Elm ideologiya və dövlətçilik şüuru
- 83 -
Əlbəttə, müasir ictimai şüurun formaları sıra-
sında fəlsəfi, dini və ədəbi-bədii şüurla yanaşı, əx-
laqi şüur, estetik şüur, iqtisadi, siyasi və hüquqi
şüur, son zamanlar hətta ekoloji şüur və s. də xüsusi
qeyd edilir. Məntiqi və tarixi şüur isə çox vaxt ic-
timai şüurun formaları kimi deyil, metodları kimi
təqdim olunur. Bunlar hamısı, bir tərəfdən, adi şüu-
run strukturuna daxil olaraq həm də mədəniyyətin
sahələri kimi mövcuddur, digər tərəfdən də bu
sahələrin hamısı kortəbiilik məcrasından ayrılaraq
xüsusi tədqiqat predmetinə çevrilmiş, bəziləri özü-
nüdərk, bəziləri də kənardan dərk mərhələsini ke-
çərək mədəniyyətlə yanaşı, elmin strukturunda da
özünə yer edə bilmişlər. Onların empirik və ya nə-
zəri idrak səviyyəsində mənimsənilməsindən asılı
olaraq vertikal koordinat oxunda daha yüksək mər-
təbələr, əslində fərqli statuslu hadisələr meydana
gəlmişdir.
Biz bilərəkdən elmi ictimai şüur formaları ara-
sında qeyd etmədik. Çünki elm, sadalanan sahələrlə
yanaşı duran bir sahə olmayıb, hər bir sahənin ver-
tikalında fərqli bir mərtəbə təşkil edir. Həmin sahə
özünü artıq sadəcə ictimai şüur səviyyəsində deyil,
ancaq intellektual elitaya məxsus olan yüksək bir
mərtəbədə – dərk olunmuş bir hadisə kimi tapmış
olur. Nəticədə din haqqında elm, əxlaq haqqında
elm, ədəbiyyat haqqında elm, sənət haqqında elm,
Azərbaycanda elm və onun aktual problemləri
- 84 -
siyasət haqqında elm, hüquq haqqında elm forma-
laşır.
İctimai tərəqqinin ilk mərhələsi iqtisadi təmi-
natla bağlıdırsa, daha yüksək inkişaf mərhələsində
mənəvi ehtiyacların ödənilməsi önə keçir.
Yəqin buna görədir ki, son vaxtlar ölkəmizdə
fəlsəfəyə diqqətin xeyli dərəcədə artdığı hiss olunur.
Fəlsəfəyə münasibətin aktuallaşması akademik Ra-
miz Mehdiyevin Azərbaycanda fəlsəfi fikrin vəziy-
yətinə öz münasibətini bildirməsindən başladı.
Onun «Zaman haqqında düşünərkən və elitanı trans-
formasiya edərkən: varislik və innovasiyalılıq» adlı
iri həcmli məqaləsində
qoyduğu bir sıra məsələlər
bütün elmi ictimaiyyəti bu barədə düşünməyə vadar
etdi. Bu sahədə ikinci mühüm addım keçən il mayın
2-də akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Asso-
siasiyasının (AFSEA) keçirdiyi «Müasir dünyada
yeni düşüncəyə ümumi baxış» mövzusunda beynəl-
xalq elmi-fəlsəfi konfrans oldu. Konfrans geniş icti-
maiyyətin diqqətini bir daha ölkəmizdə fəlsəfənin
öyrənilməsi, tədrisi və təbliği problemlərinə yö-
nəltdi. Tədbirin iştirakçıları Azərbaycan Respubli-
kasının Prezident Administrasiyasının rəhbəri,
AFSEA-nın prezidenti akademik Ramiz Mehdiye-
vin qoyduğu proqram xarakterli məsələləri müza-
kirə edərkən fəlsəfənin tədrisi ilə bağlı bir sıra prob-
lemlərə də toxundular. Dövlət rəhbərliyinin elmi-
Elm ideologiya və dövlətçilik şüuru
- 85 -
fəlsəfi ictimaiyyəti narahat edən bu məsələlərə reak-
siyası uzun sürmədi. Universitet rektorlarına tapşı-
rıldı ki, fəlsəfi fənlərin tədrisində vəziyyət barədə
təcili surətdə məlumat hazırlansın. Fəlsəfə və icti-
mai elmlərin tədrisində vəziyyət məsələsi nəzarətə
götürüldü.
May ayının 5-də isə akademik Ramiz Mehdi-
yevin «Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi
fikrin yenidən nəzərdən keçirilməsinə dair» sanballı
məqaləsi dərc olundu və burada fəlsəfi fikirlə ya-
naşı, ona münasibətin də dəyişməsinə olan ehtiyac-
dan söhbət açıldı. Akademik öz məqaləsində xüsu-
silə vurğulamışdır ki, «ölkəmizdə fəlsəfi fikrin in-
diki inkişaf səviyyəsi qənaətbəxş hesab oluna bil-
məz. Belə ki, ictimai həyatımızın müxtəlif sahələ-
rində əldə olunmuş böyük uğurlar və sürətli tərəqqi
kontekstində fəlsəfi araşdırmaların səviyyəsi xeyli
zəif görünür. Bəzən fəlsəfi fikir reallığın önündə
getmək əvəzinə, ondan geri qalır, hadisələr nəzəriy-
yəni önləyir və bu sahədə yazılanlar çox vaxt təsviri
xarakter daşıyır. Proseslərə münasibətdə belə bir di-
namizm tələb olunan dövrdə hələlik sosial, siyasi,
iqtisadi sahələrdə intensiv inkişafın xüsusiyyətlərinə
uyğun, yalnız nəzəri deyil, həm də praqmatik yö-
nümlü proqram və konsepsiyalar mövcud deyildir».
Bu konsepsiyaların yaradılması üçün tək-tək tanın-
mış mütəxəssislərin fəal səyləri yetərli deyil. Bunun
üçün fəlsəfi elmlər sahəsində ölkəmizin bütün kadr
Azərbaycanda elm və onun aktual problemləri
- 86 -
potensialının səfərbər olunması nəzərdə tutulur.
R.Mehdiyev yazır: «Azərbaycan dünyada gedən si-
yasi və iqtisadi proseslərdə fəal mövqe tutduğu
kimi, alimlərimiz yeni əsrin ideya-fəlsəfi paradiq-
masının formalaşmasında da fəal iştirak etməlidir-
lər. …Bütövlükdə ictimai elmin nüfuz və statusunu
qaldıran, onu dünyada tanıda bilən tədqiqatlar orta-
ya qoyulmalıdır».
1
Bu xətt noyabr müşavirəsində də davam et-
dirildi. Biz fəlsəfi fənlərə dövlət qayğısının təzahü-
rünü son vaxtlar kütləvi informasiya vasitələrinin
münasibətində də hiss etdik. Deməli, necə deyərlər,
yuxarılar öz üzərinə düşəni etdi, indi növbə bi-
zimdir.
Biz sovet dövrünə tam nihilist bir münasibət
bəsləməyin əleyhinəyik. Rusiyanın fəlsəfəçiləri də
bizim kimi kommunist ideologiyası ilə hesablaşmaq
məcburiyyətində idilər. Amma onların arasından
Losev, İlenkov, Zinovyev, Mamardaşvili, Styopin
kimi yaradıcı tədqiqatçılar da çıxmadımı? Həm də
Zinovyev istisna olmaqla, onların heç biri açıq
antisovet çıxışları etməmişdir. Lakin bununla belə
yazdıqlarının məzmununa görə onların əsərləri
ümumbəşəri fəlsəfi fikir tarixində özünə yer ala
bilmişdir. Onların yaradıcılığında biz ideoloji mə-
1
Mehdiyev R. Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi
fikrin yenidən nəzərdən keçirilməsinə dair. Fəlsəfə və sosial-
siyasi elmlər jurnalı. Bakı, 2009, № 2, s. 66.
Dostları ilə paylaş: |