Elm ideologiya və dövlətçilik şüuru
- 95 -
Hər dəfə daha yüksək elm tutumlu olan
müasir texnika icad olunduqdan sonra, istifadədən
çıxarılan əvvəlki texnika “mənəvi cəhətdən köhnəl-
miş” (yəni özü təzə olsa da, əsasında dayanan ideya
köhnəlibdir) sayılır və onlar nisbətən aşağı səviyyəli
ölkələrə ixrac olunur.
Bu iyerarxiya – ölkələrin texnoloji qradasiyası
və çoxpilləli düzülüşü hərbi texnika timsalında özü-
nü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki po-
tensial daha çox dərəcədə hərbi-sənaye kompleksinə
deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə cə-
miyyətin tərəqqisinə xidmət etməlidir. İşdə isə məhz
hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sa-
həsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də iqti-
sadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin
(məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi
texnikanın daim təkmilləşdirilməsini tələb etdiyindən,
“mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın sa-
tılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də
qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin
mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və
münaqişə şəraitinin saxlanmasını tələb edir.
XX əsrin son rübündə kompüterləşmənin sü-
rətli inkişafı və onun iqtisadiyyatın, ictimai həyatın
bütün sahələrinə nüfuz etməsi, xüsusən internet
şəbəkəsinin geniş yayılması qloballaşma üçün tex-
noloji bazis hazırlamışdır. Bu sahədə üstün texniki
inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixti-
Azərbaycanda elm və onun aktual problemləri
- 96 -
saslı mütəxəssislərinin köməyi ilə dünyada gedən
proseslərə daha operativ və effektli təsir etmək
imkanı qazanırlar.
İndi elektron poçtu və internet nəinki kommu-
nikasiyanın ən səmərəli və sürətli vasitələrinə çev-
rilmişdir, nəinki beynəlxalq iqtisadi əlaqələrin ge-
diş-gəlişsiz, qat-qat operativ olan üsullarını yarat-
mışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf
istiqamətlərinə təsir göstərmək imkanı əldə etmiş-
dir. Bu sonuncu amil, yəni internetin maarifləndir-
mək funksiyası ilə yanaşı, həm də ideoloji və mə-
dəni-mənəvi təsir funksiyaları qloballaşma prose-
sində çox önəmli yer tutur.
Müasir dövrdə ən aktual problemlərdən biri mil-
li özünütəsdiq və qloballaşma arasındakı optimal
nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, tex-
nika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı
milli kimliyi təsbit edən mədəni-mənəvi amillərə də
sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə,
istərsə də qərəzsiz olaraq – fərqi yoxdur. Belə bir
şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu,
məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi,
konservator olmağın labüdlüyünü müəyyənləşdirmək
çox vacibdir. Təsadüfi deyildir ki, prezident İlham
Əliyev də bu məsələyə xüsusi diqqət yetirir: “Bir daha
demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi
öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri
milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa
Elm ideologiya və dövlətçilik şüuru
- 97 -
ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq
öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik,
saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nə-
yin hesabına?! Ona görə ki, Azərbaycan xalqında
milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur”.
Digər tərəfdən, müasir dövrdə yüksək milli ruhun həm
də yüksək analitik təfəkkürlə birləşməsi tələb olunur.
Bizcə, ilk növbədə meyarlar müəyyənləşməli-
dir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və
ya bizim milli-mənəvi idealımız nədən ibarətdir?
İndi biz hansı real durumdayıq və daşıdığımız hansı
keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndir-
mək olar? Keçmişə də məhz bu real durum və milli
ideal prizmasından, onun əsasında formalaşan me-
yarlar kompleksindən çıxış edərək yanaşmaq lazım-
dır. “Soykökə qayıdış” çağırışında qorxulu olan mə-
qam bundan ibarətdir ki, biz keçmişimizdə olan is-
tənilən keyfiyyəti milli invariant və pozitiv cəhət
kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər
milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir.
Bu baxımdan keçmişimizdən qalan, lakin tərəqqiyə
deyil, tənəzzülə xidmət edən cəhətləri qoruyub-sax-
lamaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.
Qloballaşma ilə öz inkişafının erkən mərhələ-
sində üzləşməli olan, müasir cəmiyyətə hələ təzəcə
qədəm qoymuş olan ölkələrdə bu prosesin ideologi-
yası yerli mütəxəssislərin, filosofların iştirakı ilə ha-
zırlanmalıdır. Bəzən Qərb siyasətçiləri keçid döv-
Azərbaycanda elm və onun aktual problemləri
- 98 -
ründə olan və ya bu dövrü yenicə başa vuran ölkə-
lərin spesifik xüsusiyyətlərini nəzərə almır və bu öl-
kələri Qərb standartlarına uyğunlaşdırmaq siyasəti
yürüdürlər. Nəticədə milli ideologiyasızlaşdırma tə-
rəfdarı olan Qərb dövlətləri guya özləri də bilmə-
dən, bizə yeni ideologiya təlqin etmiş olurlar və ya
bunun fərqinə varmırlar. Belə ki, inkişaf etmiş Qərb
ölkələrində formalaşmış siyasi və hüquqi meyarlar
və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai
reallığın ifadəsi olduğu halda, bizə təlqin olunarkən
məhz yeni ideologiya rolunu oynayır. Həm də heç
olmasa nəzəri səviyyədə müzakirə olunmadan, artıq
konkret tətbiqi formalara salınmış bir şəkildə.
Bu baxımdan, qloballaşma deyilən proses əs-
lində həm də Qərb standartlarının ideologiyaya çev-
rilməsi prosesidir. Qərbdə cəmiyyətin real durumu-
na və insanların şüur səviyyəsinə uyğun gələn təşki-
lati formalar və hüquqi sistemlər hələ müvafiq in-
kişaf səviyyəsinə çatmamış olan ölkələr üçün doğ-
ma görünə bilməz. Bu, əslində, cəmiyyətin ondan
kənarda formalaşmış modellərə uyğunlaşdırılması,
yad qəliblərə salınması prosesindən başqa bir şey
deyildir.
İndi Azərbaycanda nə kimi ideoloji proseslər
gedir? Qərbin təklif etdiyi hüquq sistemi və ictimai-
siyasi dəyərlər sistemi bizim üçün ideologiyaya çev-
rilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sis-
teminin əsasında duran düşüncə tərzi və sosial-
Dostları ilə paylaş: |