Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə57/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
209 
İsa  Muğanna:Səbəbi  Qreklərdir.  Onlar  istəmirdilər 
ki, bizim millət “OdAğüz”lə, o planetlə “BağOdər”lə 
əlaqə saxlasın. Öz dilində danışsın. “Man”a “Mənağ” 
deyiblər  türklər.  Onlar  “MənAğ”  deyiblər,  yəni  saf 
ağ  mənasında.  Onlar  “OdƏr”  dilini  bilirmişlər  və 
yerli xalqın kəkələdikləri sözləri də bilirmişlər. Onlar 
Qreklərlə birgə dünyanı kəşf ediblər. Dünyanın məş-
hur fatehləri Qreklər olub. Bunlar “ƏdƏr”ləri parça-
layıblar. Yəhudi millətinə “ifrit” də deyiblər. Bunlara 
“ƏvƏrEy  OdƏr”ləri  də  deyirlər.  Əsl  adları  “Əvərey 
OdƏr”ləridir.  Bizdəki  tatlar  “ƏvƏrey  Odər”ləridir. 
Qreklər  manaxları  salıblar  millətlərin  canına.  Onlar 
silah gücü  ilə gənclərin dilini dəyişib latın dili öyrə-
dirmişlər.  “Odər”  sözlərini  təhrif  edirmiş.  Qreklər 
monaxların gücündən istifadə ediblər. Əski əri öldü-
rəndə torpaq bunun bədənindəki işığı çəkir və insan-
dirilir. İnsanlar bundan sui-istifadə ediblər. Yerdə bir 
təbiət aləmi gəlib gedib. Sonradan yarananlar başqa-
dır. 
 
Şəmil Sadiq:O Qreklər kimdir indi? 
 
İsa Muğanna: İndiki qreklər bizdəndirlər. “GurAğ”-
lar bizdəndirlər. Amma bunlar qılıncı alıb adi qılınc 
veriblər.  Sonra  onlar  bizim  əleyhimizə  çıxıblar  və 
müharibələr  başlanıb.  Əlli  min  illik  tarix  var  irəli 
sananır, əlli min illik tarix var geri sananır. İndi yeni 
tarixdəyik. 
Deməli, Əli müəllim də, mən də ikimizdə söhbətə ac  idik. 
Hərəmizi də başqa mövzular maraqlandırdığı üçün bir də 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
210 
görürdün birimizin söhbətinə elə qəfildən girirdik ki... 
 
Əli İbrahimbəyli: Ağstafada görməli yer yoxdurmu? 
Siz özünüzü orda yaxşı hiss edirsiniz, yoxsa burda? 
 
İsa Muğanna:Orda – Ağstafada bağımız var. 
 
Mən yenə mövzunu öz maraqlarıma doğru yönəldirəm... 
 
Şəmil  Sadiq:İsa  Muğanna  müəllim,  Ağstafa  sözü 
necə yaranıb?  
 
İsa  Muğanna:  “AğÜzOdər”...  Odər  həqiqət  evi. 
“AğÜz” “SafAğ” mənasındadır. Bunun adı “BağOd” 
olub,  yəni  “bağ  həqiqəti”.  Bakının  adını  Qreklər 
dəyişdiriblər.  Od  sözünü,  həqiqət  sözünü  dəyişdi-
rəndə Bakı olub. 
 
Şəmil  Sadiq:  İndi  qreklər  bizim  dostumuzdur,  ya 
düşmənimizdir? 
 
İsa Muğanna: Qreklər bəşəriyyətin düşmənidir. 
 
Əli  İbrahimbəyli:  Ziyalı  yazıçı  cəmiyyətin  nəbzini 
tutur. Həssas insan kimi dünəni bugünü, sabahı görə 
bilir,  anlayır.  Bu  baxımdan  millətin  sabahkı  gününü 
necə görürsünüz? 
 
İsa Muğanna: Bizim çox böyük düşmənimiz var. Adı 
rusdur.  Ruslar  Amerikayla  konfliktə  girib,  demək, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
211 
böyük  səhvdir.  ABŞ  Rusiyanı  alt-üst  edəcək.  Ruslar 
bu  dünyadan  gedəcəklər.  Bir  çox  xalqlar  dəyişəcək. 
Amma mənə deyilib, mən də sizə deyirəm ki, yerdə 
əbədi  həyat  bərpa  olunacaq.  Ölüm  nisbi  şeydir.  İn-
sanın  işığı  çıxıb  qəbrin  üstündə  yığılır.  Başlayır  uç-
mağa.  Kainatdan  elementlər  çırpılır  bunun  içinə. 
Planetə  çatana  qədər  insan  bərpa  olunur.  Orda  bağ-
ları  buna  ruh  verir  və  orda  insan  əbədi  yaşamağa 
başlayır. 
 
Şəmil  Sadiq:  Yevreylər  var  ee...  Belə  demək  olarmı 
ki, bunlar öz hökmranlıqlarını qurmaq üçün müqəd-
dəs  mif  kitablarını  yaradıb  və  orda  özlərindən  bəhs 
edib? 
 
İsa Muğanna:“Quran”... Mən sizə açım.. Məhəmməd 
peyğəmbər  hicrətə  gedib  ona  görə  ki,  Vatikandan 
göndərilən  bir  nəfər  “Quran”ı  OdƏr  dilindən  tərcü-
mə edib verib xəlifə Müaviəyə. Bircə axırıncı surədə 
orijinalın izi var. Birinci “inək surəsi” də tam uydur-
madır. Burda “ÜnAğ”dır. “SafAğ” insanının “Ün”ü. 
İbrahimi  yevreylərin  içinə  necə  göndərirlər,  qırx  il 
orda  qalır.  Dəyələrdə  yaşayır.  Dəyələrin  də  adını 
türkcə 
tərcümə 
ediblər. 
“OdƏr” 
həqiqətidir. 
“ƏsEvƏr”  Yaradan  Evin  işığıdır.  Məhəmməd 
peyğəmbərin möhürü üç sözdən ibarətdir. 
 
Şəmil Sadiq: Ermənilərin “OdƏr”lərlə bağlılığı var? 
 
İsa Muğanna: Bütün millətlər “OdƏr”lərdən çıxıb. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
212 
Şəmil Sadiq: Bəs onların yaxşısı pisi, ağı qarası?.. 
 
İsa Muğanna:Suriya erməniləri bizə daha yaxındır... 
Haylar... Onların dilində “OdƏr” sözləri var... 
 
Şəmil  Sadiq:“Qəbiristan”ı  niyə  indiyə  qədər  çap 
etməmisiniz? Özünüz istəməmisiniz, yoxsa? 
 
İsa Muğanna:Cilddə var... Cilddə çıxıb. 
 
Şəmil Sadiq: Hə, 6 cildlikdə... 
 
İsa Muğanna: Amma birinci səhifəsini yazanda mən 
özümü  yaxşı  hiss  eləməmişəm.  Eləcə  vermişəm 
gedib. Yeddi səhifə bir az qarışıqdır. Ona əl gəzdirə-
cəm, sonra verəcəm sənə. 
 
Şəmil  Sadiq:  O  axırdakı  məsələni  “İdeal”da  niyə 
verməmisiniz?  Cildi  nəzərdə  tuturam.  Möhür 
məsələsini... 
 
İsa  Muğanna:  Möhürü  mən  təzə  əl  gəzdirdiyim  va-
riantın  axrına  salmışam.  Həm  mətndə  var  azərbay-
canca, həm də axırda var “OdƏr”cə. 
 
Burada  söhbətimiz  yenə  məişət  mövzularına  keç-
mişdi.  Ustad  “İdeal”ın  Türkiyədə  çap  olunduğunu  dedi. 
Düzü,  “Məşhər”in  çapını  bilirəm,  amma  “İdeal”dan  hələ 
də mənim xəbərim yoxdur. Biz İsa müəllimin üzərində iş-
lədiyi “İdeal”ın son variantına baxırıq. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə