______________Milli Kitabxana_______________
371
* * *
Aygün xəstəlikdən qalxır ayağa,
Qaynayır gözündə yenə də həyat.
"İnqə-inqə" deyib, sevinirçağa,
Bir ana qəlbində gülür kainat.
Gül, ey səadətin, eşqin səhəri!
Aləmə nur yağsın gülüşünüzdən.
Bir qələm sahibi olandan bəri
Mən ilham almışam daima sizdən.
Ayrı düşməmişəm sizdən bir an da,
Biz səadət üçün yarandıq deyə.
Cəbhədə can verən hər qəhrəman da
Yol açdı bəxtiyar bir gələcəyə...
Bəzən üfüqləri çatıq görəndə
Oynamaq istərəm bir şimşək kimi.
Yerləri, göyləri səsləyib mən də
Dinirəm bir canda min ürək kimi.
Bahar günəşinin hərarəti tək
Xəyalım dünyanı salama gəlir...
Mənim nəfəsimlə nəfəsləşərək
Dağlar da, daşlar da ilhama gəlir.
Ürək də sinəmdə dil açıb deyir:
Qəhrəman ölərsə, şair sevnməz.
Yalnız səadətlə ucalar şeir...
Nə var bu aləmdə həyata əvəz!
XIX
Aygün axşamüstü çıxdı eyvana,
Gördü ki, həyatla qaynayır şəhər.
Baxıb göz gəzdirdi o dörd bir yana,
Nə qədər xoşbəxtdir, gəlib-gedənlər!..
______________Milli Kitabxana_______________
372
Axşam havasına çıxmış insanlar,
Gəzin, nəfəs alın, uğurlar ola!
İnsan nəfəsilə sevinir bahar.
İnsan günəş ilə gəzir qol-qola.
Oğlanlar, qızlar da qoşa-qoşadır,
Küçələr al-əlvan rəngə boyanır.
Şəhər başdan-başa bir tamaşadır,
Göyün ulduzları yerdəmi yanır?..
Deyib-gülənlərin bəxtiyar səsi
Aygünün qəlbində dinir tar kimi.
Yaşamaq, yaratmaq, gülmək həvəsi
Qəlbində gül açır bir bahar kimi.
Onun sinəsinə sığmayır bu an
Ümidlər, arzular, gözəl duyğular.
Şəfəqlər tökülür qaşqabağından,
Qəlbində hazırdır sonuncu qərar.
Son dəfə boylanıb ilk ocağına
Yatacaq yerinə baxdı həsrətlə.
Alıb çağasını öz qucağına,
Qapıdan çıxmamış hələ sürətlə
Elə bil canına birdən yel əsdi,
Baxdı öz evinin səliqəsinə.
O ayaq saxlayıb, qulaq da asdı
Döyünən qəlbinin "getmə" səsinə.
Boylandı son dəfə daşa, divara,
Bir də çox sevdiyi güllü eyvana;
Elə bil varlığı çəkildi dara,
Ancaq qərarını pozmadı ana.
O getdi sürətli bir ildırım tək,
Ürək sinəsində qalxdı ayağa...
______________Milli Kitabxana_______________
373
Ana qucağında vəhmələnərək
Özü də bilmədon qışqırdı çağa
Gəlin məna verdi tiflin səsinə:
"- Ay ana, getsək də qayıdaq yenə..."
XX
Bəs hanı Əmirxan, indi hardadır?
Üzünü xeyli var görməyirik biz.
Deyin, genişlikdə, yoxsa dardadır?
Sualı şair yox, siz verirsiniz.
O indi evdədir, qanı da qara,
Baxır, nə Aygün var, nə çağa vardır.
Ev də qərq olmuşdur qaranlıqlara,
Xırdaca bir məktub son yadigardır:
"Bir vaxt gülə-gülə gəldim bu evə,
İndisə ağlayıb gedirəm mən, ah!..
Yalnız öz nəfsini son sevə-sevə
Məni düşünmədin... Səndədir günah...
Sinəmdə dil açan böyük arzular
Gözəl bir sabaha çağırdı məni.
Səninsə buz kimi bir ürəyin var –
Nə şeri sevirsən, nə də nəğməni.
"Getsən, birdəfəlik gedesən gərək",
Deyib öz əhdini sən unutdun, sən!
Bilmirəm, yenəmi hərcayilər tək
Qayəsiz, məqsədsiz keçinəcəksən.
Yazıqsan, Əmirxan, öz qədrini bil.
Neçə yol demişəm sənə bu haqda.
(Səssiz yuxu kimi keçdi bu üç il).
Biz artıq bir yerdə yaşamasaq da,
Çalış, öz balanın üzünə bir gün
Sən də bir hünərlə, bir işlə görün..."
______________Milli Kitabxana_______________
374
***
Əmirxan oxuyub məktubu, bir an
Çatıb qaşlarını əsnədi bərk-bərk;
Şaxtalı bir soyuq keçdi canından,
Əsdi varlığına tozlu bir külək.
Dağ boyda gövdəsi döndü yumağa,
Bəs necə? Kişidir!.. Qeyrəti vardır.
Arvad yox olmuşdur, üstəlik, çağa, -
Qeyrəti olana bu böyük ardır...
- Qadındır, nə qədər qəzəblənsə de,
Acığı beş gündə soyuyub gedər.
Qadındır, özünə Allah desə də,
İradə hardadır axıra qədər?!
XXI
Bu gün kimin qarşısında dayanmış gəlin?
Deyin, kimdir o ağsaçlı müqəddəs insan?
O canlı bir övladıdır qərinələrin,
Yaşayacaq nəsil-nəsil o hər bir zaman.
O fəxridir, şöhrətidir bizim sənətin,
Azərbaycan torpağında ilk bəstəkardır.
Çiçəkləri saralmayan bir şeriyyətin
Onun şanlı rübabında mənası vardır.
Sevir, sevir o müqəddəs bir məhəbbətlə
Yeri, göyü, xəyalatı, insan səsini.
Sevir bizi, sevir bizi səmimiyyətlə,
Duyur daşın, torpağın da öz nəfəsini...
(Duyur, dedim, nə xoşbəxtdir duyan sənətkar.
Hansı qəlbi o yandırar, alovlanmasa?
Sicim-sicim söz yığını yazanlar da var,
Mən bunları heç deməzdim ürək yanmasa.)
Dostları ilə paylaş: |