İsa Muğanna yaradıcılığı “İdeal” işığında
209
İsa Muğanna:Səbəbi Qreklərdir. Onlar istəmirdilər
ki, bizim millət “OdAğüz”lə, o planetlə “BağOdər”lə
əlaqə saxlasın. Öz dilində danışsın. “Man”a “Mənağ”
deyiblər türklər. Onlar “MənAğ” deyiblər, yəni saf
ağ mənasında. Onlar “OdƏr” dilini bilirmişlər və
yerli xalqın kəkələdikləri sözləri də bilirmişlər. Onlar
Qreklərlə birgə dünyanı kəşf ediblər. Dünyanın məş-
hur fatehləri Qreklər olub. Bunlar “ƏdƏr”ləri parça-
layıblar. Yəhudi millətinə “ifrit” də deyiblər. Bunlara
“ƏvƏrEy OdƏr”ləri də deyirlər. Əsl adları “Əvərey
OdƏr”ləridir. Bizdəki tatlar “ƏvƏrey Odər”ləridir.
Qreklər manaxları salıblar millətlərin canına. Onlar
silah gücü ilə gənclərin dilini dəyişib latın dili öyrə-
dirmişlər. “Odər” sözlərini təhrif edirmiş. Qreklər
monaxların gücündən istifadə ediblər. Əski əri öldü-
rəndə torpaq bunun bədənindəki işığı çəkir və insan-
dirilir. İnsanlar bundan sui-istifadə ediblər. Yerdə bir
təbiət aləmi gəlib gedib. Sonradan yarananlar başqa-
dır.
Şəmil Sadiq:O Qreklər kimdir indi?
İsa Muğanna: İndiki qreklər bizdəndirlər. “GurAğ”-
lar bizdəndirlər. Amma bunlar qılıncı alıb adi qılınc
veriblər. Sonra onlar bizim əleyhimizə çıxıblar və
müharibələr başlanıb. Əlli min illik tarix var irəli
sananır, əlli min illik tarix var geri sananır. İndi yeni
tarixdəyik.
Deməli, Əli müəllim də, mən də ikimizdə söhbətə ac idik.
Hərəmizi də başqa mövzular maraqlandırdığı üçün bir də
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
210
görürdün birimizin söhbətinə elə qəfildən girirdik ki...
Əli İbrahimbəyli: Ağstafada görməli yer yoxdurmu?
Siz özünüzü orda yaxşı hiss edirsiniz, yoxsa burda?
İsa Muğanna:Orda – Ağstafada bağımız var.
Mən yenə mövzunu öz maraqlarıma doğru yönəldirəm...
Şəmil Sadiq:İsa Muğanna müəllim, Ağstafa sözü
necə yaranıb?
İsa Muğanna: “AğÜzOdər”... Odər həqiqət evi.
“AğÜz” “SafAğ” mənasındadır. Bunun adı “BağOd”
olub, yəni “bağ həqiqəti”. Bakının adını Qreklər
dəyişdiriblər. Od sözünü, həqiqət sözünü dəyişdi-
rəndə Bakı olub.
Şəmil Sadiq: İndi qreklər bizim dostumuzdur, ya
düşmənimizdir?
İsa Muğanna: Qreklər bəşəriyyətin düşmənidir.
Əli İbrahimbəyli: Ziyalı yazıçı cəmiyyətin nəbzini
tutur. Həssas insan kimi dünəni bugünü, sabahı görə
bilir, anlayır. Bu baxımdan millətin sabahkı gününü
necə görürsünüz?
İsa Muğanna: Bizim çox böyük düşmənimiz var. Adı
rusdur. Ruslar Amerikayla konfliktə girib, demək,
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
211
böyük səhvdir. ABŞ Rusiyanı alt-üst edəcək. Ruslar
bu dünyadan gedəcəklər. Bir çox xalqlar dəyişəcək.
Amma mənə deyilib, mən də sizə deyirəm ki, yerdə
əbədi həyat bərpa olunacaq. Ölüm nisbi şeydir. İn-
sanın işığı çıxıb qəbrin üstündə yığılır. Başlayır uç-
mağa. Kainatdan elementlər çırpılır bunun içinə.
Planetə çatana qədər insan bərpa olunur. Orda bağ-
ları buna ruh verir və orda insan əbədi yaşamağa
başlayır.
Şəmil Sadiq: Yevreylər var ee... Belə demək olarmı
ki, bunlar öz hökmranlıqlarını qurmaq üçün müqəd-
dəs mif kitablarını yaradıb və orda özlərindən bəhs
edib?
İsa Muğanna:“Quran”... Mən sizə açım.. Məhəmməd
peyğəmbər hicrətə gedib ona görə ki, Vatikandan
göndərilən bir nəfər “Quran”ı OdƏr dilindən tərcü-
mə edib verib xəlifə Müaviəyə. Bircə axırıncı surədə
orijinalın izi var. Birinci “inək surəsi” də tam uydur-
madır. Burda “ÜnAğ”dır. “SafAğ” insanının “Ün”ü.
İbrahimi yevreylərin içinə necə göndərirlər, qırx il
orda qalır. Dəyələrdə yaşayır. Dəyələrin də adını
türkcə
tərcümə
ediblər.
“OdƏr”
həqiqətidir.
“ƏsEvƏr” Yaradan Evin işığıdır. Məhəmməd
peyğəmbərin möhürü üç sözdən ibarətdir.
Şəmil Sadiq: Ermənilərin “OdƏr”lərlə bağlılığı var?
İsa Muğanna: Bütün millətlər “OdƏr”lərdən çıxıb.
İsa Muğanna yaradıcılığı “İdeal” işığında
212
Şəmil Sadiq: Bəs onların yaxşısı pisi, ağı qarası?..
İsa Muğanna:Suriya erməniləri bizə daha yaxındır...
Haylar... Onların dilində “OdƏr” sözləri var...
Şəmil Sadiq:“Qəbiristan”ı niyə indiyə qədər çap
etməmisiniz? Özünüz istəməmisiniz, yoxsa?
İsa Muğanna:Cilddə var... Cilddə çıxıb.
Şəmil Sadiq: Hə, 6 cildlikdə...
İsa Muğanna: Amma birinci səhifəsini yazanda mən
özümü yaxşı hiss eləməmişəm. Eləcə vermişəm
gedib. Yeddi səhifə bir az qarışıqdır. Ona əl gəzdirə-
cəm, sonra verəcəm sənə.
Şəmil Sadiq: O axırdakı məsələni “İdeal”da niyə
verməmisiniz? Cildi nəzərdə tuturam. Möhür
məsələsini...
İsa Muğanna: Möhürü mən təzə əl gəzdirdiyim va-
riantın axrına salmışam. Həm mətndə var azərbay-
canca, həm də axırda var “OdƏr”cə.
Burada söhbətimiz yenə məişət mövzularına keç-
mişdi. Ustad “İdeal”ın Türkiyədə çap olunduğunu dedi.
Düzü, “Məşhər”in çapını bilirəm, amma “İdeal”dan hələ
də mənim xəbərim yoxdur. Biz İsa müəllimin üzərində iş-
lədiyi “İdeal”ın son variantına baxırıq.
Dostları ilə paylaş: |