Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 6 -
ixtisası  bilməklə  elmin  təşkilati  strukturu  və  infra-
strukturu barədə hökm vermək olmaz. Çünki elmşü-
naslıq  özü  ayrıca  bir  ixtisas  sahəsidir.  Bax  bizim 
Akademiyada  çatışmayan  da  elə  elmşünaslıq  sahə-
sində bir nəfər də olsun yüksək ixtisaslı mütəxəssisin 
olmamasıdır.  Axı,  hər  hansı  bir  konkret  sahənin  nü-
mayəndəsi, qoy lap böyük nümayəndəsi: riyaziyyatçı, 
geoloq,  ədəbiyyatşünas,  hətta  fəlsəfəçi  bütövlükdə 
elm  haqqında,  elm-təhsil,  elm-istehsalat,  elm-mədə-
niyyət sistemləri  və bu sistemlərin hər birində  elmin 
spesifik  yeri  və  funksiyası  haqqında  fikir  yürütməyə 
nə dərəcədə səlahiyyətlidir?  
Bəs görəsən, Akademiya rəhbərliyi niyə kənar-
dan (“kənar” dedikdə biz heç də ölkədən kənarı deyil, 
Akademiyadan  kənarı  nəzərdə  tuturuq)  mütəxəssis-
elmşünas  dəvət  etmir?  Niyə  bəzi  elmi  institutların 
universitet elmi ilə, bəzilərinin isə müvafiq sahə elmi 
ilə inteqrasiyasından bu dərəcədə narahatdırlar? Aka-
demiyada  humanitar  və  ictimai  elmlərin  prioritetliyi 
konsepsiyasının  müzakirəsindən  niyə  belə  çəkinir-
lər?! 
Kitabda  müasir  mərhələdə  Azərbaycanda  va-
hid  elm  və  təhsil  siyasətinin  həyata  keçirilməsi,  
fundamental  və  tətbiqi  elmlərin  spesifik  təşkilati 
strukturu və bu sahədə aparılmalı olan optimal isla-
hatın mümkün variantları nəzərdən keçirilir. 


 
 

 
 
 
 
 
 
ELM və ONUN TƏŞKİLATİ 
FORMALARI 
 
 
Elm və cəmiyyət 
Müasir  mərhələdə  Azərbaycanda  yüksək  icti-
mai-iqtisadi inkişaf tempi, təbii ki, elmin də bu pro-
seslərdə  fəal  iştirakının  təmin  edilməsi  vəzifəsini 
qarşıya  qoyur.  Əlbəttə,  elmin  funksiyalarını  ancaq 
iqtisadi  səmərə  ilə  məhdudlaşdırmaq  olmaz.  Elmin 
həm  də  humanitar  missiyası  və  dünyagörüşünün 
formalaşdırılması  baxımından  mühüm  əhəmiyyəti 
vardır. Cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük 
intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alın-
sa,  bir  o  qədər  yaxşıdır.  İndi  çoxlu  ictimai  təşkilat-
lar, o cümlədən, elm və təhsil sahəsində beynəlxalq 
və milli elmi mərkəzlər,  assosiasiyalar,  fondlar, ha-
belə,  müxtəlif  profilli  akademiyalar  yaradılır.  Cə-
miyyətdə  gedən  proseslərdə  istər-istəməz  ictimai 
rəyin  rolu  artır  və  bu  təşkilatlar  ictimai  rəyə  böyük 
təsir  göstərirlər.  Demokratik  cəmiyyətdə  sağıcı  ilə 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 8 -
alimin  səsi  bərabər  olduğu  kimi,  belə  təşkilatlar  da 
bir  hüquqi  şəxs  olaraq  ictimai-siyasi  proseslərə  qa-
tılmaq üçün eyni hüquqi imkanlara malikdirlər. Ka-
pitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital 
öz  qüdrətini  bütün  sahələrdə,  o  cümlədən,  elm  və 
təhsil sahələrində də göstərməyə başlamışdır. Lakin 
elm  sahəsində  kapitalın  dövriyyə  müddəti  çox  bö-
yük  olduğundan,  yeni  yaranan  burjuaziya  elmi  təd-
qiqat  sahələrinə  investisiya  qoymaq  barədə  düşün-
mür. Əsl elmin əvəzinə, onun ancaq adından və nü-
fuzundan  bəhrələnmək  üçün  psevdoelmi  təşkilatlar 
və  qurumlar  yaradılır,  elmi  adlar  altında  cəfəng 
məzmunlu  və  ya  çoxdan  məlum  olan  biliklərdən 
ibarət qalın-qalın kitablar buraxılır, müxtəlif cür el-
mi  titullar,  fəxri  adlar,  mükafatlar  təsis  edilir.  Nəti-
cədə kapital həqiqi elmin inkişafı üçün nə isə etmə-
yə  tələsməsə  də,  onu  psevdoelmi  mühitlə  əvəz  et-
məyə  çalışır  və  onu  müasir  reklam  texnologiyasına 
söykənən zəngin, zahirən dəbdəbəli üz qabığının pa-
rıltısında  itirib-batırır,  gözəgörünməz  edir.  Kim  isə 
ingilis dilini bildiyinə görə xarici ölkələrdən sertifi-
katla  qayıdır,  kim  isə  internetin  imkanlarından  isti-
fadə edib yeni-yeni informasiyalarla əsl alimləri be-
lə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz 
adına həmin bu informasiyaların tərcüməsindən iba-
rət  qalın-qalın  kitablar  buraxdırır.  Kim  isə  yenə  də 
sadəcə pulu və  ya vəzifəsi olduğuna görə, heç ingi-
lis dilini bilməsə də, heç internetdən istifadə edə bil-


Elm  və onun təşkilati formaları 
 
 
- 9 -
məsə  də,  dolayısı  ilə  onlardan  bəhrələnir,  kim  isə 
heç  yeni  informasiyadan  da  istifadə  etmədən,  baş-
qalarının əməyi hesabına kitablar və dissertasiya iş-
ləri yazdırır və s. 
Sual  oluna  bilər  ki,  əgər  indiki  şəraitdə  elmi-
tədqiqat  işinə  heç  kim  maya  qoymaq  istəmirsə,  bəs 
onda  elmi  adlara,  titullara,  müxtəlif  “beynəlxalq” 
psevdoelmi  təşkilatların,  “akademiyaların”  yaradıl-
masına  və  onların  üzvlüyünə  nəyə  görə  pul  sərf 
edənlər  tapılır?  Meşşanlar  dünyasında  elm  özü  heç 
kimə  lazım  deyilsə,  onun  imicindən  istifadə  etmək 
nəyə  görə  lazımdır?  Suala  sualla  cavab  vermək  is-
tərdik:  Əgər  zinət  əşyaları,  bahalı  paltarlar,  dəbdə-
bələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan 
kapital  gəlir  gətirmirsə,  onda  nəyə  lazımdır?  Yəqin 
hər  iki  sualın  cavabı  eyni  olacaqdır.  Görünüş  ya-
ratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə 
təqdim etmək üçün, imici asan yolla qaldırmaq üçün 
və  s.  Nəticədə  həqiqi  elmin  arxa  plana  keçməsi  və 
psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu-
na da heç cür yol vermək olmaz. 
Keçid  dövründə,  elmin  ictimai  şüurda  pozitiv 
bir  hadisə  kimi  hələ  də  saxlandığı,  lakin  ictimai-
iqtisadi  bir  hadisə  kimi öz  yerini  tapa  bilmədiyi  bir 
şəraitdə  elmin  imitasiyasına  ehtiyac  yaranır.  Bəzi-
ləri  köhnə  elmin  təşkilati  formalarını,  bəziləri  hətta 
bu  təşkilatların  yerləşdiyi  binaları  və  öz  əvvəlki 
funksiyalarını  artıq  çoxdan  itirmiş  laboratoriyaları, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə