Elm və təhsil
- 119 -
Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi
nisbi müstəqilliyə malik olsalar da, həmişə əlaqəli
olmuşlar. Bu əlaqə, ilk növbədə, hər iki sahədə yük-
sək intellektual səviyyə və geniş məlumat dairəsi
olan adamların çalışması ilə bağlıdır.
Elm və təhsilin sosial sistem kimi təşkil olun-
madığı vaxtlarda ilk müəllimlər məhz ilk alimlər
arasından çıxmışlar. Az-çox dərəcədə təşkil olun-
muş ilk təhsil ocaqlarından biri olan Platon Akade-
miyası timsalında bu tarixi qoşalıq çox gözəl gö-
rünür. Bir çox elm klassikləri öz əsərləri ilə bərabər
həm də davamçı-şagirdlər qoyub getmiş və elm ta-
rixinə müəyyən bir məktəbin banisi kimi daxil ol-
muşlar. N.Borun məşhurlaşmasında onun yaratdığı
məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu,
heç də bütün alimlərə müyəssər olmamışdır. Ən bö-
yük alimlərdə də öz biliyini başqalarına öyrətmək
ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi elmi ya-
radıcılığı ilə elmə böyük töhfələr vermiş A.Eyn-
şteyn buna ən yaxşı misaldır.
Şagirdlər və davamçılar olmadıqda alimin yal-
nız bitkin tədqiqatları elm xəzinəsinə daxil olur: ne-
çə-neçə yarımçıq tədqiqatlar, ideyalar isə üzə çıx-
mır, itib gedir. Alimin məktəbi, laboratoriyası və s.
başlanmış axtarışların davam etdirilməsinə, ideyala-
rın və tədqiqat vərdişlərinin yeni nəslə ötürülməsinə
xidmət etməklə, əslində təhsil sisteminin funksiya-
larını yerinə yetirmiş olur. Özü də bu, artıq formal
Azərbaycanda elm və onun aktual problemləri
- 120 -
yox, yaradıcı təhsil nümunəsidir.
Lakin təhsil sisteminin tarixən müstəqil təşki-
lati struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi
tədqiqat vərdişlərinə və bəzən ümumən yaradıcı tə-
fəkkürə malik olmayan adamlar içərisindən müəl-
limlər hazırlanmasını adi bir hala çevirmişdir.
Xüsusən icbari təhsil şəraitində, qısa vaxtda
bütün ölkəni başdan-başa maarifləndirmək planı
həyata keçirilərkən, müəllimlər ordusu lazım idi və
yaradıcı şəxsiyyətdən icraçı əsgərlərə keçid də,
müəllim nüfuzunun aşağı düşməsi də ən çox bu-
nunla bağlı idi. İlk baxışda belə görünə bilər ki, orta
məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tə-
ləb olunmaya da bilər. Lakin müəllim üçün elmdə
doğrudan da nə isə yeni bir şey kəşf etmək vacib
olmadığı halda, heç olmazsa, məlum olanları şagird-
lərin iştirakı ilə hər dəfə yenidən kəşf etmək qa-
biliyyəti olmalıdır.
Ali məktəbdə isə müəllim həm də alim olduğu
kimi, tələbələr də tədqiqatın nəinki şahidi, həm də
iştirakçısı olmalıdırlar.
Tədqiqat institutları ali məktəbdən ayrı salın-
dıqda professor-müəllim heyətinin elmi potensialın-
dan və elmi işçilərin müəllimlik imkanlarından ki-
fayət dərəcədə istifadə olunmur. Məsələn, respubli-
kamızda akademiklərin və elmlər doktorlarının bö-
yük bir qismi elmi tədqiqat institutlarında çalışır, ali
məktəblərdə müvafiq fənləri isə tələbələrə çox vaxt
Elm və təhsil
- 121 -
kvalifikasiya dərəcəsi xeyli aşağı olan adamlar
tədris edirlər. Ali məktəblərə bəzən elmi tədqiqat
sahəsində xüsusi uğur qazana bilməyən adamlar
cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı
salır. Bu baxımdan respublikamızda geniş yayılmış
olan və hətta yaxşı hal kimi "əsaslandırılan" özü
üçün kadr hazırlamaq praktikası ali məktəblərdə el-
mi atmosferə böyük ziyan vurur. Ali məktəblər bu
ənənəyə sadiq qalaraq elmi tədqiqat institutlarında
çalışan görkəmli mütəxəssislər əvəzinə öz kadrlarını
– kafedralarda uzun müddət köməkçi heyət kimi
fəaliyyət göstərən adamları müəllim götürürlər. Və
bunu çox vaxt ali məktəbin spesifikası ilə, təhsil
sisteminin elmi müəssisədən fərqi ilə izah etməyə
çalışırlar.
Akademiya, ali məktəb və sahə elmlərindən
danışarkən bir qayda olaraq, elə bil ki, eyni hü-
quqlu, eyni imkanlı adamların müxtəlif idarələrdəki
fəaliyyətindən söhbət gedir. Müqayisə adətən sta-
tistik göstəricilər əsasında aparılır: hansı sahədə ne-
çə elmlər doktoru, neçə elmlər namizədi və s. Var-
dır. Halbuki, həmin sahələrin öz spesifikasından ası-
lı olaraq orada çalışan elm adamlarının fəaliyyəti də
müəyyən spesifikaya malik olmalıdır. Məsələn, sahə
elmində çalışan adamların əsas funksiyası məlum
elmi müddəaları istehsal sahəsinin tələblərinə uy-
ğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, Aka-
demiya işçilərinin funksiyası tətbiqdən asılı olma-
Azərbaycanda elm və onun aktual problemləri
- 122 -
dan yeni elmi biliklər almaq, gerçəklik haqqında hə-
qiqəti üzə çıxarmaqdır.
Bəs ali məktəb? Burada çalışan müəllimlər
həm də elm adamlarıdır, elmi tədqiqat vərdişlərinə
malikdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi
tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin
necə etmək olar ki, müəllimlik və alimlik tam müs-
təqil fəaliyyət sahələri kimi bir-birinə qarşı dayan-
masın, əksinə, eyni məqsəd ətrafında birləşərək bir-
birini tamamlasın. Axı, müəllim heç də yalnız hazır
biliklərin mənimsənilməsi ilə kifayətlənməməli, tə-
ləbələrə həm də yeni bilik axtarılması yollarını öy-
rətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı tə-
fəkkür əldə etmədən tələbə aldığı bilikləri uğurla
tətbiq edə bilməz və yeni standartdan kənar qeyri-
normal vəziyyətlərdə çıxış yolu tapa bilmədiyindən
durğunluğun, ətalətin, ehkamçılığın daşıyıcısı olar.
Bu baxımdan, ölkəmizdə ətalət və ehkamçılığın
qalıqları təhsil sistemi də böyük neqativ rol oyna-
mışdır. Hazır biliklərin öyrədilməsi ilə kifayətlən-
məmək və tələbələrdə tədqiqatçılıq vərdişləri, yara-
dıcı təfəkkür formalaşdırmaq üçün isə tədris prose-
sinin özü real tədqiqat laboratoriyasına çevrilmə-
lidir. Alimlik və müəllimlik müəyyən spesifik cə-
hətlərlə şərtlənsə də, bir sıra ümumi cəhətlərə də
malikdir. Təsadüfi deyil ki, respublikamızda elmi
kadrların üçdə birindən çoxu ali məktəblərdə cəm-
lənmişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nis-
Dostları ilə paylaş: |