Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 38 -
olmaqla  elmi  daxili  ünsür  kimi  əhatə  edir:  Təhsil-
Elm  Təhsil-Elm-Səhiyyə  və  s.  Burada  birinci  təhsil 
elm adamının yetişməsi üçün, ikinci təhsil isə həmin 
elm  adamlarının  verdiyi  bilik  əsasında  konkret  bir 
sahədə mütəxəssislər yetişməsi üçündür.  
 
 
AMEA və digər akademiyalar 
 
Akademiyanın əsasını qoyan Platon 
belə  hesab  edirdi  ki,  onun  mərkəzində 
həmişə fəlsəfi ideya dayanmalıdır.  
Ə
bu Turxan 
 
Əgər keçid dövründə vəzifələrə təyinat icraçı-
lıq  keyfiyyətinə  görə  həyata  keçirilirdisə,  yeni  qu-
ruculuq  dövründə  elmi  əsaslarla  idarəetmə  sistemi-
nin bərqərar olması və bunun üçün bir tərəfdən mü-
vafiq  elm  sahəsinin  inkişaf  etdirilməsi,  digər  tərəf-
dən,  kadrların  seçilməsində  yaradıcı  təfəkkürə  üs-
tünlük verilməsi mühüm şərtdir. Yəni mərkəzləşmiş 
idarəçilik sistemi, dövlətin ümumi maraqlarına xid-
mətin prioritetliyi ilə yanaşı, aşağıların sanki öz da-
xili  yanma  mühərriklərinin  işə  salınması  və  hər  bir 
sahənin  müvafiq  elmi  prinsiplər  əsasında,  yaradıcı 
surətdə idarə edilməsi mərhələsi başlayır.  
Bu  baxımdan,  «Elm-İstehsalat»  birlikləri  mo-
delinə  uyğun  olaraq  sənaye  və  kənd  təsərrüfatı  sa-


Elm  və onun təşkilati formaları 
 
 
- 39 -
hələri  ilə  yanaşı,  dövlət  quruculuğunda;  nazirliklər-
də və baş idarələrdə hər bir sahənin öz spesifikasına 
uyğun surətdə elmlə bir ittifaq qurması tələb olunur. 
Bu  «elm»  isə  əlbəttə,  artıq  fizika,  kimya  kimi  klas-
sik  elmlərin  yox,  məhz  ictimai  elmlərin  bazasında 
yaranacaq  sahələrin  elmi  araşdırılması  və  müvafiq 
elmi  idarəçilik  mexanizmlərinin  formalaşmasına 
xidmət edir.  
Hazırda  bu  mexanizmin  freyminə,  karkasına 
formal  olaraq  bir  sıra  dövlət  qurumlarında  rast  gəl-
mək  mümkündür.  Məsələn,  Təhsil  Nazirliyində 
«Təhsil problemləri institutu», Vergilər Nazirliyində 
«Elm  və  tədris  mərkəzi»  və  s.  bu  kimi  elmi  qu-
rumlar həmin nazirliklərin və ya baş idarənin fəaliy-
yətinin  elmi  tənzimlənməsinə,  metodoloji  və  meto-
diki  təlimatlar  hazırlanmasına,  müvafiq  sahədə  qa-
nunvericilik bazasının möhkəmləndirilməsi üçün la-
yihələr  hazırlanmasına  və  s.  xidmət  etməlidir.  Am-
ma bu qurumlar nə dərəcədə öz funksiyasını  yerinə 
yetirə  bilir,  –  bu  başqa  məsələdir.  Bizi  isə  bu  mə-
qamda  maraqlandıran  odur  ki,  ictimai  elmlərin 
tətbiqi mexanizmlərini əhatə edən belə elmi qurum-
ların  işi  AMEA  tərəfindən  necə  koordinasiya  olu-
nur?  Sualı  başqa  cür  qoysaq,  AMEA-dakı  nəzəri 
tədqiqatlarla  bu  praktik  elmi  sahələr  arasında  üfüqi 
və  ya  şaquli  əlaqələr  yaradılıbmı?  Yoxsa  «bu  əla-
qələr»  ancaq  kağız  üzərində  olub,  formal  xarakter 
daşıyır?  


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 40 -
Diqqəti  Azərbaycanın  elm  və  təhsil  sistemin-
də  narahatçılıq  yaradan  başqa  bir  məqama  yönəlt-
mək  istərdik.  Dövlət  idarəçilik  orqanlarının,  nazir-
lik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalı-
şa bilməsi üçün onların nəzdində müvafiq sahə elm-
lərinin  yaradılmasına  və  onların  fəaliyyətinin  mü-
vafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük 
ehtiyac var. Belə bir dövrdə bəzi nazirliklər və döv-
lət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar 
yaratmaq  əvəzinə,  təhsil  müəssisələri  açırlar.  Yəni 
hərə  özü  üçün  kadr  hazırlığını  da  öz  üzərinə  götür-
məyə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər 
nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifikası-
na  uyğun  olan  əlavə  praktik  bilik  və  vərdişləri  mə-
nimsəməsi  üçün  ixtisasartırma  kurslarının  açılması-
nı və bu kursların məhz müvafiq sahə elminin (elm-
istehsalat  birliyinin)  nəzdində  açılmasını  məqsədə-
uyğun  hesab  edirik.  Lakin  bunun  əvəzinə  hər  hansı 
bir nazirlik bakalavr hazırlayan təhsil müəssisəsi aç-
maq fikrinə düşürsə, bunu müasir tələblərlə heç cür 
əlaqələndirmək  mümkün  deyil.  Axı,  maşınqayırma, 
nəqliyyat,  gömrük  işi,  təhlükəsizlik  sistemi,  polis, 
digər  hüquq-mühafizə  orqanlarının  öz  spesifik 
fəaliyyəti  sahəsi  olduğu  kimi,  təhsil  də  spesifik  bir 
sahədir.  Və  təhsilin  də  öz  elmi-metodoloji  bazası 
olmalıdır. Belə olan təqdirdə, yəni hər bir idarə, hər 
bir praktik fəaliyyət sahəsi özü üçün ali məktəb aça-
caqsa, onda dövlətin təhsil şəbəkəsi, çoxsaylı dövlət 


Elm  və onun təşkilati formaları 
 
 
- 41 -
universitetləri  nə  üçündür?  Mən  heç  özəl  universi-
tetləri  demirəm.  Şübhə  yoxdur  ki,  hər  hansı  bir  na-
zirlik kadr seçərkən, təbii ki, öz nəzdindəki ali mək-
təbin  məzunlarına  üstünlük  verəcəkdir.  Axı,  onlar 
praktik  bilikləri  də  mənimsəyirlərmiş.  Lakin  baka-
lavr səviyyəsində təhsil üçün dar ixtisaslaşma bilik-
ləri və praktik-əməli vərdişlərdən daha  çox, ümumi 
dünyagörüşü, humanitar mədəniyyət, müvafiq sahə-
nin  fəlsəfi  və  metodoloji  əsasları  öyrədilməlidir. 
Bunları  kim  öyrətməlidir?  Humanitar  və  ictimai 
elmlər  sahəsində  biliklərin  verilməsinin  bütün  ölkə 
miqyasında  vahid  elmi-metodoloji  əsasları  olmalı 
deyilmi?  
Bu  sahədə  vəziyyət  nə  qədər  acınacaqlı  olsa 
da,  nə  yaxşı  ki,  Avropa  standartlarına  uyğun  olan 
gözəl  nümunələr  də  vardır.  Daha  doğrusu,  hələlik 
tək bir nümunə vardır. Biz Xarici  Işlər Nazirliyinin 
bu  sahədəki  praktikasını  nəzərdə  tuturuq.  Neçə  il 
öncə  bu  nazirliyin  də  nəzdində  müvafiq  Akademi-
yanın  açılmasına  və  burada  həm  bakalavr,  həm  də 
magistr  səviyyəsində  tələbə  hazırlığına  icazə  veril-
məsinə  baxmayaraq,  Ali  Diplomatiya  Akademiyası 
işə  bakalavr  hazırlığından  başlamayaraq,  əvvəlcə 
müvafiq  elmi-metodiki  baza  yaratmaqla  məşğul 
olmuş  və  ancaq  bundan  sonra  nazirliyin  öz  işçiləri 
üçün  ixtisasartırma  kursları  açmış  və  nəhayət,  ma-
gistratura  pilləsində  tələbə  qəbuluna  başlamışdır. 
Niyə?  Niyə  digər  nazirliklər  icazələrini  alan  günün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə