
cılıq üçün hansı vaxt münasibdirsə, o vaxtda işləyir-
lər.  İşçilərə  verilən  bu  sərbəstlik  elmi  işlərin  səmə-
rəsini daha da artırır. Onların hər kvartalda konkret 
nəticə tələbindən xilas edilməsi, onlara  etimad gös-
tərilməsi  və  şərait  yaradılması  diqqəti  daha  böyük 
problemlərə  yönəltməyə, təkcə elmin bu günü üçün 
deyil, həm də sabahı üçün çalışmağa imkan yaradıb. 


Elm və təhsil 
 
 
- 125 -
Elmdə  formal  hesabat  sisteminin  tətbiq  edil-
məsi  nəinki  məsuliyyət  hissini  artırmır,  hətta  əsl 
elmi  meyarları  pərdələməklə  qarışqanı  fil,  fili  qa-
rışqa  etməyə  imkan  yaradır,  elm  sahəsində  «pripis-
ka»nın  yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat 
institutlarında və xüsusən ali məktəb kafedralarında 
plan üzrə görülən illik elmi iş dedikdə makinada sə-
liqə  ilə  çap  edilmiş  müəyyən  həcmli  (yenə  də  kə-
miyyət  meyar  kimi  çıxış  edir)  yazı  nəzərdə  tutulur. 
Onun  elmi  dəyərini  isbat  etmək  üçün  istənilən  iki 
nəfərdən  rəy  almaq  kifayətdir.  Nəticədə  hamı  bir-
birinin  işinə  gözəl  rəylər  yazır  və  «tədqiqat  işləri» 
müəllimin çalışdığı şöbədə və  ya kafedrada  «müza-
kirə  olunur».  Rəqabət  prinsipi  işləməyən  yerdə  heç 
kim öz yoldaşına qarşı «bədxahlıq» etmək niyyətinə 
düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar da elmi 
prinsipiallıqdan  yox,  şəxsi  münasibətdən  doğur. 
Çünki  elmi  rəqabət  mühiti  və  dəqiq  elmi  meyarlar 
olmayanda  dəyərsiz  «tədqiqatları»  tərifləmək,  həqi-
qi elmi sanbalı olan tədqiqatları isə  «alt-üst»  etmək 
mümkündür.  
Ali  məktəbdə  çalışan  yüksək  ixtisaslı  elmi 
kadrlar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə 
bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmələrin-
də əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və 
ya digər səbəbdən müəllim kimi ixtisara düşmüş və 
ya  "ehtiyat  qüvvəyə"  daxil  olan  adamlar  çalışırlar 
ki,  bu  da  ən  böyük  elmi  potensiala  malik  olan  pro-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 126 -
fessor-müəllim  heyətinin  yenə  də  fəal  elmi  təd-
qiqatdan  kənarda  qaldığına  dəlalət  edir.  Nəticədə 
nəinki  professor-müəllim  heyətinin  (respublikanın 
yüksək  ixtisaslı  elmi  kadrlarının  az  qala  yarısının) 
elmi  tədqiqat  imkanları  reallaşmır,  həm  də  bu 
imkanları  tədricən  itirməklə  onlar  yaradıcı  müəllim 
kimi də çox şey itirmiş olurlar.  
Ali  məktəbdə  müəllimdən  həm  də  alimlik 
tələb  olunur  və  bu  cəhət  yalnız  tədris  prosesindən 
kənarda,  başqa  şəraitdə  və  başqa  bir  sistemin  (elm 
sistemi)  daxilində  yox,  məhz  tədris  prosesində 
nümayiş  etdirilməli,  daha  doğrusu,  elmi  tədqiqatla 
tədris  işi  birləşdirilməlidir.  Bu,  xüsusən  universitet 
təhsilini  şərtləndirən  ən  ciddi  tələblərdən  biridir  və 
qabaqcıl universitetlər öz işini məhz bu istiqamətdə 
yenidən  qurmağa  çalışırlar.  İnkişaf  etmiş  kapitalist 
ölkələrində  fundamental  elmi  tədqiqatların  əsasən 
universitetlər  tərəfindən  həyata  keçirilməsi  heç  də 
təsadüfi  deyildir.  Bu  baxımdan,  ABŞ-ın  təcrübəsi 
xüsusi  diqqətə  layiqdir.  Burada  ali  məktəblər  ara-
sında universitetlərin xüsusi çəkisi böyükdür və on-
lar ən müasir tələblər səviyyəsində elmi bazaya ma-
lik  olduqlarından  elmin  tərəqqisində  aparıcı  rol  oy-
nayırlar.  ABŞ-ın  bütün  fundamental  elmi  tədqiqat-
larının 60%-dən çoxu universitetlərin payına düşür. 
Ən böyük universitetlərin (multiuniversitetlər) tərki-
bində müasir avadanlıqla təchiz olunmuş bütöv təd-
qiqat  mərkəzləri  və  elmi  tədqiqat  institutları  fəaliy-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə