Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə58/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
213 
Əli  İbrahimbəyli:İsa  müəllim,  bunun  elektron  va-
riantını  yığıb  göndərmisiniz  Türkiyəyə?  Yəni  səhv 
yoxdu burda? Redaktə olunub? 
 
İsa  Muğanna:  Bunu  necə  vermişəmsə  o  şəkildə  çap 
olunub.  Dəmirəlin  baldızının  yaxşı  kitabxanası  var. 
Özü də yaxşı qadındır. Ona aparıb veriblər. O da gö-
türüb çap edib. 
 
Əli  İbrahimbəyli:  Bunun  elektron  variantı  varmı 
sizdə? 
 
İsa Muğanna: Yoxdu yox... Dəmirəl çalışıb  bunu bu 
əlifba ilə oxusun, oxuya bilməyib. Sonra mənə isma-
rıc göndərib ki, “müəllifdən xahiş edin ki, icazə ver-
sin biz  bunu bizim əlifba  ilə tərcüməsiz  çap etdirək. 
Necə  varsa  o  şəkildə  çap  eliyək.  Çünki  bunu  tər-
cümədə korlaya bilərik.” Mən də dedim ki, “mən şad 
olaram.”  Dəmirəl  bunu  yüz-iki  yüz  nüsxə  çap  edib. 
Paylayıb  hökumət  adamlarına.  Cümhuriyyət  parti-
yasının  lideri  bu  əsəri  oxuyub  sonra  istefa  verib  ki, 
mən  imtina  edirəm  hər  şey  yalandı.  Və  “SafAğ”  el-
mini qəbul edib. 
 
Şəmil  Sadiq:  Açıq-aydın  yazmısınız,  hardan-hara 
əlavə... 
 
İsa Muğanna: Bu sözləri işarə elədiyim yerlərə qoy-
sunlar. Bir də bunun  arxasınca belə bir cümlə gedir: 
“Eysar  çarmıxda.”  Bunu  böyük  hərflərlə  versinlər. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
214 
Bir  də  mənim  münasibətimdi  ki,  bunu  niyə  yazmı-
şam.  Öz  münasibətimlə  birgə  əlavə  edin  ki,  oxucu 
üçün  aydın  olsun.  Bu  kitabı,  zəhmət  olmasa,  mənə 
qaytararsan. Axırıncı variantdır bu... 
 
Şəmil  Sadiq:  Məndə  olan  isə  başqa  cilddir..  Döv-
lətin... 
 
İsa  Muğanna:  Yox,  o  şikəstdir...  Orda  “Qapalı  dün-
ya”nı salmayıblar. Bunlar da şeirlərdir... 
 
Şəmil Sadiq: Maraqlıdır, adətən, şeirdən nəsrə keçir-
lər, siz isə...  
 
İsa  Muğanna:  Əşi...  Yuxarıdan  əmr  edir  ki,  belə 
yaz... Şeir yaz... Mən də yazıram daa... 
 
Şəmil Sadiq: Deyirlər, sevəndə şeir yazırlar... 
 
İsa Muğanna: İndi yoldaşıma şeir yazmışam, dildən-
dilə  gəzir..  İndi  bir  sirr  açım  sənə.  Süleyman 
peyğəmbər mənim ulu babamdır. Onun yerdə qəbri 
yoxdur. 
 
Şəmil Sadiq: Bunlar bizim dərk edə bilməyəcəyimiz 
səviyyədədir. 
 
İsa  Muğanna  ürək  xəstəliyindən  əziyyət  çəkdiyi 
üçün tez-tez nəfəs almaqda çətinlik çəkirdi... Söhbətlərimiz 
də tez-tez qırılır,  onun sakitləşməsini, Firuzə xanımın tə-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
215 
laşla  ona  su  və  dərman  verməsini  gözləyirdik.  Hərdən  də 
Muğannanı  məzəmmət  edirdi  ki,  nə  xəbərdi  az  danış... 
Bizim  pərt  olduğumuzu  görəndə  isə  dönüm  inciməyin, 
onun  sağlamlığı  hər  şeydən  vacibdir.    Biz  isə  dəqiqələrcə 
susur, bəzən isə, bəlkə durub gedək” deyə fikrə düşürdük.. 
Ustad  isə  əli  ilə  “narahat  olmayın,  keçəcək”  deyə  işarə 
edirdi... 
 
İsa Muğanna: Ürəyim yaxşıdır indi. Söhbət edə bilə-
rəm. 
 
Şəmil  Sadiq:İsa  müəllim,  biz  də  “SafAğ”  elmini 
öyrənmək istəyənlərdənik. Yəqin ona görə... 
 
Əli  İbrahimbəyli:İsa  müəllim,  sizin  haqqınızda  de-
yilən sözlər, yazılan məqalələr hardasa bir yerdə top-
lanmayıbmı? 
 
İsa  Muğanna:  Toplanıb,  var...  Axırıncı  cilddə  var. 
Məqalələr  çoxdur.  6-cı  cildə  düşüb.  Yarısı  da  mət-
buatda qalıb tapılmayıb. 
 
Şəmil  Sadiq:İsa  müəllim,  Nihal  Atsız  var,  onu 
tərcümə  etdiririk.  Murad  Adcının  kitabları  var.  Ona 
münasibətiniz necədir? 
 
İsa  Muğanna:  Heç  bir  səhifəsini  də  oxumamışam. 
Gərək tapam oxuyam... 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
216 
Şəmil Sadiq:  O da türkçülükdən yazıb. Tarixçidir... 
İsa  müəllim,  bir  sual  da  verim  mən.  Füruzə  xanım 
razı  olmasa  da,  verməliyəm.  Necə  oldu  ki,  bütün 
peyğəmbərlər Yərusəlimdən çıxdı? 
 
İsa Muğanna: Türk xalqı çox böyük xalqdır. “OdƏr” 
bütün  xalqların  atasıdır.  Bunu  da  işıq  gəmilərində 
ordan  göndəriblər.  Yer  hazır  olanda  –Qreklər  yeri 
təmizləyəndən sonra... Neçə min peyğəmbər göndə-
rilib... Peyğəmbər deyil, onlar “OdƏr”dilər... 
 
Şəmil Sadiq: Onların niyə hamısını ora göndəriblər? 
 
İsa Muğanna: Sonradan dəyişdiriblər. Yerlərini son-
radan dəyişiblər. Bütün planet dolu türkdür. Xakas-
lar eşitmisənmi? Onlar qədər gizli yaşayan xalq yox-
dur. Hamısı türkdür. Böyük səhrada hamısı türkdür. 
Nərimanov da getmişdi ora. 
 
Əli  İbrahimbəyli:İsa  müəllim,  Nərimanova,  deyə-
sən, xüsusi məhəbbətiniz var. 
 
İsa Muğanna: O qohumdur da... Gəlib mənim əmilə-
rimi  oxudub.  İsa  əfəndi  gedib  Rusiyanın  ordusunda 
döyüşüb.  Məşhur  zabit  olub.  Bakıda  hərbi  gimnazi-
yanı bitirib. Bircə atryadla Denikinin dədəsini yandı-
rıb. Nərimanov oxudub onu... 
 
Şəmil  Sadiq:İsa  müəllim,  sizin  adınızla  yaradıcılı-
ğınızı bağlayan nə isə var? 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə