Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 67 -
səmərəsi  haqqında  söhbət  açmalıyıq.  Yeri  gəlmiş-
kən, bu sahənin səmərəsi, elmdən fərqli olaraq, iqti-
sadi  meyarlarla  deyil,  ideoloji  və  mədəni-mənəvi 
meyarlarla  ölçülməlidir.  Qərb  anlamında  humanitar 
sahə  heç  vaxt  elm  kimi  qiymətləndirilmir  və  bizim 
işlətdiyimiz “humanitar elmlər” ifadəsinin dəyərlən-
dirilməsində də elmə aid tələblərdən və meyarlardan 
çıxış  edilmir.  Ümumiyyətlə  bizdə  humanitar  və  ic-
timai  elmlərin  bir  papaq  altında  qruplaşdırılması 
özü də kökündən səhv bir yanaşmadır.  
Dövlət  idarəçiliyində  elmin  (science)  huma-
nitar sahəyə aid edilməsi də ancaq Şərq ölkələrində 
mümkündür.  Belə  ki,  Qərbdə  elm  bilavasitə  gəlir 
gətirməyən  və  buna  görə  də,  dövlət  maliyyələşmə-
sinə  möhtac  olan,  bütün  dəyəri  insana  və  insanlığa 
xidmətdən  ibarət  olan  humanitar  sahələrdən  fərqli 
olaraq,  özünü  maliyyələşdirən  və  üstəlik  gəlir  gəti-
rən  yüksək  rentabelli  bir  bölüm  kimi  iqtisadiyyatın 
strukturuna daxil olur. Onun maliyyələşməsi və gə-
tirdiyi  gəlirlər  də  böyük  korporasiyaların  fəaliyyəti 
çərçivəsində  tənzimlənir.  Hətta  universitet  elminin 
maliyyələşməsində də həmin böyük iqtisadi qurum-
lar maraqlı olduqlarından, həmin ölkələrdə universi-
tetlərlə  korporasiyalar  arasında  sıx  bir  əks-əlaqə 
mövcuddur.  
İndiki  dövrdə  qarşımızda  duran  vəzifə  də 
nəinki  humanitar  və  ictimai  elmlərin  funksiyalarını 
bərpa etmək, habelə bütünlükdə Akademiya, univer-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 68 -
sitet  və  sahə  elmi  arasında  koordinasiya  yaratmaq-
dan  ibarətdir.  Habelə,  elmin  (science)  tədricən  hu-
manitar sahənin strukturundan çıxarılaraq iqtisadiy-
yatın  strukturuna  daxil  edilməsi  istiqamətində  real 
addımlar atılmalıdır ki, ancaq bu zaman humanitar-
ictimai elmlər də öz evində yad ünsür tərəfindən sı-
xışdırılmaq aqibətindən xilas ola bilər.   
“Yad  ünsür”  dedikdə  biz  bir  tərəfdən  ölkənin 
humanitar  siyasətinə  daxil  edilən  və  Milli  EA-nın 
fəaliyyətinin mühüm bir  hissəsini təşkil edən, digər 
tərəfdən  isə  həm  humanitar,  həm  də  milli  mahiy-
yətdən uzaq olan, qlobal texnokratik və ümumbəşəri 
səciyyə daşıyan, sözün dar mənasında elmi (science 
–  fundamental  və  tətbiqi  elmlər)  nəzərdə  tuturuq. 
Bəs  humanitarlıq  və  millilik  xaricində  olan  elmin 
əsl yeri haradadır? 
Elm sahəsində düzgün siyasət aparıldıqda, yə-
ni  dünya  praktikasına  uyğun  hərəkət  etdikdə,  onun 
inkişafı  iki  əsas  təşkilati  formada  həyata  keçir:  is-
tehsal  sahələrinə,  iqtisadi  qurumlara,  korporasiya-
lara (sovet dövründə buna «elm-istehsalat birlikləri» 
deyirdilər) daxil olan sahə elmləri və bir də univer-
sitet  elmi.  Bizdə  indi  sahə  elminin  çox  az  nümunə-
ləri qalmışdır. Böyük istehsal sahələrindən biri olan 
Neft şirkətində və s. Universitet elmi isə sanki məq-
sədyönlü  surətdə  arxa  plana  keçmişdir  və  elmdən 
söhbət  gedəndə  heç  səsi  də  çıxmır.  Təsadüfi  deyil 
ki,  Milli  Məclisdə  “Elm  haqqında  qanun”  adı  al-


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 69 -
tında  artıq  iki  oxunuşdan  keçmiş  layihə  bütövlükdə 
və  tamamilə  Akademiya  haqqında  qanunu  xatırla-
dır.  Universitet  elmi  və  sahə  elmlərinin  heç  adı  da 
çəkilmir. Bu da ölkəmizdə elmin daxili bölgüsündə 
yaranmış  disproporsiyanın  artıq  ictimai  şüurda  da 
möhkəmlənməsinin  nəticəsidir.  Görünür,  Akademi-
ya  divarları  arasında  olmaq  və  dövlət  büdcəsindən 
daha çox maliyyə ayrılmasına çalışmaq, yaxud buna 
nail  ola  bilmədikdə  sosial  narazılıq  mənbəyi  yarat-
maq  daha  asan  işdir.  İstehsalat  birlikləri  nəzdində 
fəaliyyət göstərərək milli iqtisadiyyatımızın konkret 
ehtiyacları  üçün  çalışmaq  və  real  tətbiqi  nəticələr 
göstərmək isə bir qədər çətindir. 
Təəccüblü  görünən  odur  ki,  bəs  universitetlər 
niyə  səsini  çıxarmır?  Əvvəllər  həm  fundamental 
elmlərin, həm də humanitar-ictimai elmlərin inkişa-
fında aparıcı mövqe tutan ali məktəblər niyə indi öz 
işini  əsasən  tədrislə  məhdudlaşdırır  və  bütün  sahə-
lərdə  koordinasiya  səlahiyyətinin  haqlı-haqsız  Aka-
demiyaya verilməsinə soyuqqanlılıqla  yanaşır? Mə-
sələn,  hüquqşünaslığın  ağırlıq  mərkəzi  açıq-aşkar 
şəkildə  BDU  olduğu  halda,  müvafiq  elmi  sahənin 
koordinasiyası  niyə  Akademiyaya  tapşırılmalıdır? 
Belə  misallar  çox  çəkmək  olar,  amma  görünür, 
Təhsil  Nazirliyi  «elə  təhsil  də  bizə  bəsdir»  prinsi-
pindən  çıxış  edir.  Çünki  indi  təhsil  elmdən  daha 
«prestijlidir»,  çiynini  əlavə  bir  yükün  altına  vermə-
yə  nə  hacət?!  Təsadüfi  deyil  ki,  Akademiyanın 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 70 -
2001-ci  ildən  sonra  keçirdiyi  islahatın  da  bir  xətti 
buranı  tədricən  həm  də  bir  təhsil  mərkəzinə  çe-
virmək və ödənişli təhsil sahəsindən «qazanıb» elmi 
inkişaf  etdirmək  xətti  idi.  düzdür,  Akademiya  hə-
ləlik  əldə  etdiyi  bu  səlahiyyətdən  geniş  planda 
yararlana  bilmir:  təhsilin  nə  dərəcədə  spesifik  və 
çətin bir sahə olduğu Akademiya rəhbərliyi tərəfin-
dən  hələ  indi-indi  dərk  olunur.  Aspirantura-disser-
tantura  «təhsili»  Akademiyada  kifayət  qədər  geniş-
ləndirilsə də, burada prosesin təhsil aspektindən, bu 
artıq  əziyyətdən  xilas  olmaq  üçün  fəlsəfə  dərslə-
rindən, elmi yaradıcılıq metodları və ixtisas metodo-
logiyasından  yaxa  qurtara  bilmiş,  fəlsəfədən  mini-
mum  imtahanları  ləğv  edilmişdir.  On  ilə  yaxın  bir 
müddətdə  elmə  vurulan  bu  zərbə  indi  o  dərəcədə 
aşkar görünür ki, noyabr müşavirəsində AMEA-nın 
prezidenti  özü  də  bu  səhvi  etiraf  etdi  və  fəlsəfəyə 
qayıtmaq  zərurətini  vurğuladı.  Amma  bu,  hələ  xoş 
bir istəkdir. Səhv etmək asan, onu aradan qaldırmaq 
isə çətin olur. 
Dövlətimizin  iqtisadi  sahədə  qazanılmış  bö-
yük uğurlarla yanaşı, elmdə də ciddi islahatlar apar-
maq  və  bu  sahədə  də  qabaqcıl  ölkələr  sırasına  çıx-
maq istəyi anlaşılandır.  Bu istək son vaxtlarda ölkə 
rəhbərinin  bir  sıra  sərəncamlarından  da  aydın  gö-
rünür. Elm fondunun yaradılması da bu istiqamətdə 
atılan mühüm addımlardan biridir. Amma elmin təş-
kilati strukturunda aparılan islahatların öz spesifika-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə