Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə11/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
42 
xaşiləri,  sələfi,  Əl-qaidə,  İŞİD  (İraq  Şam  İslam  döv-
ləti)  kimi  qruplaşmalar  var.  Və  bəşəriyyətin  qan  gö-
lündə üzməsinə səbəb dini düşüncə sisteminin fərq-
liliyidir. Əgər bu fikri qəbul etməyənlər varsa, Yapo-
niya modelinə diqqət etsinlər. Çünki yaponların dini 
dünya  görüş  sistemində  ərəb,  türk  xalqlarındakı  ki-
mi ciddi parçalanmalar yoxdur. Və insanlar bir-birini 
düşüncəsinə  görə  qırmır.  Bir-birinə  düşüncə  siste-
minə  görə  düşmən  kəsilmir.  Lakin  hansı  ölkələrdə 
dini-dünyagörüş  sistemi  rəngarəngdirsə,  hətta  bu 
rəngarənglik bir sistemin içində özünü göstərirsə, in-
sanlar  arasında  bir  o  qədər  də  bölünmə  və  təfriqə-
çilik var. 
 
İsa Muğanna yaradıcılığında dinə yeni 
baxış 
 
Bütün  bu  yuxarıda  göstərilənləri  və  geniş  girişi 
təsadüfi  vermədik.  Çünki  bunların  köməkliyi  ilə 
Azərbaycan  ədəbiyyatının,  o  cümlədən  Azərbaycan 
modernsit  ədəbiyyatının  görkəmli  nümayəndəsi, 
milli  magik  realizmin  yaradıcısı  İsa  Muğanna  (Hü-
seynov)  (1928-2014)  həqiqətini  açmağa  çalışacağıq. 
Belə  ki,  müəllifin  "İdeal"dan  sonrakı  yaradıcılığı  ilə 
tanış  olanlar  da,  olmayanlar  da  Muğannanın  nə  de-
mək istədiyini düşünür: Doğrudan da, Muğanna sirli 
gerçək,  magik  realizm  nümunəsi  "İdeal"  və  onun 
işığında  yazılan  "Cəhənnəm",  "GurÜn",  "Qəbiristan-
lıq",  "İsahəq,  Musahəq",  "İlan  dərəsi",  “Türfə”  kimi 
əsərləri  ilə  nə  demək  istəyirdi?  Bu  sualın  cavabını 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
43 
monoqrafiya  boyunca  verməyə  çalışsaq  da,  Azər-
baycan  ədəbiyyatının  böyük  dramaturqu  Hüseyn 
Cavidin "Şeyx Sənan" faciəsində haqq aşiqi Dərvişin 
sözləri ilə öncədən də vermək olar: 
Şəriətdən, təriqətdən kənarəm, 
Həqiqət istərəm, yalnız həqiqət! 
Yetər artıq şəriət, ya təriqət. 
Qulaq verməm bən əsla bir xitabə
Pərəstiş eyləməm hiç bir kitabə! 
Əvət, Quran, Zəbur, İncilü Tevrat 
Birər röya bütün əlvahi-aləm
Birər əfsanə, cənnət, ya cəhənnəm.
22
 
İsa  Muğanna  türk  millətçisi  idimi,  ateist  idimi, 
deist  idimi?  O  İsapərəst  idimi?  Onu  sarsıntı  keçirən 
və  başına  hava  gələn  bir  insan  hesab  edə  bilərikmi? 
O  peyğəmbərlik  iddiasınamı  düşmüşdü?  O  sahib-
zaman  arzusunda  idimi?  Bütün  bu  suallar  İsa  Mu-
ğanna yaradıcılığı ilə yaxından uzaqdan əlaqəsi olan 
hamının  beynindən  ya  keçib,  ya  da  keçməkdədir. 
Bəziləri  isə  öz  mövqeyindən  çıxış  edərək  cavabını 
verib və bu yaradıcılığa ya aşiq olub, ya da xülya ad-
landıraraq uzaq olmağa çalışıb. İsa Hüseynovu "pri-
mitiv  təfəkkür"  sahibi  hesab  edib  Muğannaya  çevri-
lən  yazıçı  həqiqətən  də  kim  idi?  Hansı  ilahi  və  ya 
qeyri-ilahi  qüvvə  idi  onu  ətrafındakılardan  fərqli 
düşünməyə vadar edən? Verilmiş və təsdiq gözləyən 
sualların hamısının birmənalı cavabı, məncə, Muğan-
na  idi.  Bəşər  övladını  bütün  sirli  oyunlardan  saflaş-
                                                 
22
 Hüseyn Cavid. Seçilmiş əsərləri II cild “Şeyx Sənan” pyesi. Bakı: Elm, 
2007, s 172.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
44 
dırmaq  üçün özünü təhlükəyə atan bir  insan fədaisi 
idi  Muğanna.  Təhrif  insan  deyə-deyə  insan  beynini 
ləkədən yumaq üçün çalışan bir filosof idi. O "İdeal"-
dan sonrakı bütün yaradıcılığında təhrif dini – İslamı 
rədd  etdi.  Amma  peyğəmbərləri  rədd  etmədi.  Pey-
ğəmbərlərin zamanında da, ondan sonra da müqəd-
dəs kitablara edilən əlavələri rədd etdi. Amma yenə 
də yaradanı, peyğəmbərləri rədd etmədi. Sadəcə on-
lara yeni ad verdi. Öz inandığı, insanlığın hiyləsi ilə 
ləkələnməmiş  SAF  adları.  Əgər Muğanna  yaradıcılı-
ğına  təqdim  edilmiş  OdƏr  dilinin  ağırlığına  baxma-
dan ideyasına, məzmununa, ünvanlanan mesaja diq-
qət  etsək,  görərik  ki,  Muğanna  həqiqəti  Tanrı  və 
onun  oğulları  konsepsiyası  üzərində  qurub.  Kamil 
insanı  tanrı  –  yaradıcının  oğlu  hesab  edib.Və  bəşər 
övladını  tam  görmək  istəyib.  İsa  Muğannaya  görə 
Bağ Atanın – Tanrının oğulları kimlər idi? 
"
İnsanı insana, Yer planetini kainata bağlayan Bağ Ata 
adlanır. Təkdir, lailahəilləllahdır. Dörd oğlu var: 
Birincisi  ƏsƏlMəndir  ki,  mənası  –  mənim  yaradan 
oğlum  deməkdir.  (Ərəbcə  tərcüməsi  Süleyman  peyğəmbər-
dir). 
İkinci oğlu ÜnEydir (təhrifi “Nuh” “Hoydos”). 
Üçüncü oğlu EvƏrimdir (Evimin İşığı deməkdir. Ərəb-
cə  təhrifi  İbrahim  peyğəmbərdir.  Biz  də  belə  deyirik.  Xaçpə-
rəstlər isə Avraam deyir). 
Dördüncü  oğlu  EySardır  (“Ey”-  uca  deməkdir.  Sar
  – 
(Çar) hökmdar deməkdir). 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
45 
EySar – Uca Hökmdar deməkdir. ƏlAğ (Allah) ərəblərin 
təhrif  etdikləridir.  ...İndi  Yer  (EyƏr)  planetini  idarə  edən 
ƏlAğ EySardır".
23
 
Təəssüflər olsun ki, magik realizmin ədəbiyyatı-
mızdakı  yaradıcısının  simvolikasını  anlamayan,  də-
rin qatlara enməyi bacarmayanlar bu şərti adlara ili-
şib qalır və əsas mənadan uzaqlaşırlar. Professor Ta-
hirə  Məmməd  İsa  Muğannanın  bəşəriyyətə  təqdim 
etdiyi bu rəmzi dil haqqında danışarkən yazır: "Mu-
ğanna  rəmzlərlə  bir  Dil  açmağa  çalışır  –  rəmz,  işarə 
hesab  etdiklərini  söz-söz  aydınlatmaq  istəyir,  “təh-
rif”  hesab  etdiklərini  ilkin  şəklinə  döndərir  və  bu 
zaman  yaratdığı  bədii  model  və  oxucunu  qarşılaş-
dırdığı yazıçı gerçəyi ilə yozulması gərəkən ikinci bir 
sistem ortaya qoyur. Bu poetik sistem özlüyündə bir 
“quş dili”dir. “Quş dili” Tanrı ilə insan arasında gizli 
ünsiyyət  dilidir;  o  dili  öyrəndikcə  Tanrıya,  yoxdan 
vara doğru yol gedirsən".
24
 
Beləcə, vahid Allah, vahid insan, vahid din arzu-
sunda olan SafAğ – ən təmiz adamı dərk edə bilmir. 
Muğannanın  insanlara  çatdırmaq  istədiyi  yeganə  və 
əsas fikir Tanrı birdirsə, onun dini də, dili də bir ol-
malıdır. Hüseyn Cavid də bunu " Din bir olsaydı yer 
üzündə  əgər,  Daha  məsud  olurdu  cinsi  bəşər" 
25
,  – 
deyə ifadə edirdi. 
"İdeal"  əsərində  dinlərin  dünyanı  ilahi  ədalətə 
yox, münaqişəyə, düşmənçiliyə sövq etdiyini vurğu-
                                                 
23
 Şəmil Sadiq, Odərlər romanı. Bakı: Hədəf nəşrləri, 2013, s 88. 
24
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 55. 
25
 Hüseyn Cavid. Seçilmiş əsərləri II cild. “Şeyx Sənan” pyesi. Bakı: Elm. s 
255. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə