Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 91 -
miqyaslı  iqtisadi  siyasət  və  bu  sahədəki    fəaliyyət 
proqramı  Azərbaycanın  təsərrüfat  sisteminin  özəl-
liklərini nəzərə almaqla bərabər, onun dünya iqtisa-
diyyatına  inteqrasiya  olunması  üçün  də  lazım  olan 
bütün parametrləri ehtiva edir. 
Qloballaşma  şəraitində  milli  özünəməxsuslu-
ğun  qorunub  saxlanması,  habelə,  milli  mənəvi  də-
yərlərə  sədaqətlə  yanaşı,  ümumbəşəri  dəyərlərin, 
azad  iqtisadi  münasibətlər  sisteminin,  beynəlxalq 
hüquq normalarının və s. inkişaf etdirilməsi, – bütün 
bunlar  Azərbaycanın  ictimai-siyasi  simasını,  onun 
özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.  
Keçmişdə  hər  hansı  bir  dövlət  öz  siyasi  ira-
dəsini başqa ərazilərdə də tətbiq etmək üçün əvvəlcə 
həmin  əraziləri  müharibə  yolu  ilə  işğal  etməli  idi. 
Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə döv-
lətin  əsas  atributlarından  biri  də  suverenlik,  sərhəd 
və  ordu  hesab  olunur.  Bu  təsəvvürə  görə,  müəyyən 
bir  ərazidə  müəyyən  hüquq  normalarını  tətbiq  et-
mək,  sosial-iqtisadi  həyatı  dövlətin  siyasi  iradəsini 
ifadə  edən  normalarla  tənzim  etmək  üçün  ilk  növ-
bədə sərhəd toxunulmazlığı təmin olunmalıdır.  
Lakin  zaman  keçdikcə  sərhəd  öz  mənasını 
dəyişir.  Sərhəddin  qorunması  müasir  anlamda  heç 
də  o  demək  deyildir  ki,  buradan  bir  quş  da  keçə 
bilməz.  Əksinə,  müasir  dövrdə  gediş-gəliş  xeyli 
artmışdır.  Böyük  şəhərlərdə  bəzən  xaricilər  yerli 
vətəndaşlardan  daha  çox  gözə  dəyir.  Əsas  məsələ 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 92 -
odur  ki,  həmin  ölkədəki  qanunlara,  hüquq  norma-
larına əməl olunsun. 
Müasir  dövrdə  dünyada  hadisələrin  inkişafı 
vahid iqtisadi münasibətlər sisteminin, ortaq ümum-
dünya  bazarının  yaradılması  istiqamətində  gedir. 
Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə 
istinad  edərək,  özlərinin  daxil  olduqları  ümumi  iq-
tisadi  məkanın  (məsələn,  Avropa  Birliyi)  qapılarını 
nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay 
açmır  və  bu  da  təbiidir.  Nə  qədər  ümumbəşəri  mə-
nafedən,  vahid  sosial  ideallardan  söhbət  getsə  də, 
hələ milli dövlət mənafeləri saxlanılır və yalnız eyni 
tərtibli  ölkələrin  inteqrasiyasından  söhbət  gedə  bi-
lər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə hə-
min  ölkələrin  keçmiş  olduğu  inkişaf  mərhələlərini 
keçmək,  onların  çıxdığı  sınaqlardan  çıxmaq  lazım-
dır.  
İstəsək də, istəməsək də müasir sivilizasiyaya 
qovuşmaq  üçün  inkişaf  etmiş  Qərb  ölkələrinin  keç-
diyi  yolu  biz  də  keçməli  olacağıq.  Lakin  bizim  əli-
mizdə  bu  ölkələrin  keçdiyi  yolların  xəritəsi  var  və 
biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açan-
ların  bütün  səhvlərini  təkrar  etmərik.  Bunun  üçün, 
əlbəttə,  tarixi  də,  iqtisadiyyatı  da,  müasir  dünyanın 
inkişaf  meyllərini  də  gözəl  bilmək  tələb  olunur. 
Belə  çətin  bir  zamanda  həm  dünya  iqtisadiyyatına 
inteqrasiya olunmaq, həm də milli-mənəvi dəyərləri 
qoruyub  saxlamaq  üçün  düzgün  inkişaf  strategiyası 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 93 -
və yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi proqram 
tələb  olunur.  Belə  proqramlar  isə  möhkəm  elmi  tə-
mələ  malik  olmalıdır.  Bunun  üçün  də  ictimai  elm-
lərin  yüksək  dərəcədə  inkişaf  etdirilməsinə  ehtiyac 
vardır.  Akademik  Ramiz  Mehdiyev  yazır:  “Sürətli 
sosial-iqtisadi inkişaf ictimai elmlər qarşısında yeni 
vəzifələr  irəli  sürür,  ictimai  elmlər  üzrə  çalışan 
alimlərin  məsuliyyətini  nəzərəçarpacaq  dərəcədə 
artırır,  bu  sahədə  verilən  bütün  səmərəli  fikir  və 
təkliflərə  tam  ciddiyyətlə,  özünütənqid  ruhunda  ya-
naşaraq, onları diqqətə almağı və lazımınca qiymət-
ləndirməyi  tələb  edir.  …İctimai  elmlərin  cəmiyyəti-
mizdəki  mövqeyini,  bütövlükdə  bu  elmlərin  mövcud 
vəziyyətini  ölkəmizin  indiki  inkişaf  mərhələsinin 
irəli sürdüyü tələblər baxımından qənaətbəxş hesab 
etmək  olmaz.  Onun  nüfuzunun  yüksək  olmamasının 
səbəbləri  nədir?  Bizim  fikrimizcə,  başlıca  səbəb  ic-
timai  biliklərin  insanların  artan  tələbatından,  həm-
çinin  cəmiyyətin  həyatında  baş  verən  hadisələrin 
analitik təhlilindən geri qalmasıdır.”
1
   
Belə  bir  cəhət  də  nəzərə  alınmalıdır  ki,  qlo-
ballaşma  şəraitində  dünya  iqtisadiyyatının  və  bey-
nəlxalq  miqyaslı  ictimai-iqtisadi  proseslərin  daha 
dərindən  öyrənilməsinə  ehtiyac  vardır.  Çünki  kim 
ki,  bilmədiyi,  yəni  özü  üçün  qaranlıq  olan  bir  sa-
                                                 
1
 Mehdiyev R. İctimai və humanitar elmlər: zaman konteks-
tində baxış. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı, 2009, 
N 4, s. 18 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 94 -
həyə  daxil  olur,  o  ancaq  itirə  bilər.  Yeganə  işıqlan-
dırıcı  vasitə  isə  elmdir.  Müasir  dövrdə  baş  verən 
dünya iqtisadi böhranının da elmi təhlil süzgəcindən 
keçirilməsi  vacibdir.  Düzdür,  biz  bu  böhrandan  ən 
az zərər çəkən ölkələr sırasındayıq, amma proseslər 
hələ davam edir və biz hər şeyə hazır olmalıyıq.        
Vahid dünya bazarının olması, açıq iqtisadi si-
yasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün 
əlverişli  görünsə  də,  əslində  inkişaf  etmiş  ölkələrin 
də  buna  böyük  ehtiyacı  vardır.  Daha  doğrusu,  icti-
mai,  elmi-texniki  inkişaf  prosesinin  özü  bunu  tələb 
edir. Belə ki, külli miqdarda investisiya hesabına ar-
tıq  kütləvi  istehsalda  qərarlaşmış  texniki  və  texno-
loji  sistemlərin  tez-tez  dəyişdirilməsi  sahibkarlara 
böyük ziyan verə bildiyindən, kapital dünyası inten-
siv  elmi-texniki  tərəqqinin,  texnologiyaların  tez-tez 
modernləşdirilməsinin  əleyhinə  çıxa  bilərdi.  Cari 
mənafe  ilə  perspektiv  texniki  tərəqqi  arasındakı 
ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə 
bilərdi. Lakin geri qalmış ölkələrin “qapılarının açıq 
olması”  nisbətən  köhnəlmiş  texnikanı  həmin  bazar-
larda xırıd etməyə və öz ölkələrində ən müasir tex-
noloji sistemləri tətbiq etməyə imkan yaradır.  
Buna görə də, inkişaf etmiş ölkə heç vaxt bü-
tün  ölkələrin  texniki  inkişaf  səviyyələrinin  bərabər-
ləşməsini istəməz. Ən qabaqcıl ölkələrin özlərindən 
bir az geri qalan ölkələrə, onların da öz növbəsində 
daha çox geri qalan ölkələrə ehtiyacı vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə