Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə15/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
55 
Sinvat körpüsündən keçməsi tələb edilər. Körpüdən 
keçənlər  kavusura-cənnətə,  keçə  bilməyənlər  isə  ya-
lan və şər evi adlandırılan cəhənnəmə düşərlər. 
Hinduizmdə  isə  ölümdən  sonrakı  həyatda  Riq-
vedalarda  qeyd  edilən  cənnət  və  cəhənnəmlə  səslə-
şən  mükafat  və  cəza  yerləri  var.  Ölən  insanlardan 
əməlisalehlərin  ruhu  Brahmaya  qovuşar  və  orada 
əbədi  qalar.  Yaxşı  insanlardan  bir  qisminin  ruhları 
müvəqqəti  olaraq  Nandanaya  göndərilir  və  burada 
gördükləri  yaxşı  işlər  müqabilində  mükafatlandırı-
lırlar.  Gördüyü  əməllərə  görə  cəzalandırılanlar  isə 
cəhənnəm  adlanan  Naralokaya  göndərilirlər.  Orda 
isə qızmış  qum  üzərində yaşayır, murdar və qaynar 
yeməklərlə qidalanırlar. 
Qədim  Yunan  mifologiyasında  ölənlərin  ruhları 
Hermes tərəfindən Hades deyilən yerə yığılır. Hade-
sin qapısında üç başlı it olan Kerberos durur. İçəriyə 
girən əbədi olaraq orda qalar. Ruhlar sorğuya çəkilər 
və  günahsızlar  Elysium  bağına  aparılırlar.  Cənnət-
liklər  burada  bütün  nemətlərlə  qarşılanar:  onlar  id-
man edər, şahmat oynar, ata minər, musiqi dinlərlər. 
Günahkarlar isə Tartarosa aparılıb əzaba düçar olar-
lar. 
Xristianlıqda  cənnət  Tanrı  ilə  bərabər  olmaq  de-
məkdir.  Onlar  Tanrı  tərəfindən  hər  gün  dəyişdirilə-
rək  yenilənəcəkləri  və  qiyamət  günü  gəldikdə  Adə-
min günah işləməzdən öncə olduğu yerə gedəcəkləri 
inancındadırlar. 
Tövratda  cəhənnəm,  cənnət  anlayışı  birbaşa  ve-
rilməsə  də,  dolayısı  ilə  ifadə  edilir:  "...  kimi  sonsuz 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
56 
yaşama (cənnətə), kimi utanacağı və sonsuz murdar-
lığa göndəriləcək." 
İslamda  isə  cənnət  ölümdən  sonrakı  həyat,  mü-
qəddəs  sayılan  məkana  verilən  addır.  Müsəlmanlar 
qiyamət  gününə  qədər  məzarda  qalacaq.  Sonra  isə 
bu  həyatda  arzuladıqları,  amma  əldə  edə  bilmədik-
ləri  hər  nemətə  sahib  olub  əbədi  xoş  güzəran  keçi-
rəcəklər.  Cəhənnəm  isə  əbədi  atəşdə  yanmaq,  qır 
qazanında  qaynadılmaq,  susuzluqdan  yanmaqdır. 
Cəhənnəmliklərə də cənnətliklər kimi, ölümdən son-
rakı həyat əbədidir, lakin onlar sadəcə əzab çəkəcək-
lər. 
Türk  inanc  sistemində  cənnət  "uçmaq",  cəhən-
nəm  "damu"  deyə  ifadə  edilir.  Yaxşı  insanlar  ölüm-
dən  sonra  Uçmağa  (ocmaha,  uçmaha)  gedir.  Onları 
orda  mükafat  olaraq  gözəl  təbiət  və  bol  nemətlər 
gözləyir.  İnancın  təməlində  ruhun  bədəni  tərk  edər-
kən  "uçan  quş"  cildinə  girməsini  ifadə  edən  qədim 
türk  inancları  da  durur.  Damu  –  cəhənnəm  isə  öl-
dükdən  sonra  günahlıların  ruhunun  göndəriləcəyi 
yerdir.  Orda  onları  Tam  xan  qarşılayacaq  və  odla 
cəzalandıracaqdır.
34
 
Mifoloji  və  dini  fikri  geniş  şəkildə  zəbt  etmiş 
ölümdən  sonrakı  həyat  bütün  bəşər  övladı  kimi  İsa 
Muğannanı  da  düşündürmüş,  yaradıcılığının  ikinci 
dönəmini demək olar ki, bu mövzuya həsr etmişdir. 
Bu baxımdan "Cəhənnəm" romanı xüsusi əhəmiyyət 
daşıyır. 
                                                 
34
 Celal Beydili, Türk Mitolojisi Ansiklopedik Sözlük. İstanbul: Yurt 
Yayınevi, 2005, s 1. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
57 
İsa Muğannanın "Cəhənnəm" romanı müstəqillik 
dövrü  ədəbiyyatımızın  dəyərli  əsərlərindən  olduğu 
qədər  ədəbiyyatşünaslığımız  üçün  də  maraqlıdır. 
Şərq  və  Qərb  mifologiyasına,  dini  qaynaq  və  təlim-
lərə  bələd  olan  müəllifin  təsvir  etdiyi  cəhənnəmdə 
mifoloji  qatlar  və  dinlərin  fəlsəfəsi  özünəməxsus  bir 
yozumla təqdim edilmişdir. Ədəbiyyatımızda cəhən-
nəm  və  cənnət  motivləri  "Kitabi-Dədə  Qorqud"  das-
tanında,  Nəsimi,  Məhəmməd  Füzuli,  Mirzə  Fətəli 
Axundzadə, Əbdürrəhim  bəy  Haqverdiyevin əsərlə-
rində  işlənsə də, "Cəhənnəm" romanında müasir ro-
manın  tələbləri  və  sufi  fəlsəfəsinin  aspektləri  baxı-
mından  maraqlı  konsepsiya  qoyulmuşdur.  Bu  kon-
sepsiya işıq gəmiləri ilə Ağa-Aya gələn Səməd Əmir-
linin,  Sərvinazın,  Musanın,  Qumralın  saflaşmış  ruh-
larını Bünyad bəyi qarşılayır, ona cəhənnəm  əzabını 
cənnət  kimi  görülən  yerdə  verirlər.  Romandan  belə 
məlum  olur  ki,  yolayrıcından  alınaraq  Aya  aparılan 
cinayətkar  (Maraqlıdır  ki,  cinayətkarın  günahları 
milli  zəmində,  siyasi  məqsədlərlə  törətdiyi  cinayət-
lərdir). saflaşdırılma mərhələsinə təqdim edilir. Am-
ma Bünyadın günahları o qədər böyükdür ki, sorğu-
sual mərhələsində ona sözün gücü ilə cəhənnəm gös-
tərilir  və  saflaşmasının  mümkün  olmadığı  məlum 
olur.  Və  beləcə,  Bünyad  bəyin  ruhu  Tanrının  dərga-
hına getmir, o, yerdə işığı çıxmadan çürüyür. 
Əsərdə modernist romana xas olan "keçmişə qar-
şı indiki zamanın daha üstün tutulması" metodu tam 
şəkildə  əks  olunub.  Hadisələr  gah  bu  dünyada,  gah 
axirətdə, gah da yüzilliklər öncəsində baş verir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
58 
"İdeal" romanından sonra İsa Muğannanın möv-
zusunun artıq yerdən yox, Göylə Yerin vəhdətindən 
alındığını görmək o qədər çətin deyil. Qulu Ağsəsin 
təbirincə  desək,  "İsa  Hüseynovun  bütün  yazdıqla-
rının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə 
ona  görə  biz  İsa  müəllimi  sevir  və  təqdir  eləyirik. 
Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-
olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bü-
tün yazdırılanların mayası isə Göydən, Tanrıdan tu-
tulub"
35
 
Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış, 
üslub gətirən yazıçının "Cəhənnəm" əsəri bədii este-
tik  zövq,  poetika  baxımdan  çox  maraqlı  əsərdir.  İlk 
olaraq  əsərin  adı  adamın  diqqətini  çəkir.  "İdeal"  ro-
manı  ilə  tanış  olanlar  bu  sərlövhədən  bir  çox  istiqa-
mətlərə  yönəlir  və  əsəri  oxumaq  üçün  tələsir.  Bu, 
yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çox-
ları  İsa  Muğannanın  dini  dünyagörüşünün  nə  oldu-
ğunu tam dəqiqləşdirə bilməyib. Hələ də İsa Muğan-
nanın  heç  bir  dinə  inanmadığını  düşünənlər  bu  ifa-
dəni oxuyan kimi "deyəsən, İsa Muğanna nəsə fikrini 
dəyişib"  deyə  düşüncəyə  qapılır,  bunu  dərk  etmək 
üçün həvəslə oxumağa başlayırlar. Yazıçının marağı 
üçün  ən  önəmli  priyom,  ilk  növbədə,  oxucunu  öz 
aurasına  salmaqdır.  Bunu  da  "Cəhənnəm"  romanın-
da  layiqincə  bacarıb.  Əsərin  ilk  səhifəsində  "Cəhən-
nəm deyilən, doğrudan da, varmı, ya yoxdur? Ömrü 
onsuz da işgəncələr içində keçən insanı bir daha, özü 
                                                 
35
 Qulu Ağsəs, "İsa Hüseynov və Muğanna", news.lent.az/news/3358, 
(11.02.2016)
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə