Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

111 
 
On səkkizinci hissə 
 
Günlər keçir. 
 Nərgizin  həyatındakı  dəyiĢiklik    sadəcə  yazdığı 
kitabın  səhifələri  olduğu  halda  RöĢənin  həyatında 
dəyiĢikliklər  çox  olur.  Dənizlə  sevgili  olmasından  biraz 
sonra  onun  gizlətdiyi  ailəsi  haqqında  çox  Ģey  öyrənir. 
Onların  əslində  çox  zəngin  olmasaını  biləndən  sonra 
qorxur ki, ya ailəsi onu qəbul eləməzsə nə olacaq? Hesab 
edəcəklər  ki,  onu  puluna  görə  sevir.  Bəlkə  də  xoĢ 
qarĢılayacaqlar,  hər  Ģeyin  filmlərdəki  kimi  olacağı  kimi 
bir qanun yoxdur.  
Dərslərin bitməsinə çox az qalmıĢdı. Soyuq bir qıĢdan 
sonra  yazın  istisi  insanlara  ləzzət  verirdi.  Çölə  çıxır, 
parklarda gəzərək günəĢin həzzin yaĢayırdılar. 
Dənizin  ailəsinin  imkanın  biləndən  sonra  özünü 
çəkingənliklə  ona  yaxınlaĢırdı.  Ġlk  öncələr    Dənizin 
RöĢənin  yanında  pul  xərcləməsi  ona  toxunurdu.  Dənizin 
RöĢənin  yanında  çıxartmıĢ  olduğu  əlliliklər,  yüzlüklər 
RöĢənin  onların  münasibətlərinin  axırının  olmadığını 
göstərirdi.  Buna  baxmayaraq  dərs  ilinin  sonuna  gələn 
cütlüklər  arasında  hələ  də  mübahisə  olmamıĢdı.  Dəniz 
RöĢəni  fərq  edəndən  sonra  çalıĢırdı  ki,  yanında  olarkən 
pul  xərcləməsin.  Bəzən  isə  istədiyi  bir  Ģeyi  RöĢənin 
almasını istəyirdi. Bu RöĢəndə özgüvən yaradırdı.  
Universitet  həyatında  RöĢənin  əvvvəl  ki,  və   sonra  ki, 
həyatı  arasında  fərq  çox  idi.  Əvvəl  dərsə  gəlib,  dərsin 
qurtarması  ilə  evə  gedən  RöĢən  Dənizlə  sevgili  olandan 
sonra  tez  –  tez  gəzməyə  çıxır,  film  izləyirdilər.  Dənizlə 
yaxınlıq  etməsi  dostlarından  da  uzaqlaĢdırmıĢdı.  Fəridlə 
dərs  sonraları  görüĢüb  dərdləĢsə  də,  Ceyhun  və  Ariflə 
ancaq  universitetdə  görüĢmək  imkanı  tapırlar.  Ceyhunla 
uzaqlaĢmasında digər səbəb isə Fikrət adında bir oğlanın 
universitetdə  Dənizə  yaxınlıq  etməyə  cəhd  etməsi  və 
Ceyhunun bundan xəbər tutub onunla dalaĢması olmuĢdu. 
RöĢən  isə  bunu  öyrənəndən  sonra  əsəbləĢib  Ceyhuna 


112 
 
mənə  niyə  demədin?  –  deyərək  Ceyhunla  atıĢsa  da  sonra 
elədiyinin səhv olduğununu anlayıb, Ceyhundan üzr istəsə 
də  aralarındaki  həmən  dostluq  qalmamıĢdı.  Son  zamanda 
isə aralarının düzəlməyə gedirdi.  
Birinci  semestr  imtahanlarını  kəsrsiz  bitirən  RöĢən 
ikinci  semestrdə  kəsrinin  olacağından  qorxurdu.  Dərsinə 
çox  zaman  ayıra  bilməməsi  onu  qorxuzurdu.  Dənizlə 
danıĢıb  imtahana  yaxın  az  –  az  danıĢmaları  haqqda 
razılığa  gəlmiĢdilər.  Həm  özünün  həm  də  Dənizin 
imtahana  hazırlaĢması  üçün  yalnız  universitetdə  görüĢür, 
yatmazdan əvvəl bir saat danıĢardılar.  
Ġmtahanların  bitəndən  sonra  RöĢən  rayona  getməzdən 
əvvəl son dəfə Dənizlə görüĢdü.  
-Necə gün qalacaqsan? – Dəniz dedi.  
-ııı,  gün  yox,  bir  aya  yaxın  bəlkə  biraz  daha  çox 
qalacam.  
-Hə,  anladım.  Məni  öldürmək  istəyirsən,  sən.  Məndə 
hesab edirəm ki, məndən ayrı dözə bilməz, gedib ən çoxu 
bir həftəyə qayıdacaq.  
-Neyləyə  bilərəm?  Anamı  bir  ilə  yaxındı  görmürəm, 
bacımdan  ötrüdə  darıxmıĢam.  Həm,  burda  qaldığım  ev 
mənim  deyil.  Babamın  dostunundu  deyəsən,  pulda 
vermirəm heç olmasa bir aylıq yük olmayım.  
-YaxĢı  canım,  neyləyək,  dözərik.  –  Dəniz  baĢını 
RöĢənə söykəyərək dedi. 
-Gələcəm. Səni burda tək buraxıb hara gedirəm? Sonra 
qaçırarlar gözəlimi.  
Park boyu bir -  birlərini qucaqlayaraq irəlləyirdilər.  
-QəĢəng  ətirdi.  Əvvəl  vurmamısan  bundan.  –  RöĢən 
nəfəsin dərərək dedi. 
-Anamındı,  öz  ətirim  qurtarıb  deyə  onun  ətirini 
götürdüm. XoĢladınsa elə bundan vurum.  
-Sən ətir vurmasanda gözəl qoxursan.  
-Həə, bir ay ətirsiz gəzim gör mənə yaxın durursan ya 
yox – Dəniz gülərək RöĢənin üzünə baxdı. – sənin qoxunu 
tutmaq olmur, dəyiĢik iylər verir. 


113 
 
-Bilməm.  Fərqinə  varmamıĢam.  Axırıncı  dəfə  sənlə 
aldığımdı elə. 
-ĠĢləyəcəksən  gələndən  sonra?  –  Dəniz  RöĢənin 
əlindən tutaraq fırlanmağa baĢladı. 
-Geləndən  sonra  yəqin  iĢləyərəm..  Babam  pul 
göndərir, ancaq yenədə indidən iĢləsəm yaxĢıdı.  
-Sənə əslində bir Ģey demək istəyirdim... – Dəniz sakit 
səslə dilləndi. 
-Nə? – QaĢların çaxaraq Dənizə baxdı. 
-ġey, istəyirsənsə atamla danıĢım onun yanında iĢ olar 
sənə. Həm Ģirkət iĢi olar, həm də ofisiantlıq eləməzsən.  
-Məndə  elə  bilirdim  ki,  sən  məni  çox  istəyirsən,  sən 
demə ölməyimi istəyirsənmiĢ. 
-Niyə elə dedin ki? ölməyini niyə istəyim? 
-Öz əlinlə əcəlimə aparırsan daa nə olacaq? Atan bilən 
kimi götürüb binadan aĢağı buraxar elə məni  
Dəniz  gülərək  –  qorxma,  öldürməz.  Atam  mənim 
sevdiyim hər Ģeyi sevir. Həm o qədərdə qəddar deyil.  
-Zarafat  edirəm,  canım.  Ancaq  özüm  iĢləsəm  yaxĢıdı. 
Bəlkə sonra baxarıq.  –RöĢən dedi.  
-Nə vaxt gedirsən?  
-Birisi günə ya o birisi günə.  
-Evdəkilərə məndən danıĢmısan? 
-Tam  yox  əslində.  Sadəcə  var  olduğundan  xəbərləri 
var. – RöĢən dedi.  
-Ananı dediyindən elədə sərt olmadığın canlandırıram. 
Nərgizlədə  dost  olacaq  orasına  əminəm.  Görmək 
istəyərdim.  
-Gəl mənlə gedək. – RöĢən dedi. 
-Ġndi ? – Dəniz təəccübünü gizlədə bilmədi.  
-Yox. Ya sabah ya da birisi gün.  
-Bu zarafatı etməyə səni nə məcbur elədi?  
-Səni sevirəm.  
-Sevgidən  baĢın  xarab  olub?  Səndə  məcnun  kimi 
çöllərə düĢmədə.  
-Ġndi çölə düĢmürlər, dəlixanaya aparırlar. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə