Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə2/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 

Ön söz 
 
“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ 
ilk  əsərlərini  yazıb  nəşr  etdirdiyi  illərdə  İsa  Hüsey-
novu  zarafatla  “etiraf  olunmamış  dahi”  adlandırar, 
onun  ədəbiyyata  təsadüfən  deyil,  xüsusi  missiya  ilə 
gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, 
məmnunluq duyarmış. Ancaq güman etmək çətindir 
ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-
ədəbiyyatşünas  belə  İsa  Hüseynovun  dünyaya  İsa 
Muğanna  olaraq yenidən  gələcəyini  təsəvvür  eləmiş 
olsun. 
“Yanar ürək”dən “İdeal”a, İsa Hüseynovdan İsa 
Muğannaya  yüksəlişin  səbəbləri,  yəqin  ki,  XX  əsrin 
sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai tə-
fəkkürünün üzərində ən çox düşündüyü, ancaq əsas-
lı  bir  nəticəyə  gələ  bilmədiyi  mövzulardandır.  Və 
məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən biri, 
heç  şübhəsiz,  böyük  yazıçı-mütəfəkkirin  özünün 
vaxtaşırı  olaraq  söylədiyi  mülahizələr  olmuşdur  ki, 
həmin mülahizələrdə yaradıcılığın bir dövründən di-
gərinə  keçmək  kimi,  əslində,  tamamilə  təbii  (və  qa-
nunauyğun)  qəbul  edilməli  olan  bir  proses  xeyli 
dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, gu-
ya müəllif “İdeal”dan başlayaraq “ün” eşitmiş və bü-
tün  sonrakı  əsərlərini  həmin  ilahi  “ün”ün  diqtəsilə 
qələmə almışdır. 
Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət 
etdiyimiz  normativ  şüur  (və  yaradıcılıq)  təcrübəsi 
baxımından  interpretasiya  vermək,  prinsip  etibarilə, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 

mümkün  deyil.  Ancaq  ortada  hansı  enerjidən  gəlib-
gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla 
seçilən  mükəmməl  yaradıcılıq  məhsulları  var…  Və 
onların  adət  etdiyimiz  metodoloji  texnologiyalarla 
tədqiqi tamamilə mümkündür. 
İsa  Muğanna  yaradıcılığını  yeni  rakursdan  – 
“İdeal”  işığında  araşdıran  tanınmış  yazıçı,  ədəbiy-
yatşünas  və  redaktor-naşir  Şəmil  Sadıq  qarşısına 
kifayət qədər cəsarətli (və çətin) bir vəzifə qoysa da, 
fikrimcə,  onun  öhdəsindən  uğurla  gəlmiş,  hətta  de-
mək olar ki, İsa Hüseynov - Muğanna yaradıcılığı ba-
rədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda 
isə  pərakəndə)  fikirlərin  fövqünə  qalxaraq  sistemli 
bir  “muğannaşünaslığ”ın  əsaslarını  müəyyənləşdir-
mişdir. 
“İsa  Muğanna  yaradıcılığı”  “İdeal”  işığında” 
müəllifi yazır: 
“…  İsa  Muğanna  yaradıcılığı  “İdeal”dan  sonra 
başladı.  Ondan  sonra  yazılan  bütün  əsərləri  “İdeal” 
silsiləsinin  davamıdır  və təəssüflər  olsun  ki,  ədəbiy-
yatşünaslığımız  tərəfindən  layiqli  qiymətini  alma-
mışdır  hələ  ki.  Ümid  edirəm  ki,  oxucu  da,  alim  də 
qorxmadan,  çəkinmədən  “İsahəqq,  Musahəqq”i, 
“GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i, 
“Qəbiristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini 
bildirəcəkdir bir gün”. 
Və əlavə edir: 
“  …  Bu  tədqiqat  işində  Muğannanın  “İdeal”dan 
sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma 
dövrləri,  çapdakı  maneələr  və  müəllifin  əsərlərinə 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 

dönə-dönə  qayıtmasının  səbəbləri,  İsa  Muğannanın 
bir postmodernist yazar kimi, magik realizmin banisi 
kimi,  yeni  ideoloji  konsepsiyanın  yaradıcısı  kimi, 
dinə  olan  yeni  baxışının,  romanlarının  poetikasını 
araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”. 
Göründüyü  kimi,  miqyas  xeyli  möhtəşəmdir, 
lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Mu-
ğanna  ilə  sıx-sıx  görüşmüş,  onun  nəinki  əsərlərinin, 
bütövlükdə  ruhunun  dərinliklərinə  bələd  olmuş, 
hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, on-
da miqyası bu qədər geniş götürməyə müəllifin həm 
mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə 
yeri qalmır. 
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəx-
siyyət  kimi  nə  qədər  yüksək  intellektual  səviyyədə 
dayanırdısa,  o  qədər  də  pak,  səmimi  və  ünsiyyətcil 
bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər 
mistik)  dünyagörüşünə  tabe  eləmək  fikrindən  də 
uzaqdır. Az-çox ağıllı mülahizə eşidəndə onun müəl-
lifini  layiq  olduğundan  da  artıq  qiymətləndirir,  da-
xildən  (ruhunun  lap  dərinliklərindən)  gələn  bir  mə-
həbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şüb-
hə  etmirəm  ki,  bu,  İsa  müəllimin  mənəvi  zənginli-
yinin tükənməzliyindən qaynaqlanırdı…  
“İdeal”a  qədərki  yaradıcılığını  hərdən  özü  kəs-
kin  tənqid  edir,  “Yanar  ürəy”i  elə  də  dəyərli  əsər 
saymırdı.  Görüşlərin  birində  xalq  yazıçısı  Anar  İsa 
müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü 
özündən  müdafiə  cəmiyyəti  yaradaq…  İmkan  ver-
mək  olmaz  ki,  ədəbiyyatımızın  “Yanar  ürək”  kimi 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
10 
qiymətli  əsəri  onun  tərəfindən  bu  qədər  haqsız 
tənqidə məruz qalsın”… Anar müəllimin haqlı  sözü 
hamının  ürəyindən  oldu.  Hətta  İsa  müəllimin  də… 
Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən 
güldü… 
Həm  İsa  Hüseynov,  həm  də  İsa  Muğanna  haq-
qında  mən  də  bir  sıra  yazılar  yazmışam,  televiziya-
larda,  müxtəlif  yığıncaqlarda  çıxışlar  eləmişəm.  An-
caq  bunların  çoxunda  elmi  təhlil  azdır.  Sadəcə  ola-
raq,  dərinliyinə  lazımi  qədər  vara  bilmədiyim  möh-
təşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmi-
şəm. 
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kita-
bında İsa Muğanna dünyasının dərinliklərinə enir. O 
məqamlara  (məsələn,  mistika,  din,  magik  realizm, 
postmodernizm və s.) diqqət yetirib geniş (və sözün 
geniş mənasında müqayisəli!)  interpretativ təhlil ve-
rir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun 
dünyagörüşünün  fəlsəfi  mahiyyətini,  metafizik 
poetikasını  anlamağa  əhəmiyyətli  kömək  göstərir. 
Müəyyən  mübahisəli  tərəfləri  olsa  da,  ümumiləş-
dirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas 
da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm 
bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifa-
yət  qədər  müfəssəl  hiss  etdiyinə  görə,  gəldiyi  nəti-
cələr bugünkü ədəbi-tənqidi təfəkkür üçün heç də az 
səciyyəvi olmayan sxematizmdən uzaqdır. 
Müəllif  hərdən  gileylənir  ki,  nə  oxucular,  nə  də 
ədəbi  tənqid  İsa  Muğannanın  müasir  dövrün  qlobal 
problemlərini  dərk  etməkdə,  doğrudan  da,  çox  fay-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə