Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə7/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   2   3   4   5   6   7   8   9   10   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
26 
rabağ  müharibəsinə  həsr  etdiyi  “Qəbiristan”  roma-
nından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir 
çox  əsərlərinin  yazılma  tarixi  bu  qarma-qarışıqlıqda 
it-bata  düşdüyündən  izi  tam  istədiyimiz  kimi  apara 
bilmirik. 
“Qəbiristan” romanın ilk mətbu variantına 2006-
cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast 
gəlirik. 
Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı 
ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək 
də,  təəssüflər  olsun  ki,  “Həyatımdan  səhifələrdə” 
1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı 
qeyddən  sonra  nə  vaxt  tamamlandığı  haqqında  də-
qiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki altı 
cildliyində, nə də “Hədəf” nəşrlərinin sağlığında çap 
etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında 
məlumat  yoxdur.  Ola  bilsin  hansısa  mətbu  orqanda 
çap  edilib  və  ya  məlumat  gedib,  lakin  biz  əldə  edə 
bilmədiyimizdən,  düşünür  ki,  son  və  tam  variantı 
2013-cü  ildə  ayrıca  kitab  şəklində  “Hədəf”  nəşrləri 
tərəfindən çap olunandır. 
1958-1960-cı  illərdə  yazılan  “Doğma  və  Yad 
adamlar”  romanının  müəllif  xatirələrində  “İsahəq, 
Musahəq”  adı  ilə  yenidən  işlədiyini  qeyd  edir:  – 
“Mən “İsahəq, Musahəq” romanına da, “Qəbiristan”-
dakı, “GurÜn”dəki, “Cəhənnəm”dəki kimi təzə əsər həvəsi 
ilə  girişdim  və  nəticəsini  gördüm”.
11
  Halbuki  ilk  dəfə 
birinci  hissəsi  1962-ci  ildə  və  sonra  “Yanar  ürək”lə 
birgə 1979-cu  ildə çap edilmişdir. Bu  əsərində yazıl-
                                                 
11
 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf nəşrləri, 2013, s 16. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
27 
ma  tarixi  90-cı  illər  olsa  da,  ilk  dəfə  kitab  şəklində 
çapı 2009-cu ildə 6 cildliyində görünür. 
Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-
ci  il  2-ci  sayında  “Cəhənnəm”  romanının  çapını  gö-
rürük. Romanın ilk variantının 1993-cü ildə “Dünya” 
jurnalında çap edildiyini qeyd etmişdik. Ondan son-
ra  isə  deyəsən,  sadəcə  Azərbaycan  jurnalında  nəşr 
edilmişdir.  Müəllifin  əsərlərinin  çapının  bu  cür  ara 
ilə  çap  olunmasının  səbəblərindən  biri  də  90-cı  illər 
hadisələri olmuşdur, əlbəttə ki. “Cəhənnəm” romanı 
da  2013-cü  ildə  ayrıca  kitab  şəklində  “Hədəf”  nəşr-
ləri tərəfindən çap olunandır ki, burda da əsərin tari-
xini  müəllifdən  dəqiqləşdirərək  yazmaq  diqqətdən 
qaçmışdır. 
Nədənsə  müəllif  heç  bir  müsahibəsində,  çıxışı-
nda  son  yazdığı  povest  və  romanları  “İdeal”  silsi-
ləsinə aid etməmişdir. Halbuki “İdeal” romanına ön 
sözü  2013-cü  ildə  yenidən  işləmişdir  ki,  bu  zaman 
həm “Türfə” romanı (müəllif povest adlandırır), həm 
də  “Qırx  kisə  qızıl”,  “İlan  Dərəsi”,  “Söz  yarası”  po-
vestlərini  həmin  zaman  yazıb  yekunlaşdırmışdır. 
Həmin  bu  adını  çəkdiyimiz  əsərlər  də  SafAğ  elmi 
əsasları üzərində qurulmuş, “İdeal” romanında veril-
miş  tezis  xarakterli  fikirlərin  izahı  verilmişdir. 
“Türfə”  romanının  yazılması  tarixini  müəllif  öz  əli 
ilə  2009-cu  ilin  fevral  ayının  20-si  qeyd  edir.  Bəzi 
müsahibələrində  bu  romanın  çap  olunmamasından 
gileylənsə  də,  nədənsə  əsərinin  çapına  sanki  özü  də 
tərəddüdlü  idi.  Hətta  söhbətlərimizdə  bu  romana 
görə  fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
28 
da  qorxduğunu  qeyd  edirdi.  Nizami  Cəfərova  inan-
dığından  və  hörmət  etdiyindən,  onun  “hələ  vaxtı 
deyil”  deməsi  də  müəllifin  bir  az  geri  çəkilməsinə 
səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə 
ölümündən  bir  il  sonra  “Hədəf”  nəşrləri  tərəfindən 
mənim redaktorluğumla çap edilmişdir.
12
 
Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və 
ya  Peyğəmbərin  taleyi”  və  “Söz  yarası”  isə  müxtəlif 
zamanlarda  “Azərbaycan”  jurnalında  nəşr  edildik-
dən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-
cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur. 
Müəllifin  “İdeal”dan  sonra  bədii  əsər  adına  beş 
romanı:  “Qəbiristan”,  “GurÜn”,  “İsahəq,  Musahəq”, 
“Cəhənnəm”,  “Türfə”,  üç  povesti;  “Qırx  kisə  qızıl”, 
“İlan  Dərəsi  və  ya  Peyğəmbərin  taleyi”  və  “Söz 
yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı sim-
volik  romanı  və  bir  də  bir  səhifəlik  yarımçıq  əlyaz-
ması  oxuculara  bəxş  edilmişdir.  Maraqlıdır  ki,  İsa 
Muğanna  son  və  “Yarımçıq  əlyazma”sı  haqqında 
danışarkən deyirdi ki, “EySar deyir ki, təzə tsikl başla-
yacaqsan.  Birinci  əsərin böyük  romandır.  Amma  nə  məz-
munu,  nə  də  ideyası  haqda  heç  nə  demir...  Amma  deyir 
gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhi-
fəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm 
gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya 
bilirəm az-az.” 27.03.2014.”
13
 
27  mart  tarixində  onunla  son  görüşümüzdə 
demişdi  yuxarıda  qeyd  etdiyim  fikirləri.  Və  31  mart 
                                                 
12
 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 7.
 
13
 İsa Muğanna, Türfə, Bakı: Hədəf nəşrləri, 2015, s 14. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə