Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə19/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   15   16   17   18   19   20   21   22   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
70 
yaradıcılığında  "Siyavuş"  pyesində  xəyanətkar  ada-
mı  müəyyənləşdirmək  üçün  odun  üstündən  keçmə 
səhnəsi  yaradılır.  Südabənin  şərinə  düşmüş  Siyavuş 
da  bunu  təbii  qəbul  edir.  Münəccim  isə  saflaşmanın 
sadəcə yanmaqla mümkün olduğunu deyir. 
Əmr ediniz atəş yaxılsın həmən; 
Keçsinlər üstündən, diqqət eyləriz
Yanan suçlu olar, yanmayan təmiz. 
Əsərin bir çox məqamında dünyanın xilasını, in-
sanlığın  saflaşmasını  elm  və  eşqdə  görən  müəllifin 
yanaşması sufizm təlimindən gələn motivdir. 
"Şeyx  Sənan"  əsərində  də  Şeyx  Sənan:  "Kim  ki 
eşq  atəşi  ilə  oldu  hədər,  onu  yandırmaz  böylə  atəş-
lər"  –  deyərək  atəşin  müqəddəsliyinə  işarə  edir.  Bü-
tün  bunlarla  bərabər,  yazıçının  fantaziyası  Odun 
məcaziliyini, Odun söz olduğunu və bu sözün bizim 
təsəvvür  edə  bilmədiyimiz  qədər  güclü  olduğunu, 
mayasında  həqiqət  işığının  gizləndiyini  açmağa  qa-
dir olduğunu görürük. 
Sərvinazın dilindən müəllif cəhənnəm haqqında-
kı düşüncələrini bu cür ifadə edir: – Güman eləyirsən 
ki,  keyfə  baxacaqsan?  Ay  yazıq,  bədbəxt  insan!  Biz 
axı  uzun-uzun  illər  bundan  əvvəl  gözəl  qızları  necə 
heyvancasına  zorladığını  göstərəcəyik  sənə!  Özü  də 
aramsız şəkildə! Gör nə hala düçəcəksən?! "Qıl" sözü 
Türklə  Qrekin  söz  qarışığındandır.  "Qıl"  "ki  Əl"dən 
azıb, "ki Əl" Od Əldən azıb, Od Əl, bilirsən, həqiqət 
əlidir.  "Qıl"  körpüdən  yox,  Həqiqət  Əli  EySarımızın 
dilinin mənasından – həqiqət körpüsündən keçə bil-
məyəcəksən!... 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
71 
Bünyad  bəyə  əməllərini  göstərərək  cəhənnəmi 
yaşadan  Səlim  onun  günahlarının  çoxluğundan  saf-
laşma imkanı olmadığını, murdar ruhunun yerdə çü-
rüməyə  məhkum  olduğunu  qeyd  edir  və  yerin 
halına acıyır: "Səni mən Mazandaran meşəsinə apar-
dım, ordan "İrəmə", sonra yerə... Saflıq dərsindən bir 
az faydalandın, əmma yenə də zorakı, vəhşi, murdar, 
təhrif  insanlığın  üstələdi,  qızların  öpüşlərini  bir-bi-
rindən  seçmədin,  "kəmər"  açmaq  ehtirasına  qatılıb 
ağlını itirdin. Bunun ardınca o zorakı təhrifliklə yırtı-
cılıq,  qatillik  arasında  məsafə  olmadığını  göstərdim: 
sənə qul kimi tabe olsa da, "verbovka" ya razılaşma-
yan, yəni vətənini, xalqını satmağı ölümdən betər sa-
yıb sənin it dizlərin altında qarın-bağırsağının dağıl-
mağını  ölümdən  betər  bilən  məzlum  Sərvini  qarın 
altına  basmağını  göstərdim,  Orduqozlunu  necə  so-
yuqqanlılıqla  öldürdüyünü  göstərdim.  Məmməd 
ağanın,  Omar  ağanın  beş  oğlunun,  Salahlı  Musanın, 
Salahlı İsmayılın ölümləri sənin Peterburqda dərsinə, 
casusluğuna  bağlandı,  casusluğun  saysız-hesabsız 
insan qanından Bünyad bəy adında vəhşi heyvan ya-
ratdı. 
Yer indi Bünyadların pəncəsi altında yanır, qana 
batır, suya batır." 
Əsər  boyu  nə  qədər  dini,  mifoloji  qatlara  enilsə 
də, romanın ana xəttində milli sevgi və vətən məhəb-
bəti möhkəm şəkildə özünü qoruyur. Millət düşmən-
lərinin ümumiləşdirilmiş tipi olan Bünyad Bəyin cə-
hənnəmə  getmə  səbəbləri  şər  qüvvələrə  –  türk-
Azərbaycan  düşmənlərinə  etdiyi  sədaqətli  xidməti 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
72 
və bu yolda törətdiyi cinayətlər olmuşdu. Türk təfək-
kürünün  məhsulu  olan  sufi  düşüncəsi  ilə  hadisələrə 
yanaşan Muğanna sanki milli cəhənnəm yaratmışdır. 
Cənnət  kimi  cəhənnəmdə  həqiqi  elmdən,  haqq  yo-
lundan  azmış  insanı  sirli  sözlərlə  yandırmış,  saflaş-
dırmağa cəhd etmişdir. 
 
*** 
"Cəhənnəm"  romanı  fantastika  janrının  da  ədə-
biyyatımız üçün maraqlı nümunələrindəndir. Roma-
nın  növləri  baxımından  yanaşsaq,  tarixi-fəlsəfi  ro-
man  adını  da  vermək  mümkündür.  Çünki  əsərdə 
Azərbaycanın  cənublu,  şimallı  tarixi  taleyi  üzərində 
qurulan süjet, daha çox müəllifin təxəyülünün sayə-
sində  genişlənib.  Müəllifin  təqdim  etdiyi  faktlar, 
ümumiləşdirilmiş Bünyad, Səməd, Musa, xalq obrazı 
Muğannalar və onların tarixi keçmişi həqiqətləri əsə-
rin  tarixi  roman  janrına  yaxınlığını  göstərir.  Lakin 
əsərdə Səməd Əmirlinin, Qumralın, Sərvinazın, Mu-
sanın  bəşər  övladı  və  Tanrı  kultuna  özünəməxsus 
münasibəti,  Cəhhənnəm  və  Cənnət  kimi  fəlsəfi  bir 
ideyanın  problematikası  əsərə  fəlsəfi  bir  roman  ab-
havası gətirir. 
Əsərdə  insanın  işıqdan  ibarət  olduğu,  istənilən 
zaman yaddaşının götürülüb və ya sonra yerinə qo-
yulması, zaman və məkan anlayışlarının  insan üçün 
əlçatan olduğunu, öz əməllərinin o dünyada bir lent 
kimi  ona  göstərilməsi,  Ay  planeti  haqqındakı  müla-
hizələr,  hadisələrin  üç  zaman  kəsiyində  oxucunu 
yorğa  yerişlərlə  gəzdirməsi,  fantastikanın  mahiy-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
73 
yətinə  uyğun  oxucunu  elmi  informasiyalarla  savad-
landırması  əsərin  fantastik  bir  janr  olduğunu  göstə-
rir.  Klassik  romanlardakı  keçmiş,  indi  və  gələcək 
zamanlar  bir  xronoloji  ardıcıllıqla  axıb  getdiyi  təq-
dirdə, modernist və postmodernist romanlarda sadə-
cə yaşanan zaman var. Yazıçı vəziyyətə görə zaman-
la oynayır, istədiyi zaman haşiyə çıxaraq istədiyi za-
mana  gedib-gəlmələr  edir.  Və  zamanla  psixoloji 
oyun qurur. Cəhənnəm əsərində də Azərbaycan mo-
dernist  romanının  yaradıcılarından  sayılan  İsa  Mu-
ğanna  hadisələrdə  zaman  məhfumunu  öz  istəyinə 
uyğun qurur və qəhrəmanın – Səməd Əmirlinin ide-
yasını, konsepsiyını təqdim edir. Yol ayrıcından bir-
başa  sorğu  mərkəzinə,  saflaşdırma  məkanına  apa-
rılan Bünyad bəyin ölümü, dirimi, cənətdəmi, cəhən-
nəmdəmi  olduğunu,  Səməd  Əmirlinin  ruhununmu 
Bünyad  bəyin  yaşadığı  dünyaya  gəldiyimi,  Bünyad 
bəyin  ruhununmu  onların  yanına  getdiyimi  tam  ar-
dıcıllıqla  təqdim  edilmiş  və  zaman  içində  zaman 
pəncərəsi  açıb  dünənə-bugünə  var-gəl  edən  yazıçı 
oxucunun beynində sanki psixoloji bir dram yaradır. 
Təsadüfi  deyil  ki,  müəllif  əsərin  daxili  başlıqla-
rını  "Fantastikasız  fantastika"  və  ya  "yenə  fantasti-
kasız  fantastika"  adlandırır.  Müəllif  "Fantastikasız 
fantastika"  dedikdə  yazdıqlarının  təxəyülün  məhsu-
lu  yox,  bir  həqiqət  olduğunu  göstərmək  üçün  çaba 
göstərir.  Türkiyəli  ədəbiyyatşünas  Turğay  Gülərin 
fikrincə, olmayanı xəyal etmək çox çətindir, lakin xə-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə