Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 34 -
nini yaratmaq üçün köhnəni öyrənmək lazımdır. Bu 
mənada fundamental tədqiqatlar fundamental təhsil-
lə  sıx  surətdə  bağlıdır.  Mahiyyətlər  arasındakı  bu 
əlaqə,  təbii  ki,  təşkilati  strukturda  da  nəzərə  alın-
malıdır.  İnkişaf  etmiş  ölkələrdə  doğrudan  da  belə-
dir.  Fundamental  tədqiqatla  fundamental  təhsil  va-
hid  müəssisələrdə  –  universitetlərdə  birləşdirilmiş-
dir. Ölkəmizdə isə bu zərurət unudulmuşdur. 
Tətbiqi  tədqiqatlar  gerçəklik  haqqında  deyil, 
gerçəkliyi  dəyişdirməyin  yolları  haqqında  biliklərə 
əsaslanır.  Bu  biliklərin  öyrənilməsi  sonrakı  yaradı-
cılıq  üçün  zəruri  şərtdir.  Və  deməli,  burada  bu  təd-
qiqatla təhsil vəhdətdə olmalıdır. Lakin burada fun-
damental  biliklər  yox,  tətbiqi  biliklər  öyrənildiyin-
dən  hər  bir  tətbiqi  sahəyə  uyğun  gələn  spesifik  ali 
təhsil sahəsi vardır. Məsələn, texnoloji ali məktəblər 
sahə elmləri ilə, ali tibb məktəbləri tibb profilli təd-
qiqat  institutları  ilə  vəhdətdə  olmalıdır  (inteqrasiya 
getməlidir).  
Elmin hər iki qolunun müvafiq ali təhsil sahə-
ləri ilə daxili əlaqəsi inkişaf etmiş ölkələrdə (bəlkə, 
əksinə,  onların  inkişafı  elə  elmlə  təhsilin  düzgün 
inteqrasiyasının nəticəsidir) nəzərə alınsa da, SSRİ-
də  nəzərə  alınmamış,  elm  təhsil  sistemindən  ayrı 
düşmüşdür. Yüzlərlə yüksək ixtisaslı alim biliklərini 
gənc  kadrlara  öyrədə  bilməmiş,  yüzlərlə  professor 
əsasən  tədrislə  məşğul  olduğundan  elmi  yaradıcılıq 
potensialını reallaşdıra bilməmişdir.  


Elm  və onun təşkilati formaları 
 
 
- 35 -
Nəyi isə dərk eləmək, başa düşmək hələ azdır. 
Öyrənilənləri  həyatda  tətbiq  etməyi  bacarmaq  la-
zımdır.  Əgər  bilik  hər  hansı  fəaliyyət  proqramına 
daxil edilə bilmirsə, istifadəsiz qalırsa o, passiv  ha-
fizəyə keçərək tədricən unudulur, və  ya xüsusi sax-
lanma vasitələri ilə (kitab və s.) gələn nəsillərə ötü-
rülür.  Bu  cür  "lazımsız"  biliklər  "lazımlı  bilikləri" 
tamamlamaq üçün lazım olur. Yaxud sonradan əldə 
olunmuş  yeni  biliklərlə  birləşərək  istifadə  olunmaq 
imkanı  əldə  edir.  "Saxla  samanı,  gələr  zamanı".  Bu 
el  hikməti  özünü  bilik  sahəsində  də  doğrultduğun-
dan  biliklərin  sistemə  salınması  və  tətbiqdən  asılı 
olmadan,  nisbi  müstəqil  bir  sərvət  kimi  yeni  nəsil-
lərə ötürülməsi ənənə halını alır. Nəticədə, bir tərəf-
dən,  müstəqil  elm  sahələrinin  əsaslarını,  fənləri  öy-
rədən  təhsil  sistemi  formalaşır,  digər  tərəfdən,  yeni 
bilik əldə etmək özü məqsədə çevrilir və nisbi müs-
təqil  elmi  fəaliyyət  sahəsi  yaranır.  Bir-biri  ilə  sıx 
əlaqədar olan və məntiqi yolla biri digərindən alına 
bilən  müəyyən  qrup  biliklər  sistemi  formalaşır  ki, 
bunlar da gələcək elmi fənlərin əsasını təşkil edir.  
O  vaxt  ki,  hər  bir  adam  yalnız  özünə  lazım 
olan  bilikləri  öyrənməklə  kifayətlənirdi  –  o  vaxt 
arxada  qalır.  Elm  sağlam  şüur  və  əxlaqi  meyar  hü-
dudlarını  keçərək  özünə  münasibətdə  yeni  düşüncə 
tərzi  tələb  edir.  Əgər  o  dövrdə  Sədi  öz  dediklərinə 
əməl  etməyən  alimi  əlində  çıraq  gəzdirən  kora 
bənzədirdisə,  indi  belə  korlardan  kənarda  elmin  in-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 36 -
kişafını təsəvvür etmək qeyri-mümkün olur. Kim isə 
axtarır,  kəşf  edir,  tapır,  lakin  özü  üçün  deyil,  baş-
qaları üçün. Özü də konkret mənada başqaları üçün 
yox, məsələn, öz övladları üçün, ya bir qohumu, ta-
nıdığı bir adam üçün yox, naməlum başqaları üçün. 
Bütün bəşəriyyət üçün.  
Başqasının kəşf etdiyi bilik elə bil ki, yəhərli, 
yüyənli at kimi qaça-qaça gəlib hamının qarşısından 
keçir.  Keçir,  lakin  dayanmır.  Ata  minib  onu  istədi-
yin  səmtə  sürmək  üçün,  ona  sahib  olmaq  üçün  də 
xüsusi  məharət  lazımdır.  Bir  yerdə  dayanan  adam 
qaçan ata minə bilməz. Gərək sən özün də hərəkətdə 
olasan.  Elə  bil  ki,  elm  adamı  üzünü  tətbiqçilərə 
tutub  deyir:  "Məndən  bərəkət,  sizdən  hərəkət".  El-
min tətbiqi isə olduqca müxtəlif sahələri əhatə edir.  
Kim  belə  hesab  edirsə  ki,  elmin  həyatla  əla-
qəsi  yalnız  texnika  vasitəsilə  mümkündür,  böyük 
səhv  edir.  Həyat  yalnız  istehsalatdan  ibarət  deyil. 
Başqa  sözlə,  maddi  istehsal  ictimai  həyatın  yalnız 
cüzi  bir  hissəsini  təşkil  edir.  Düzdür,  maddi  isteh-
salın  rolu  böyükdür.  Lakin  mənəvi  amillərin  get-
dikcə  daha  çox  dərəcədə  məhsuldar  qüvvəyə 
çevrildiyi  bir  şəraitdə  ictimai  həyatın  mənəvi  və 
maddi  komponentləri  arasındakı  nisbətdə  ciddi  də-
yişmələr baş verməkdədir.  
Bütövlükdə  ictimai  həyatın  mənzərəsi  hər  bir 
adamın  həyatına  nəzərən  daha  zəngin  və  daha  rən-
garəngdir.  İctimai  həyata  insanın  həm  maddi,  həm 


Elm  və onun təşkilati formaları 
 
 
- 37 -
də  mənəvi  ehtiyaclarının  ödənilməsinə  yönəlmiş 
fəaliyyət sahələri ilə yanaşı, əslində heç bir konkret 
insana lazım olmayan,  yalnız müəyyən sosial təşki-
lati  strukturların  özünümühafizəsinə  xidmət  edən 
fəaliyyət  sahələri  də  daxildir.  İnsanın  bilavasitə 
maddi tələbatına xidmət edən yüngül sənaye, həmin 
sənayenin texniki ehtiyaclarını təmin edən maşınqa-
yırma  sənayesi,  texnologiyalara  nəzarət  edən  mü-
həndis  fəaliyyəti,  fəhlələrin  bilavasitə  icraçılıq 
fəaliyyəti,  yeni  texniki  sistemlərin  layihəsini  hazır-
layan  ixtiraçı  və  konstruktorların  fəaliyyəti,  elmi 
nailiyyətlərin istehsala tətbiq yollarını axtaran elmi-
texniki  fəaliyyət  və  nəhayət,  yeni  elmi  biliklərin 
əldə  olunmasına  xidmət  edən  elmi  işçilərin  fəaliy-
yəti  –  elmi  kəşflər.  Elmi  axtarışlar  aparan  adamla-
rın, habelə mühəndis və konstruktor kadrlarının ha-
zırlanmasına  xidmət  edən  təhsil  sistemi.  Bu,  vahid 
bir  zəncirdir.  Təhsil-elm-ixtiraçılıq  fəaliyyəti  –  tex-
nologiyaların  mənimsənilməsi,  –  mühəndis  fəaliy-
yəti – bilavasitə icraçılıq – istehlak mallarının hazır-
lanması – istehlak...  
Lakin  həyatda  elm  həlqəsini  bir  tərkib  ele-
menti  kimi  özündə  saxlayan  başqa  analoji  zəncirlər 
də  az  deyil.  Məsələn,  Təhsil-Elm-Səhiyyə-Fiziki 
sağlamlıq;  Təhsil-Elm-İdarəetmə;  Təhsil-Elm-Siya-
sət;  Təhsil-Elm-Hüquq;  Təhsil-Elm-Ticarət;  Təhsil-
Elm-Özünüidarə  və  s.  Bütün  bu  zəncirlərin  başlan-
ğıcında  dayanan  Təhsil  özü  də  mürəkkəb  sistem 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə