______________Milli Kitabxana_______________
121
Özünü irəli verərək Aslan
Deyir: - Qoy açarı mən aparım, xan!
Xansa qəzəblənib bağırır.
- Apar!
Əl çalib oynasın gələn ordular.
Knyazın başında bir qara dəstə
Gəlir yavaş-yavaş sarayın üstə.
Durur salamına saraydakılar.
(Öyünmə! Gecənin gündüzü də var...)
Aslan qarşılayır onları, naçar
Knyaza "baş əyir" əlində açar.
Qırılır qəlbində sədəfli bir saz;
Başını dik tutan o məğrur knyaz:
"Sadiq qullarına şöhrətli çarın
Knyaz Sisyanovdan salam aparın!" –
Deyərək, açara qürurla baxır...
Aslanın başından tüstülər qalxır,
Qan onun beyninə sıçrayır birdən.
Açarı knyaza təslim edirkən
Çalır xəncərini onun köksünə.
Alqış tarixdəki o şanlı günə!
Al! - deyir - payını, soruşma nədir –
Çara "qullarından" ilk hədiyyədir!..
Döşü medallı knyaz,
Cəngli-cidalı knyaz
Boyanmışdır al qana.
Salam Azərbaycana!
Gələn o qara bulud,
Ölüm rəngli o tabut
Artiq çəkildi yoxa
Bizim Ağ at, ağ çuxa.
Halal olsun Aslana!
Onu böyüdən ana
Dağların maralıdir.
Sorsanız haralıdır:
______________Milli Kitabxana_______________
122
Salam Azərbaycana!
Boyanmışdır al qana
Döyüş medallı knyaz,
Cəngli-cidalı knyaz,
Tez yayılır bu xəbər,
Qaçır dünən gələnlər
Aylıq yolu bir gündə.
Axır Huyun üzündə
Kakartlı göy şapkalar...
Gecənin gündüzü var...
Qaçir çar orduları,
Gilavarın ruzgarı
Toz qaldırır göylərə,
Seçilməyir dağ, dərə
Amansızdır küləklər.
Qalır toplar, tüfənglər,
Qurşunlar, dinamitlər;
Sarı paqon zabitlər
Qucaqlayıb suları,
Qaçır şimala sarı.
O gündən, oxucum, keçdi sənələr,
Keçdi bu dünyanın başından nələr!
Çarın orduları ikinci dəfə
Hücuma başladı Bakı tərəfə:
Gecə sakit, gecə lal,
Gecə qərib bir xəyal...
Qaralmış pəncərələr,
Kiçik dağlar, dərələr
Qara sükuta dalmış.
Elə bil ki, qocalmış
Bu yerlərdə təbiət.
Xəzər dinməyir, əvət,
O da sakit, o da lal.
Gecə qərib bir xəyal...
Xan sarayı pərişan.
Nə işıqdan bir nişan.
______________Milli Kitabxana_______________
125
Qaya əsir, dağ əsir.
Qabaq - dibsiz qara su,
Arxa - düşmən ordusu.
Laçın kimi Mahniyar
Gözündə fırtınalar
Deyir: - Aslan, əzizim!
Son günümüzdür bizim.
Düşmənlər gördü bizi.
Tutub hər ikimizi
Zindanlara salacaq,
Kim ölüb, kim qalacaq!
Dözməkdənsə bu dərdə,
Namusumuz əllərdə
Didilməsin, aman, ah!
Dəniz bizə son pənah!..
Sür Ağ atı dənizə,
Dəniz anadır bizə;
Udsun bizi dalğalar! –
Deyə, gəlin Mahniyar
Göz gəzdirir son dəfə
Günəş doğan tərəfə...
"Aman, Ağ at, can, Ağ at!
Dənizin qoynuna yat!
Bizi vermə düşmənə!"
Bir ruh gəldi Aslana.
Öpərək Mahniyarı,
Vurdu dənizə sarı
Atını dik qayadan,
Ağ at sıçradı əlan
Köpüklü dalğalara,
Suları yara-yara
Azacıq qol atdılar,
Gözdan itib batdılar,
Onlar çəkildi yoxa,
Bir də Ağ at, ağ çuxa...