Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 42 -
səhərisi  elə  ilk  addımlarını  bakalavr  hazırlığı  sə-
viyyəsində  atdığı  halda,  ADA  buna  tələsmir  və  ya 
heç  ehtiyac  da  duymur?  Çünki  ölkəmizdə  Bakı 
Dövlət  Universiteti  başda  olmaqla,  neçə-neçə  ali 
məktəblərdə  müvafiq  humanitar  sahələr  üzrə  baka-
lavr hazırlığı həyata keçirilir. Və kadrları elə onların 
arasından  seçmək  imkanı  olduğu  üçün,  əsas  diqqət 
məhz  diplomatik  fəaliyyətin  özəlliklər  ilə  bağlı 
xüsusi  biliklər  üzərində  qurulmuş  magistratura  pil-
ləsinə və ixtisasartırma kurslarına yönəldilir.   
 
* * * 
 
Tibb  elmləri  sahəsində  əsas  elmi  mərkəz  ha-
radadır? AMEA bu sahədə elmi mərkəz rolunu necə 
oynaya bilər? 
Məgər  statusuna  görə  “Tibb  Universiteti”  əs-
lində  məhz  Akademiya  deyilmi?  Və  bu  Tibb  Aka-
demiyası  məzmun  və  funksiyasına  görə  “Təhsil-
Elm-İstehsalat  (baxılan  halda  –  səhiyyə)”  birliyi 
deyilmi?  Bunu  hansı  isə  dolayı  yollarla  AMEA  ilə 
necə  əlaqələndirmək  və  tibb  elmini  necə  AMEA-
dan  koordinasiya  etmək  olar?  Rektorun  eyni  za-
manda  AMEA-da  müvafiq  bölmənin  akademik-
katibi seçilməsi ilə iş düzəlirmi?  
Yaxud  başqa  bir  sahəyə  baxaq:  Aviasiya 
Azərbaycanda  nisbətən  yeni  bir  sahədir  və  onun 
elmi bazası da son illər ərzində yaranmaqdadır. Am-


Elm  və onun təşkilati formaları 
 
 
- 43 -
ma  bu  elmi  baza  harada  yaranır:  AMEA-da,  yoxsa 
Milli  Aviasiya  Akademiyasında?  Şübhəsiz  ki,  so-
nuncuda. Bu baxımdan Milli Aviasiya Akademiyası 
da  bir  “Təhsil-Elm-İstehsalat”  mərkəzi  deyilmi  və 
müvafiq sahə elmlərini də özündə birləşdirmirmi? 
Yaxud  AMEA-dan  da  əvvəl  mövcud  olan 
Dövlət  Neft  Akademiyasının  funksiyalarına  nəzər 
salaq.  Məgər  bu  akademiya  neft  sənayesi  və  onun 
elmi-riyazi  əsasları  sahəsində  əsas  elmi  mərkəz  de-
yilmi? Daha doğrusu, bütün məqsəd bu akademiya-
nın əvvəlki şöhrətini qaytarmaq və onu getdikcə da-
ha  çox  dərəcədə  təhsil  müəssisəsinə  çevrilməkdən 
xilas  edərək,  “Elm-Təhsil-İstehsalat”  mərkəzi  kimi 
formalaşdırmaqdan ibarət olmalı deyilmi? Bu quru-
mun Neft Şirkəti ilə əlaqələri məhz elmi-texniki ya-
radıcılıq  aspektində  daha  da  gücləndirilməli  deyil-
mi?  Və  o,  müvafiq  sahə  elmlərinin  mərkəzi  bazası 
olaraq  qalmalı  deyilmi?  Yoxsa  biz  onu  da  AMEA-
dan koordinasiya edəcəyik?  
AMEA  öz  əsasnaməsində  real  imkanlarından 
və  gerçək  missiyasından  fərqli  olan  funksiyaları  da 
öz üzərinə götürübsə, biz sahə elmlərinin olub-qalan 
potensialını da tükətməyəmi çalışmalıyıq?  
Yaxud  hüquq  sahəsinə  baxaq.  BDU-nun  hü-
quq  fakültəsində  və  bu  sahədə  ixtisaslaşmış  akade-
miyalarda, neçə onilliklər ərzində formalaşmış elmi 
mərkəzlərə  AMEA  nəzdində  alternativ  yaratmağa 
ehtiyac  varmı?  Onsuz  da  AMEA-da  “İnsan  hüquq-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 44 -
ları”  üzrə  ayrıca  bir  institut  fəaliyyət  göstərir.  Üs-
təlik  Fəlsəfə  institutunu  hüquqlaşdırmaq  siyasəti 
hansı ehtiyacdan irəli gəlir? 
Yaxud Mədəniyyət və İncəsənət Universitetini 
müvafiq sahədə “Elm-Təhsil-İstehsalat” birliyi kimi 
formalaşdırmaq  və  bu  məqsədlə  AMEA-nın  müva-
fiq  institutu  ilə  inteqrasiya  aparmaq  mümkün  de-
yilmi?  
Suallar çoxdur, sadəcə olaraq sovet dövründən 
qalmış ənənəvi strukturları eynən saxlamaqla aparı-
lan  hər  hansı  bir  islahat  vahid  dövlətçilik  mövqe-
yindən  həyata  keçirilə  bilməz.  Çünki  islahatlar  za-
manı  hər  bir  qurumun  deyil,  bütövlükdə  dövlətin 
maraqları önə çəkilməlidir.  
Bir  məqamı  da  xüsusi  qeyd  etməyə  ehtiyac 
vardır ki, belə fundamental islahatlar kimlərinsə ix-
tisar olunmasını, işsizlik yaradılmasını deyil, əksinə, 
hər bir işçinin öz fəaliyyət istiqamətinə uyğun döv-
lət qurumunda çalışmasını nəzərdə tutur.  
AMEA-nın mahiyyəti, struktur və funksiyaları 
haqqında 
tənqidi 
mülahizələri 
“ümumiyyətlə 
AMEA  lazımdırmı?”  sualına  çevirmək  və  bu  sual-
dan  antitez  kimi  yararlanmaq  istəyənlərin  isə  nəzə-
rinə çatdırmaq istərdik ki, AMEA nəinki sadəcə ola-
raq lazımdır, həm də daha mötəbər, daha nüfuzlu bir 
təşkilat kimi lazımdır. Unutmaq olmaz ki, bunu ulu 
öndərimiz  Heydər  Əliyev  də  dönə-dönə  demiş  və 
ölkəmizdə  elmin  inkişafı  üçün  təminat  yaradılması 


Elm  və onun təşkilati formaları 
 
 
- 45 -
zərurətini  xüsusi  qeyd  etmişdir.  Prezident  İlham 
Əliyev  də  bu  xətti  davam  etdirir.  Yəni  AMEA-nın 
qalıb-qalmaması  məsələsi  gündəmdə  yoxdur.  Söh-
bət  onun  statusundan,  strukturundan,  funksiyaların-
dan, prioritetlərindən gedir. Məsələnin optimal həlli 
üçün Akademiyanın mahiyyəti önə çəkilməlidir.  
AMEA  ilk  növbədə,  dünya  praktikasına  uy-
ğun olaraq, bütün elm sahələrində ən yüksək nailiy-
yətlər  əldə  etmiş  böyük  alimlərin  –  akademiklərin 
ictimai  birliyidir.  Düzdür,  Azərbaycanda  bu  ictimai 
birlik  dövlət  büdcəsindən  maliyyələşir  və  bu  fakt 
ölkəmizdə elmə qayğının bariz ifadələrindən biridir. 
Bu  himayə  ilk  növbədə  onun  binalarının  və  maddi-
texniki bazasının dövlət tərəfindən əvəzsiz verilmə-
sində,  AMEA-nın  həqiqi  və  müxbir  üzvlərinə  yük-
sək  məvacib  ayrılmasında  və  bir  sıra  başqa  imti-
yazlarda özünü göstərir.  
Bu  yüksək  nüfuzlu  təşkilat  ölkəmizdə  təkcə 
elmin yox, ümumiyyətlə mədəniyyətin, təhsilin, mə-
nəviyyatın  inkişafı  naminə  öz  sanballı  sözünü  de-
məli,  dövlətimizin  apardığı  böyük  quruculuq  işinə, 
həyata  keçirdiyi  strateji  xəttə  dəstək  verməlidir.  Və 
ümid  edirik  ki,  Akademiyanın  nüfuzu  hər  mənada 
artacaq  və  o  digər  akademiyalarla  tədqiqat  sahələ-
rini  bölüşməyə  çalışmayaraq,  bir  növ  onların  föv-
qündə duran quruma çevriləcəkdir.  
İslahat və müzakirə tələb edən isə ilk növbədə 
AMEA-nın  nəzdindəki  elmi-tədqiqat  institutlarıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə