Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 22 -
xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq 
proseslərinin  elmi-nəzəri  əsaslarına  vermək  məcbu-
riyyətindəyik.  Lakin  bu,  əlbəttə,  digər  elmlərin  sı-
xışdırılması hesabına həyata keçirilməməlidir.  
 
 
Fundamental və tətbiqi elmlər 
 
Ancaq nəzəriyyəni təcrübə ilə birləşdi-
rən, nəzəri fikirlərini tətbiq edə bilən və on-
lardan əməli nəticə götürə bilən, cəmiyyətə, 
ölkəyə,  xalqa  konkret  fayda  gətirən  insan-
lar alimlərin sırasında xüsusi yer tutur. 
Heydər Əliyev 
 
Elmi  fəaliyyət  çox  ağır  və  baha  başa  gələn, 
böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö-
yük ölkə belə, elmin bütün sahələrində müasir tələb-
lər səviyyəsində tədqiqat işləri apara bilməz.  
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq 
onun  öz  iqtisadiyyatının  ehtiyaclarına  uyğun  istiqa-
mətlərdə  inkişaf  etdirilir.  Bu  baxımdan,  təbii  ki, 
Azərbaycan iqtisadiyyatının da elm tutumlu sahələri 
müəyyənləşdirilməli  və  tədqiqatlar  əsasən  bu  isti-
qamətlərə yönəldilməlidir.  
Lakin  tətbiqi  elmlərlə  yanaşı  fundamental 
elmlər də vardır və onlar bir qayda olaraq bütün öl-
kələrdə  deyil,  yalnız  ən  böyük,  ən  qabaqcıl  ölkə-
lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cümlə-


Elm  və onun təşkilati formaları 
 
 
- 23 -
dən, fundamental elmlərə praqmatik münasibət hələ 
formalaşmadığından  çoxları  bu  sahəyə  sadəcə  milli 
imici yüksəldən bir amil kimi baxır.  
Həm  fundamental,  həm  də  tətbiqi  elmlər  iki 
müxtəlif  parametrlə  səciyyələnir.  Sözün  dar  məna-
sında,  həqiqi  mənasında  böyük  elm  –  elmi  yaradı-
cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əl-
də  edilməsi,  elmi  nəzəriyyələrin  formalaşması  pro-
sesi  vertikal  ölçüdə,  dərinlik  göstəricisi  ilə  müəy-
yənləşir.  Lakin  elm  piramidası  həm  də  oturacaq 
müstəvisinin  sahəsi  ilə,  artıq  məlum  elmi  biliklərin 
və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərə-
cəsi ilə ölçülür.  
Hər  hansı  bir  ölkədə  əhalinin  maariflənməsi, 
savadlılıq  dərəcəsi,  klassik  elmi  biliklərin  tədris 
proqramlarına  daxil  edilməsi  və  yayılması  prosesi, 
daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə 
zənginləşməsi, elmi biliklərin əhali arasında paylan-
ması və ya daha doğrusu, elmi biliklərin adi şüurun 
strukturuna daxil olması – bəli, bütün bunlar da gös-
təricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqə-
si yoxdur.  
Müasir  dövrdə  Azərbaycanda  elmi  potensial-
dan  səmərəli  istifadə  etmək  və  onu  ictimai  tərəqqi-
nin  mühüm  hərəkətverici  qüvvələrindən  birinə  çe-
virmək  üçün  qarşıda  duran  vəzifələrdən  biri  elmin 
təşkilati  strukturunu  yeni  tələblərə  uyğun  surətdə 
optimallaşdırmaqdan  ibarətdir.  Əlbəttə,  biz  bütün 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 24 -
dünya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf 
etdirilən və bütün sahələri əhatə edən böyük elmdən 
danışmırıq. Hər bir ölkə  elmin inkişafı və istifadəsi 
prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun 
olaraq qoşulur.    
Əsas  məsələ  məqsədin  düzgün  seçilməsidir. 
Elm  bizə  nədən  ötrü  lazımdır?  Biz  elmin  hansı  sa-
hələrindəki  nailiyyətləri  öz  ölkəmizdə  tətbiq  etmək 
imkanlarına  malikik?  Bizim  sənayenin  və  kənd  tə-
sərrüfatının  texnoloji  inkişaf  səviyyəsi  və  burada 
istifadə  olunan  qurğuların  elmi  tutum  dərəcəsi  öy-
rənilibmi?  Yəni  bir  tərəfdən,  bizim  üçün  hansı  elm 
sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tərəf-
dən, bizim texnologiyanın elmin hansı inkişaf səviy-
yəsinə adekvat olduğu nəzərə alınmalıdır.  
Məsələ  burasındadır  ki,  fundamental  elmlərin 
inkişaf  səviyyəsi  ilə  tətbiq  üçün  uyğunlaşdırılmış 
səviyyə  arasında  xeyli  böyük  fərq  vardır.  Başqa 
sözlə,  tətbiqi  elmlər  fundamental  elmlərin  təqribən 
5-10  il,  bəzi  sahələrdə  isə  hətta  20-30  il  bundan 
əvvəlki  nailiyyətlərindən  istifadə  edir.  Ancaq  o  öl-
kələr fundamental elmlərin inkişafında xüsusilə ma-
raqlıdır  ki,  onlar  yeni  elmi  kəşflərin  hamıdan  əvvəl 
tətbiq  olunmasına  qadirdirlər.  Dünyada  cəmi  bir 
neçə belə superdövlət vardır.  
Azərbaycanda keçmiş SSRİ-nin elm məkanın-
da  hazırlanmış  çoxlu  sayda  yüksək  ixtisaslı  elmi 
kadr vardır. Əgər nəzərə alsaq ki, SSRİ dünyada el-


Elm  və onun təşkilati formaları 
 
 
- 25 -
min  inkişaf  səviyyəsinə  görə  ən  öncül  yerlərdən 
birini  tuturdu,  deməli,  bu  alimlərin  də  səviyyəsi 
dünya  standartları  səviyyəsindədir.  Hazırda  bu  mü-
təxəssislər üçün elmi mühit olmadığından və öz sə-
viyyələrinə  uyğun  maaşla  təmin  edilə  bilmədiklə-
rindən,  onların  bir  qismi  işləmək  üçün  xarici  ölkə-
lərə  gedir  və  bəzən  həmişəlik  orada  qalırlar.  Bu, 
Azərbaycan  üçün  çox  böyük  itkidir.  Çünki  bu 
səviyyədə  alimlərin  yenidən  hazırlanması  həddin-
dən artıq böyük vəsait tələb edir.  
Digər  bir  səbəb  də  budur  ki,  elmi  işçilər  keç-
miş  SSRİ-nin  vahid  elmi  məkanından  ayrı  düşdük-
lərinə  görə  öz  əvvəlki  fəaliyyətlərini  davam  etdirə 
bilmirlər. Bir çox elm adamları öz ixtisaslarını dəyi-
şərək  praktik  çıxışı  olan  tətbiqi  sahələrə  keçirlər. 
Bununla da, dünya elmi üçün əslində çox böyük nü-
fuz sahibi olan nadir mütəxəssislər orta  elmi perso-
nalın  yerini  tutmuş  olurlar.  Bəzi  alimlər  isə  ümu-
miyyətlə  elmi  fəaliyyətdən  uzaqlaşırlar.  Bu  itkiləri 
hesablasaq,  Azərbaycanın  özünün  çox  böyük  milli 
sərvətindən  tədricən  necə  məhrum  olduğunu  görə-
rik.  
Çıxış  yolu  nədədir?  Bu  böyük  milli  sərvəti 
necə xilas etmək olar?  
Bəziləri  çıxış  yolunu  çox  bəsit  variantlarda 
axtarır.  Belə  güman  edirik  ki,  sadəcə  olaraq  büd-
cədən  elmə  ayrılan  vəsaitin  artırılması  ilə  bütün 
problemlər həllini tapa bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə