Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

80 
 
görünürdü.  Geyimi  səliqəli  və  göründüyündən  baĢa 
düĢünüldüyü kimi dəbli idi.  
-TəĢəkkür  edirəm,  sizidə  əziyyətə  saldım.  –  RövĢən 
utanmıĢ halda təĢəkkür elədi.  
-Nə əziyyəti, Farizin nəvəsi bura gələcək və mən durub 
onun  üçün  nəsə  etməyəcəm?  –  indidə  deyirəm,  nömrəmi 
baban  verib,  nə  isə  lazım  olsa  utanmanıb  -  çəkinmədən 
zəng  elə.  Ev  sahibi  ilə  də  danıĢmıĢam.  Kirayə  dərdi 
çəkmə. Babanla özümüz həll edəcək.  
-Sağolun.  TəĢəkkür  edirəm.  –  RövĢən  təĢəkkür  edib, 
yola  baxmağa  davam  elədi.  ġəhər  həqiqətəndə  gözəldi. 
Binalar, tikililər göz boyayırdı.  
-Fərqlidi.  –  RövĢən  ürəyindən  keçən  sözü  bərkdən 
dedi. 
-Nə?  –  nə  fərqlidi?  –  maĢın  sürərək,  RövĢənin  nə 
dediyinə baxdı.  
-Bakı.  Bizim  kənddən  çox  fərqlidi.  Rayonumuz  belə 
bu qədər gözəl deyil.  
-Hə.  Bakı  gözəlləĢib.  Son  illər  gözəl  binalar  tikirlər. 
ĠnkiĢaf edirik  nədə olsa. Sən on, on beĢ il əvvəl gəlsəydin 
deyərdin ki, kəndimiz daha gözəldi.  
Sözünü  bitirməmiĢ  -  kəndin  gözəlliyi  ayrıdı.  Təmiz 
havası,  yaĢıllığı.  Burda  gördüklərin  ağaclar,  otlar  sünidi. 
Hamsı  xalça  kimi  sərilib,  əl  vursan  qopacaq.  O  ki,  dağa 
çıxırsan haa, otun iyi adamı məst edir. Onun yeri ayrıdı.  
-Bizim  kənddə  olmusunuz?  –  RövĢən  maraqla  sual 
verdi. 
-Həə.  Neçə  dəfə  gəlmiĢəm.  Səni  deyəsən  uĢaqkəndə 
görmüĢəm.  Balaca  idin.  Farizin  yanında  qaçırdın  ora  - 
bura.  
RövĢən gülümsəməklə kifayətləndi. 
MaĢını  idarə  edən  Orxan  davam  elədi.  –  babanla  o 
dağlarda o qədər quzu kababı yemiĢikki. Fariz baban var 
haa,  bilirsən  nə  kiĢi  olub?  Ova  gedərdik,  gülləsi  boĢa 
getməzdi.  Əvvəl  dövlətlər    bir  olanda  xaricə.  Rahatca 
gedib  gələ  bilirdik.  Baban  evlənməzdən  əvvəl  mənlə 


81 
 
qalardı  Bakıda.  Ġki  aydan  bir  birdə  gördün  mindik 
təyyarəyə  getdik,  Rusiyaya,  Ukraynaya.  QəĢəngdə  iĢimiz 
var  idi,  pulumuzda  istədiyin  qədər.  Toplayırdıq  pulmuzu 
gedirdik  gəzirdik.  Sonra  evləndi,  getdi.  Rayona  gedəndə 
Validə  xanımlada  zarafatlaĢırdım  ki,  evləndin  aldın 
dostumu əlimdən.  
Orxan  maĢını  bir  binanın  yanına  sürüb,  buradı  artıq 
sənin evin. Gəl  çantalarını qoyaq qayıdaq – dedi. 
-Hara gedəcəyik?  
-Bu  gün qonağımsan, evdə səni gözləyirlər. Həm sənə 
Ģəhəri gəzdirərəm. Universitetinə gedən yolu göstərim.  
YaxĢı  deyərək,  çantalarını  götürərək  binaya  girdilər. 
Binanın  liftidə  var  idi.  Orxan  dördüncü  mərtəbəyə 
qalxmaq üçün dördüncü nömrəni basdı. Qapını açıb, içəri 
keçdilər.  Ev  düĢündüyündən  də  gözəl  idi.  bəlkə  də, 
kənddəki evlərindən də.  
Çantalarını  otağa  qoydu.  Orxan  onu  çağırıb  otaqları 
gəzdirdi.  Mətbəxi,  tualeti,  qonaq  otağını  və  yataq  otağını 
onunla  tanıĢ  etdi.  Həyətə  düĢüb  yaxınlıqdakı  marketi  və 
avtobus dayanacağını ona göstərdi.  
-Burdan 
universtitetinə  birbaĢa  avtobusla  gedə 
bilərsən,  biraz  uzaqda  da  metro  var.  Gedək  oranıda 
göstərim.  Harasa  çıxsan  metroyla  gəl,  avtobusla 
tanımazsan  hələ.  ÖyrəĢənəcən  diqqətli  ol.  Metrodan 
düĢüb piyada beĢ dəqiqəlik yoldu evinə.  
Yolları  RövĢənə  baĢa  saldıqdan  sonra  evə  doğru 
maĢınını  sürməyə  baĢladı.  Orxan  maĢını  Ģəhərdən  biraz 
kənar  yerə  sürdü.  Kənardan  gözəl  görünüĢə  sahib  olan 
evin  həyətinə  girdikdə  həyətdəki  bağı  görüb  gözlərinə 
inana  bilmədi.  Həyətdə  onları  üzü  qırıĢmıĢ  bir  qadın 
qarĢıladı. SalamlaĢıb, evə buyur etdi.  
Evə  keçib  Orxanı  əvvəlcə  qonaq  otağında  otuzdurub 
ona  çay  verdilər.  Oturub  söhbət  elədikdən  sonra  isə  onu 
süfrəyə  dəvət  etdilər.  Orxannın  arvadının  biĢirdiyi 
yeməklərdən  hərəsindən  biraz  daddı.  AxĢama  yaxın  isə 
maĢınla RövĢəni evinə aparıb qoydu.  


82 
 
Evə  girib  iĢığı  yandırıb  otağlara  təzədən  yalnız  baĢına 
nəzər  saldıqdan  sonra  qonaq  otağına  keçərək  TV  –  ni 
yandırıb  kresloda  oturdu.  Kreslo  öz  həyətlərində  üstündə 
oturub  dərs  etdiyi  kreslodan  yumĢaq  və  rahat  idi.  TV  – 
dən bir film seçərək oturub izləməyə baĢladı.  
Səhər  qalxanda  gördüki,  filmə  baxaraq  yuxuya  gedib. 
Qalxıb  çantasından  özünə  paltar  seçib  əynini  dəyiĢdi. 
Mətbəxə  keçib  soyuducunu  açanda  içinin  dolu  olduğunu 
gördü.  Orxan  gəlməzdən  əvvəl  hər  Ģeylə  doldurmuĢdu. 
RövĢən özünə iki yumurta birazda kolbasa kəsərək yağda 
biĢirib yedi.  
Hava  biraz  rütubətli  idi  deyə  əyninə  pencək  ataraq 
evdən çıxdı. Açarı, pullarını və telefonunu cibinə qoyaraq 
həyətə  düĢdü.  Liftlə  düĢmək  əvəzinə  pilləkənlərlə  düĢdü. 
Həyətdə  qadınlar  parkda  oturub  söhbət  edir,  yanlarında 
isə uĢaqlar oyun oynayırdı.  
Məhəllələrində  biraz  gəzintiyə  çıxaraq  tanıĢ  olmağa 
çalıĢırdı.  Yolda  Gülnaz  zəng  etdi.  Yol  gedərək  anası  ilə 
danıĢdı.  Nərgizlədə  danıĢaraq  hər  Ģeyin  yaxĢı  olduğunu 
dedi.  Gəzintidən sonra evə dönüb, çantasından paltarların 
çıxardaraq  Ģkafında  yerləĢdirdi  günorta  üçün  sadəcə 
çörəyin  arasına  kolbasa  qoyub  yedi.    Universitetin 
açılmasına  hələ  iki  gün  qalmıĢdı  deyə  ediləsi  heçnə  yox 
idi. Sənədlərini babası vasitəsi ilə həll edilmiĢdi. RövĢənə 
isə  sadəcə  dərs  günü  getməsi  qalmıĢdı.  Ġki  gün  evdə 
oturub baĢın qatmalı idi.  
AxĢama yaxın düĢüb   kitab satılan  mağaza axtarmağa 
baĢladı. Babasının və Orxan əmisinin vediyi pullardan iki 
kitab üçün pul ayırdı. Bəyəndiyi kitabları alıb, evə doğru 
gəldi.  Kitabları  görəndə  isə  Nərgizi  xatırladı.  Onun  kimi 
kitaba  düĢkün  kim  var  idiki?  Kitab  onun  dostuna 
çevrilmiĢdi. Çevrilməyib nə edəckdi. Onun dərdini yalnız 
kitab  anlayırdı.  Kitab  insanın  ən  yaxın  dostu  olduğun, 
tənha  insanlar  üçünsə  ata  –  anadan  belə  daha  yaxın 
olduğun düĢünürdü.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə