Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 63 -
təəssüf ki, Akademiya neçə illərdir ki, məhz bu yolu 
tutur.  
Kim  isə  dissertantların  və  dissertasiyaların 
sayının çoxluğunu humanitar-ictimai elmlərə diqqət 
və  qayğının  çoxluğu  kimi  dəyərləndirirsə,  bununla 
heç  cür  razılaşmaq  olmaz.  Hər  şey  tam  tərsinədir. 
Bu  iki  sahəyə  fərqli  münasibətin  həqiqi  simasını 
görmək  istəsək,  uzağa  getməyərək,  elə  AMEA-nın 
struktur  bölgüsündə  onun  çox  aydın  ifadəsini  tapa 
bilərik.  
Uzun  müddətli  fasilədən  sonra  –  2001-ci  ildə 
Akademiyaya  seçkilərin  keçirilməsi,  ona  Milli  EA 
statusu  verilməsi,  Akademiyanın  yeni  rəhbərliyinin 
seçilməsi  elmdə  nəhayət  ciddi  islahatlar  aparılaca-
ğına  ümid  yaratdı.  Lakin,  təəssüf  ki,  bu  barədə 
gözləntilər  özünü  fərqli  istiqamətlərdə  “doğrultdu”. 
SSRİ-dən  ayrıldıqdan  sonra  bütün  sahələrdə  müs-
təqil  inkişaf  siyasətinin  həyata  keçirilməsinə  uyğun 
olaraq,  elm  sahəsində  də  milli  maraqlara  xidmət 
edən  yeni  siyasət  yürüdüləcəyi,  Milli  EA-nın  ilk 
növbədə  millət  və  dövlət  maraqları  istiqamətində 
yenidən qurulacağı gözlənilirkən, Akademiyanın bir 
qrup  rəhbərləri  dövlətin  mənafeyini,  elmin  məna-
feyini güdmək əvəzinə, məhz bir qurum olaraq Aka-
demiyanın  “mənafeyini”,  yəni  onun  ənənəvi  struk-
turunun  mühafizəsini  önə  çəkdilər.  İslahat  isə 
bundan ibarət oldu ki, milli maraqların müəyyənləş-
dirilməsinə  xidmət  etməli  olan  ictimai  elmlər  daha 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 64 -
da  sıxışdırıldı.  Mən  ilk  növbədə  Akademiyanın  hu-
manitar  elmlər  bölməsi  ilə  ictimai  elmlər  bölməsi-
nin mexaniki surətdə birləşdirilməsini nəzərdə tutu-
ram.  Texnarlar  elmdə  guya  humanitar-ictimai  sahə-
nin xeyrinə yaranmış disproporsiyadan bəhs edirlər. 
Halbuki ən böyük disproporsiya özünü Akademiya-
nın  strukturunda  göstərir.  2001-ci  il  islahatından 
sonra  Akademiyanın  prezidenti  də,  iki  vitse-prezi-
denti və akademik-katibi də – hamısı təbiət elmləri-
nin  nümayəndələrindən  seçildi.  Hətta  milli  maraq-
lara  barmaqarası  baxılan  sovet  dövründə  belə, 
ənənəvi olan humanitar-ictimai sahə üzrə vitse-pre-
zident  ştatı  ləğv  edildi: motiv  də  bu  oldu  ki,  ixtisar 
aparmaqla  dövlət  büdcəsinə  qənaət  edirik.  Hazırda 
Akademiyada  təbiət  elmlərinə  dörd  bölmə  ayrıldığı 
halda, bütün humanitar və ictimai elmlər bir bölmə-
də  birləşdirilib  ki,  belə  böyük  və  fərqli  sahələrin 
idarə edilməsi çox çətin olduğundan, ictimai elmlər, 
demək olar ki, başlı-başına buraxılmışdır. Artıq ne-
çə  illərdir  ki,  EA-nın  ictimai  elmlər  üzrə  Xəbər-
lərinin  çıxmaması  da  heç  kimi  narahat  etmir.  Belə 
münasibətin  yolverilməzliyi,  necə  deyərlər,  “kor 
gözlə  də  göründüyündən”,  2007-ci  il  seçkilərindən 
sonra  humanitar  sahə  üzrə  vitse-prezident  ştatı  bər-
pa olundu, amma bölmələrin ayrılması “yaddan çıx-
dığına”  görə,  akademik-katib  ilə  vitse-prezidentin 
fəaliyyət  dairəsi  tam  üst-üstə  düşdü.  Yəni  faktiki 
olaraq heç nə dəyişmədi.   


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 65 -
Bunu  da  diqqətə  almalıyıq  ki,  əslində  Qərbdə 
elm  (science)  dedikdə  ancaq  təbiətşünaslıq  və  tex-
niki  elmlər  nəzərdə  tutulur.  Bütün  dünyada  elm 
(fundamental və tətbiqi elmlər) sənayenin, rentabelli 
iqtisadiyyatın mühüm bir halqasına çevrilməklə, son 
nəticədə  qazanc  əldə  olunmasına  xidmət  edirsə  və 
bu  qazancdan  elmin  payına  düşən  hissə  həm  də 
humanitar-ictimai  elmlərin  inkişafına  sərf  olunursa, 
bizdə tam tərsinə olan bir təsəvvür hökm sürməkdə-
dir:  milli  ruhun  özünüdərkinə  xidmət  edən  tədqiqat 
sahələri  hərraca  çıxarılaraq  qazanc  gətirməli,  kimə 
və  nəyə  lazım  olduğu  aşkar  şəkildə  bəlli  olmayan 
psevdoelmi  təsisatlar  isə  bu  qazanc  sayəsində 
inkişaf  etdirilərək  qloballaşmış  dünya  elmi  üçün 
əlavə yem olmalı imiş. Biz kimlərinsə dəyirmanına 
su tökməli imişik. Daha doğrusu, indi AMEA-da və-
ziyyət  məhz  belədir.  Bunu  təkcə  akademik  Fikrət 
Əliyev təklif etmir. Cəmi bir-iki il əvvəl AMEA-nın 
Fəlsəfə  və  Siyasi-Hüquqi  Tədqiqatlar  institutunda 
yaranmış  anormal  vəziyyətin  yoxlanması  göstərdi 
ki,  dəbdə  olan  hüquq  ixtisası  üzrə  dissertantura  sö-
zün  həqiqi  mənasında  bazara  çevrilmiş,  həm  xeyli 
sayda xarici ölkə vətəndaşlarının, həm də daxildə – 
hüquq-mühafizə  orqanlarında  çalışan  300-dən  çox 
şəxsin  ödənişli  dissertantura  xətti  üzrə  elmi  dərəcə 
alması planlaşdırılmışdır. Əlbəttə, heç bir zəhmət və 
xərc  çəkmədən  ildə  hər  bir  iddiaçıdan  1500  ABŞ 
dolları  qazanılması  bəzi  dairələrə  Akademiyanın 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 66 -
özünümaliyyələşdirmə istiqamətində intensiv fəaliy-
yəti  kimi  qələmə  verilirdi.  Və  bu  zaman  Akademi-
yada qazancın saxta yolla kadr hazırlığı və ya digər 
qeyri-elmi  yollarla  deyil,  məhz  təbiətşünaslıq  və 
texniki  elmlərin  tətbiqi  sayəsində  əldə  edilməli  ol-
duğu nə üçünsə yaddan çıxırdı. Ümid etmək olar ki, 
indi  bu  vəziyyətin  düzəldilməsi  istiqamətində  az-
çox  iş  aparılır.  Vəziyyətdən  çıxış  üçün  dissertantu-
raya  qəbul  Nazirlər  Kabinetinin  nəzarətinə  götürül-
müşdür.  Bəs  elmin  gəlirləri  sahəsində  vəziyyət  ne-
cədir? Axı bütün dünyada elm ən rentabelli sahələr-
dən biri sayılır. Elmə qoyulan hər bir manat ən azı 5 
dəfə  artıq  gəlir  gətirir.  Təsadüfi  deyildir  ki,  dövlət 
başçısı da ölkənin iqtisadi inkişafında, gələcəyin ka-
pital ehtiyatının formalaşmasında neft gəlirlərindən, 
ümumiyyətlə  təbii  sərvətlərdən  və  hətta  qeyri-neft 
sektorundan  daha  çox,  insan  potensialına,  intellek-
tual  kapitala  xüsusi  önəm  verir.  Prezident  İlham 
Əliyev deyir: “Bu gün qabaqcıl ölkələrin təcrübəsi-
nə  nəzər  salsaq,  görərik  ki,  onların  tərəqqisini  elm 
müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğ-
rafi  vəziyyət  deyil,  məhz  intellektual  kapital,  məhz 
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə  çevirir”. 
Deməli, biz ilk növbədə elmin (təbiət elmləri və tət-
biqi  elmlərin)  iqtisadiyyatın  strukturuna  necə  daxil 
olması və intellektual potensialın kapitala necə çev-
rilməsi  barədə  düşünməli  və  ancaq  bunu  nəzərə  al-
maq  şərti  ilə  humanitar-ictimai  elmlərin  statusu  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə