Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 30 -
ratmaq  sadəlövhlük  olardı.  Bu  səbəbdən  də,  Azər-
baycanda elmin inkişafı ilə bağlı islahatlar aparılar-
kən  ilk  növbədə  Elmlər  Akademiyasının  təcrübəsi 
və potensialı nəzərə alınmalıdır. Elm və təhsilin əla-
qələndirilməsi  işində  də  bu  çox  vacibdir.  Təsadüfi 
deyildir ki, Milli Məclisin Elm və Təhsil məsələləri 
daimi  komissiyasında  da  magistraturanın  Akademi-
ya ilə birlikdə, onun bazasından və elmi potensialın-
dan  istifadə  etməklə  yaradılması  məsələsi  qaldırıl-
mışdır. Bizim fikrimizcə, magistratura ali məktəblə-
rin  monopoliyasında  qalmamalı  və  Akademiya  sis-
temində çalışan alimlər təhsil prosesindən kənarlaş-
dırılmamalıdırlar.    
Lakin bununla yanaşı olaraq, öz elmi kadr po-
tensialına görə bir sıra sahələrdə akademiyadan geri 
qalmayan universitetlərdə də elmin inkişafına şərait 
yaradılmalıdır.  Bu  müxtəlif  qurumların  paralel  təd-
qiqat  aparması  və  bir-birini  təkrar  etməməsi  üçün 
akademiya sistemində olan elmi-tədqiqat institutları 
ilə  universitetlərin  nəzdindəki  elmi-tədqiqat  mər-
kəzləri  və  kafedralar  arasında  sıx  koordinasiya  ol-
malıdır.  Respublikamız  o  qədər  böyük  iqtisadi  po-
tensiala  malik  deyil  ki,  müəyyən  bir  elm  sahəsində 
olan bir neçə elmi-tədqiqat müəssisələrinin hamısını 
müasir  laboratoriyalarla  təmin  edə  bilsin.  Ona  görə 
də  mərkəzləşdirilmiş  elmi  idarəçilik  prinsipi  zama-
nın tələbidir. Lakin bu prinsip hansı hallarda birləş-
mə şəklində, hansı hallarda əlaqələn-dirmə və birgə 


Elm  və onun təşkilati formaları 
 
 
- 31 -
fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun-
lar  konkret  yanaşma  tələb  edir.  Məhz  buna  görə  də 
əvvəlcə Milli Elmlər Akademiyasının nisbi müstəqil 
bir qurum kimi fəaliyyətinin, eyni zamanda univer-
sitet  elminin  nisbi  müstəqil  bir  proses  kimi  təşkil 
olunmasının  qanunda  ayrı-ayrı  təsbit  edilməsindən 
deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi 
əsaslarının hazırlanmasından çıxış edilməlidir.  
 
 
Elm və praktika 
 
Bilmək  hələ  azdır,  əsas  məsələ 
onu yaxşı tətbiq etməkdədir. 
R. Dekart 
 
Elmin nə dərəcədə səmərəli olması bəzilərinin 
Azərbaycan  ictimai  şüuruna  yeritməyə  çalışdığı 
beynəlxalq  indeksasiya  göstəriciləri  ilə  deyil,  onun 
infrastrukturundakı  üç  komponent  arasında  nisbətlə 
səciyyələnir. 
Söhbət  fundamental  elmin,  tətbiqi  elmin   
təcrübi-konstruktor işinin (bu sonuncu əslində elmin 
bir sahəsi olmayıb, elmlə mühəndisliyin qovşağında 
olan fərqli bir sahədir) nisbətindən gedir.  
Azərbaycanda  elmə  ayrılan  maliyyə  vəsaiti 
əsasən  “fundamental  elm”  kateqoriyasına  aid  olan 
sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan xeyli az 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 32 -
vəsait ayrılır. Akademiya çərçivəsində təcrübi-kons-
truktor işləri, demək olar ki, yox dərəcəsindədir.  
Əyanilik  üçün  bəzi  qabaqcıl  ölkələrdə  bu  üç 
komponentin nisbətinə baxaq: Yaponiyada bu nisbət 
14% - 26% - 60%; ABŞ-da: 12% - 22% - 66%-dir. 
Yəni fundamental elmə nə qədər xərclənirsə, ondan 
təqribən  2  dəfə  çox  tətbiqi  elmlərə  və  4-5  dəfə  çox 
təcrübi-konstruktor  işlərinə  sərf  olunur.  Sonuncu 
halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələ-
batına  uyğunlaşdırılmış  və  tətbiqi  elmlərin  bazasın-
da görülən mühəndis-konstruktor işlərini əhatə edir. 
Buraya  yeni  texnika  istehsalına  olan  məsrəflər  də 
daxil  deyil.  Çünki  bu  mərhələyə  texnikanın  kütləvi 
istehsalı  yox,  təcrübi  nümunənin  düzəldilməsi  aid-
dir. Əgər bu nümunə sınaqdan uğurla  çıxarsa, onda 
həmin  texnikanın  (istehsal  vasitəsinin)  istehsalına 
başlanır  ki,  bu  da  əsasən  maşınqayırma  sənayesinə 
aiddir.  
Ancaq  yeni  texnikanın  kütləvi  istehsalından 
sonra  onun  nisbətən  yüngül  sənaye  sahəsində  isti-
fadə  olunması  başlanır  və  əgər  bu  yeniliyin  tətbiqi 
iqtisadi  cəhətdən  daha  səmərəli  olarsa,  alınan  gəlir 
elmin  tətbiqi  sayəsində  əldə  olunmuş  sayılır.  Və 
yalnız bu zaman elm həqiqətən səmərə vermiş olur. 
Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələri-
nin iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac 
qalmır.  Çünki  müvafiq  sənaye  sahəsinin  ekspertləri 
mümkün  gəliri  qabaqcadan  hesablayaraq,  elmi-tex-


Elm  və onun təşkilati formaları 
 
 
- 33 -
niki yeniliyi özləri üçün əlverişli qiymətə satın alır-
lar. Bu iş əsasən patentləşmə və patentlərin satılma-
sı yolu ilə həyata keçirilir.  
Yaponiya örnəyinin bir aspekti də bundan iba-
rətdir  ki,  bizə  nisbətən  xeyli  böyük  olan  bu  ölkə 
bütün elm sahələri üzrə orta bir səviyyəni saxlamaq-
la yanaşı, əsas gücü yalnız bir neçə sahəyə yönəldir. 
Və  həmin  sahələrdə  də  dünya  miqyasında  ön  xəttə 
çıxa bilir və hətta ABŞ kimi bir elm nəhəngi ilə rə-
qabətə girir. Bizdə isə bu prioritetlər hələ də müəy-
yənləşmədiyindən  sanki  kortəbii  xarakter  daşıyır, 
kim hansı mövzunu istəyirsə, onu da seçir. Deməli, 
elm haqqında ümumi söhbətlər aparılmasına baxma-
yaraq, real iqtisadi səmərə verə biləcək sahələrin və 
mövzuların müəyyənləşdirilməsi istiqamətində elmi 
araşdırmalar hələ də aparılmır.  
 
*** 
 
Elm  öz  funksiyasına  görə  iki  qola  ayrılır: 
fundamental  və  tətbiqi.  Birincidə  məqsəd  gerçəklik 
haqqında  yeni  biliklər  əldə  etmək,  həqiqətə  daha 
çox  yaxınlaşmaqdır.  İkincidə  isə  məqsəd  –  alınmış 
bilikləri  gerçəkliyə  tətbiq  etmək,  yeni  texnoloji  sis-
temlər yaratmaqdır.  
Fundamental  tədqiqatlar  –  yeni  biliklər  alın-
ması artıq məlum olan elmi biliklərin və metodların 
yüksək səviyyədə mənimsənilməsini tələb edir. Ye-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə