Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 10 -
bəziləri  üstündə  monoqrafiya  və  ya  elmi  məcmuə 
yazılmış  kitabları,  bəziləri  elmi  titul  və  adları,  bə-
ziləri  elmi  idarələrdə  çalışan  və  orada  rəsmi  maaş 
alan adamları elmin özü ilə qarışıq salırlar. 
Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyas-
da elmlə məşğul olmaq,  ola bilsin ki, ancaq bir dü-
şüncə  prosesidir.  Baxmayaraq  ki,  bu  düşüncənin 
məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çat-
dırılmayınca, o ən böyük yenilik də olsa, hələ elmə 
aid olmayacaqdır. Yəni hətta fərd üçün də elm fərdi 
miqyas  daşıya  bilməz.  O  ki  qala,  cəmiyyət  üçün, 
xalq  üçün.  Müəyyən  bir  xalq  və  ya  ölkə  üçün  elm 
ayrı-ayrı  adamların  mənəvi  tələbatı,  intellektual əy-
ləncəsi  olmayıb  sənayenin,  təsərrüfatın,  ümumiy-
yətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına 
xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-
tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahə-
ləri arasında isə bir körpü olaraq müvafiq texnika və 
texnologiya  sahəsi  dayanır.  Bu  olduqca  böyük,  bü-
tün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai 
prosesdir.   
Bəli, elm planetar, ümumbəşəri hadisədir. Va-
hid  böyük  elm  prosesinə  daxil  ola  bilməyən,  sanki 
özü  üçün  yaradılmış  lokal  elm  strukturları  isə  əsl 
elm deyil. Böyük elmə daxil olmağın öz şərtləri var-
dır. Bunlardan biri dünya miqyasında əldə olunmuş 
yeni  elmi  biliklərin  və  elmi  axtarışların  ön  cəbhə-
sində  olmaqdır.  Cəbhə  xəttindən  geridə  qalanlar 


Elm  və onun təşkilati formaları 
 
 
- 11 -
müasir  elmi  prosesə  qoşulmayaraq,  artıq  keçilmiş 
yolların künc-bucağında hansı isə tədqiqatla məşğul 
ola bilərlər, lakin bu, elm hesab edilə bilməz.  
 
 
Elmi  potensialın qorunub-saxlanması 
zərurəti 
 
Yaranmış elmi potensialı qorumalı, saxla-
malı,  ondan  indi  və  gələcəkdə  müstəqil 
Azərbaycanın  inkişafı  naminə  daha  səmə-
rəli istifadə etməliyik

Heydər Əliyev 
 
Bu gün dövlətin və cəmiyyətin qarşısında du-
ran əsas vəzifələrdən biri elmi potensialın qorunub-
saxlanması  və  ondan  milli  inkişaf  naminə  maksi-
mum  səmərə  ilə  istifadə  olunmasıdır.  Əgər  bu, 
Elmlər  Akademiyasının  ənənəvi  strukturunu  saxla-
maq və buradakı elmi mühiti bərpa etmək hesabına 
mümkündürsə,  bütün  qüvvələri  bu  istiqamətdə  yö-
nəltmək,  AMEA-nı hər vasitə ilə dirçəltmək və onu 
işlək  mexanizm  vəziyyətinə  qaytarmaq  lazımdır. 
Lakin  bunun  üçün  böyük  təşkilatçılıq  işi  və  büd-
cədən böyük miqdarda vəsait ayrılması tələb olunur. 
Hazırda  bəzi  adamlar  akademiyaya  canıyananlıq 
göstərdikləri üçünmü, yaxud özlərini “şirin” salmaq 
üçünmü,  –  məhz  bu  variantın  üzərində  dayanır  və 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 12 -
elmi xilas etmək üçün büdcədən ayrılan vəsaitin bir 
neçə  dəfə  artırılmasını  vacib  sayırlar.  Bəziləri  isə 
məsələyə  daha  “yaradıcı”  yanaşaraq,  Akademiyanı 
xilas  etmək  üçün  Elm  Fondu  yaratmaq  ideyasını 
həlledici hesab edirlər. Lakin “bu fond haradan ma-
liyyələşəcək”, – sualına başqa cavab tapa bilmədik-
lərindən,  yenə  də  dövlətə  müraciət  etmək  məc-
buriyyətindədirlər.  Bəli,  dövlət  ola  bilsin  ki,  elmə 
ayırdığı maliyyənin miqdarını başqa sahələrin hesa-
bına artıra bilər.  Lakin onun qəti əminliyi olmalıdır 
ki,  bu  pullar  itən  yerə  getmir  və  bu  sahə  həqiqətən 
rentabellidir.  Biz  o  vaxt,  2001-ci  ildə  belə  yazmış-
dıq: “Bütün məsələ burasındadır ki, hazırda dövlət-
də  belə  bir  əminlik  yoxdur.  Çünki  elmin  Azərbay-
can  üçün  prioritet  istiqamətləri  hələ  müəyyənləşdi-
rilməmiş,  elmin  rentabelli  fəaliyyət  modeli  işlənib 
hazırlanmamışdır”.
1
  
Bəli, Elmlər Akademiyası qorunub saxlanma-
lıdır. Lakin hansı formada, hansı fəaliyyət istiqamə-
tlərində və hansı infrastruktura daxil olmaqla? Bun-
lar  irəlicədən  müəyyənləşdirilməlidir.  Bu  gün  Aka-
demiyanın  keçmiş  SSRİ  Elmlər  Akademiyasından 
qopub  ayrılmış  və  təşkilati  forması  yeni  miqyasın 
tələblərinə  uyğun  gəlməyən  hazırkı  vəziyyətini  ey-
nilə  qoruyub  saxlamaqdansa,  onu  daha  mobil,  daha 
çevik  və  daha  məqsədyönlü  bir  quruma  çevirmək 
                                                 
1
 Xəlilov S.S.  Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s. 171. 


Elm  və onun təşkilati formaları 
 
 
- 13 -
tələb  olunur.  Əgər  biz  elmi  potensialımızın  baza-
sında həqiqətən rentabelli, işlək bir elm modeli qura 
bilsək,  dövlət  də  bu  sahəyə  ayrılan  pulun  hədər 
getməyəcəyinə,  “fundamental  elm  –  tətbiqi  elm  – 
texnoloji  ideya  –  mühəndis-konstruktor  layihəsi  – 
istehsal”  zəncirində  hər  bir  halqaya  ayrılan  pulun 
hədər  getməyəcəyinə,  sonrakı  halqaların  hesabına 
əməli nəticəsi olacağına əmin ola bilər.  
Hal-hazırda  Azərbaycanda  təkcə  Elmlər  Aka-
demiyası  ilə  deyil,  bütövlükdə  elmin  inkişaf  strate-
giyası  ilə  bağlı,  elmin  müasir  tələblərə  cavab  verən 
təşkilati  strukturunun  formalaşdırılması  ilə  bağlı 
tədqiqatlara böyük ehtiyac vardır.  
Öyrənilməsi  vacib  olan  sahələrdən  biri  də 
Azərbaycanda  elmin  inkişaf  istiqamətlərinin  təsnif 
edilməsidir.  Kiçik  bir  ölkə  elmin  bütün  sahələrində 
aparıcı  mövqe  tuta  bilməz.  Ona  görə  də  elmin  ma-
liyyələşməsi üstün istiqamətlər (prioritetlər) prinsipi 
ilə həyata keçirilməlidir.  
“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sahə-
ləri praqmatiklik prizmasından, habelə son nəticənin 
milli və ümumbəşəri dəyərlərlə  əlaqəliliyi baxımın-
dan  üç  qrupa  bölünə  bilər.  Birincisi,  tətbiqi  elmlər-
dir ki, onların da real fayda gətirməsi yaxın və uzaq 
məqsədlərə  xidmət  baxımından  iki  cür  olur.  Müəy-
yən  bir  əməli  fəaliyyət  sahəsinin  elmi  əsaslarla 
qurulması, konkret bir istehsal müəssisəsinin texniki 
təchizatının  yeni  elmi  biliklər  əsasında  təkmilləş-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə