______________Milli Kitabxana_______________
170
Bu taxta nə mələk, nə də pəri var,
Bu taxtda əyləşir ağlı olanlar.
Bir mələk olsa da, ağılsız bəşər,
Yüzillik hörmətdən bir gündə düşər!
Ay baxıb, sükuta getdi bu dəfə,
Üzünü döndərdi göylər tərəfə.
- Hə!.. - dedi, - o zaman sevinərək mən
Keçdim gəlin kimi göylər mülkündən.
Güvənib hüsnümə xeyli yüksəldim,
Sonra öz anamın yanına gəldim.
O baxıb boyuma, sevindi yenə,
Sevindi qızının gözəlliyinə.
Ay keçdi, il keçdi yenə boy atdım,
Bir zaman gəlinlik yaşıma çatdım.
Yazıq ki, çox gördü vaxt bunu bizə,
Fəlakət yazıldı taleyimizə.
Bu vaxt bir ah çəkdi Ay sinəsindən,
Titrədi varlığım onun səsindən.
Nə yazım, nə deyim bu dərdə dair?
Gözəllik ağlarsa, gülərmi şair?
Dedim: - Nə fəlakət? Gəl, danış bir-bir
Bizim ki qəlbimiz ayrı deyildir!
Yenə işıq gəldi Ayın gözünə,
Baxıb davam etdi o öz sözünə:
- Qara
gəlmiş bir gündə,
Bizim göylər mülkündə
Oturmuşdu anam tək,
Qolunu çirməyərək,
O, xəmir yoğururdu.
Bir nağıl olsa da, bu,
Həqiqət var səsində,
Anamın dövrəsində
Hoppanırdım pişik təki...
Özün yaxşı bilirsən ki,
Qız tayfası şıltaq olar;
______________Milli Kitabxana_______________
171
Anam dedi: - Bəsdir, Xumar!
Gəl dolaşma əl-ayağa.
Mən anamı qoyub lağa,
Gah atıldım, gah da düşdüm.
Birdən-bırə mən sürüşdüm.
Dəydim onun sağ qoluna
Acıq gəldi bu səhv ona.
Öz yerindən anam durdu,
Üzümə bir şillə vurdu
O, xəmirli sağ əlilə.
Günahımı bilə-bilə,
Söz deməyib uzaqlaşdım,
Buludlardan keçib aşdım.
Küsdüm yazıq taleyimə,
O dərdimi bu gün demə!
Ağrıdıqca üzüm dəm-dəm,
İçimdə dərd, gözümdə qəm
Çox ağladım sərin-sərin
Qucağında fələklərin.
Ah, nə deyim! O şillədən
Yaralıyam bu gün də mən.
Doğrusunu desəm əgər,
Üzümdəki bu ləkələr
Öz anamdan yadigardır,
Gör nə böyük dərdim vardır...
Ayrılıq zor verdi ana qəlbinə,
Gəl! - deyib, yanına çağırdı yenə.
Mənim də ürəyim yumşaldı bir az,
Övladın küsməyi çox uzun olmaz.
Barışdıq... O məni qucaqlayaraq,
Dedi: - İndən belə sözlərimə bax!
Birdən nə oldusa, rəngi saraldı,
Anam bir daş kimi yerində qaldı.
Sonra qüvvətini yığıb bir təhər,
Bağırdı: Ləkələr, qara ləkələr!
Mənsə heyrətləndim sözün doğrusu,
______________Milli Kitabxana_______________
172
Dedim: - Nə olmuşdur? Nə danışır bu?
Anamın göz yaşı axıb gölləndi,
Sonra saçlarını yolub dilləndi! –
Can bala! Əllərim yanıma düşsün.
Üzüm bu dünyada gülməsin bir gün!
Dedim: - İraq candan! Nə söyləyirsən?
Anam bağırdı ki, günahkaram mən;
Üzündə qalmışdır qara ləkələr...
Bir matəm örtüsü geyindi səhər.
Ah, əlim qurusun! Dedim: - Ağlama!
Mənim də qəlbimi söküb dağlama!
Nə olmuş? Üzümdə ləkəmi qaldı?
Anam çıraq kimi birdən qaraldı,
Dayana bilməyib getdi özündən;
İşıq məhv olarsa ana gözündən
Gülməz ki, dünyada övladın üzü!
Gecədən seçilməz gündüzün üzü.
Sonra yazıq anam özünə gəldi,
Dərdli sinəsindən bir ah yüksəldi.
Bağrına basaraq məni o zaman
Çeşmələr yaratdı göz yaşlarından.
O bir quzu kimi yalayıb məni,
Dedi: - Göz yaşlarım yusun ləkəni.
Üzümə axdıqca onun göz yaşı.
Qəlbindən qan getdi, hərləndi başı.
Baxıb balasına hey yana-yana
Döndü ana qəlbi o gündən qana...
Aylar, illər boyu ağladı belə,
Dizinə çox döydü öz əllərilə.
Yazıq ki, sonuncu peşimançılıq
Bir fayda verməyir bizə apaçıq...
İndi doğrusun söyləsəm əgər,
Üzümdə gördüyün qara ləkələr
Bil ki, öz anamdan bir yadigardır,
Görürsən, nə böyük faciəm vardır!..
______________Milli Kitabxana_______________
173
Ay susdu, yol çəkdi qəmli gözləri.
Doldu şairliyin könül dəftəri...
Xəyala qərq oldu, əlimdə qələm;
Bir anlıq sükuta getmişdi alım.
Dedim: - Nə dərdliymiş bu qəmli dastan!
Mən yazım, oxusun eşitsin insan.
İstər ana olsun, istərsə ata!
Bəzən ehtiyatsız, kiçik bir xata
Böyük faciələr yaradır demək!
Sonra ömrü boyu dərd çəkir ürək!
Ay durub yerindən getmək istədi,
Sonra baxıb mənə: - İzin ver! - dedi,
- Gedim öz yerimə, anam da təkdir.
Dedim: - Bir az dayan, sözüm gödəkdir,
Sən deyib qurtardın, indi qulaq as!
Şairə dərd açan davasız qalmaz.
Nə gözəl əfsanə var imiş səndə!..
Sən danışan zaman yazırdım mən də.
İndi qulaq as ki, oxuyum sana,
Əzbərlə şeirimi, söylə anana.
Oxuyub qurtardım dastanımı mən,
Qonağım şad oldu buna ürəkdən.
Sonra gülümsəyib göylər gəlini,
Uzatdı əlimə isti əlini.
Dedi: - yarandığım ilk gündən bəri,
Əlimə dəyməmiş insan əlləri...
Çox zaman üzümə gülümsəyərək
Bəlkə can atmışdır mənə min ürək...
Ala bilməmişlər könlümü elə,
Üzümdən öpməmiş bir insan hələ.
Özüm də heyranam öz xilqətimə,
Bu dünya vüqarlı təbiətimə.
Fəqət, bil, yazdığın bu dastanla sən.
Mənim də qəlbimə min hökm edirsən.
Ay bu son sözünü utancaq dedi,
Əyilib alnımdan öpmək istədi.
Yox! - dedim, - gözəl Ay! Hələ dayan bir!
Dostları ilə paylaş: |