Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
63 
O da vəzifəsini yerinə yetirəcək, acıların ən böyüyü-
nü verəcəkdir. 
Göründüyü  kimi,  cəhənnəm  və  cənnət  anlayış-
larının yozumları dini xadimlərin şərhində bir-birinə 
çox  yaxın  və  ya  eynidir.  Bu  isə  din  xofu  altında  in-
sanların  idarəçiliyinin  həmişə  əldə  saxlanılmasına 
xidmət edir. Hikmət Babaoğlunun bu mövzudakı ya-
naşması  maraqlıdır:  "Dinin  elmi  və  obyektiv  əsas-
larda  öyrənilməməsi  isə  dindən  başqa  məqsədlər 
üçün  istifadə  etmək  istəyən  ayrı-ayrı  siyasi-ideoloji 
mərkəzlərin fəaliyyətini asanlaşdırır. Elə buradan da 
missionerlik  məsələsi  ortaya  çıxır.  Qeyd  etmək  la-
zımdır  ki,  missioner  anlayışı  latın  dilindəki  "missio" 
sözündən  götürülüb,  mənası  "vəzifə",  "səlahiyyət" 
deməkdir.  Bu  və  ya  digər  cəmiyyətdə  və  ya  dövlət 
içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət 
göstərən  ayrı-ayrı  ideoloji  və  siyasi  mərkəzlər  məhz 
fərdlərin  dinə  bu  həssas  münasibətindən  yararlana-
raq onlardan ibarət özünəməxsus sosial baza forma-
laşdırır. "Din  xadimlərinin  bu  yanaşmalarını  dərk 
edən  və  dərk  etmə  yolunda  Nəimi,  Nəsimi  yolunu 
seçən  insanların  həqiqi  dinin  –  elmin  nə  olduğu 
yöndəki  araşdırmaları  təbii  və  doğrudur.  Türkiyə 
Cümhuriyyətinin  qurucusu  Atatürk  də  bir  növ  gü-
nümüzə gəlib çatan İslamın formasını və mahiyyəti-
ni dəyişdiyi qənaətində idi: "Müsəlmanlıq əslində ən 
geniş  mənası  ilə  modern  bir  dindir.  Ərəblər  onu  öz 
qavramlarına görə anlamış və tətbiq etmişlər." 
Haqqında danışdığımız əsər də din əbası altında 
gizlənən  mövhumatı  rədd  edir  və  Tanrının,  Yara-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
64 
dıcının  –  hər  kəsdən  uca  olanın  bunları  edə  bilmə-
yəcəyi  düşüncəsi  qayəsini  daşıyır.  Çünki  insan  o 
dünyaya bizim bu gün daşıdığımız bədəni ilə getmir 
ən azından. Cismin məhv olduğunu görürük, amma 
ruhun  yox.  Deməli,  əgər  axirət  dünyası  varsa  belə, 
lap cəhənnəm və cənnət deyilən iki şöbəyə bölünüb-
sə,  onda  insanın  sadəcə  işığı,  ƏrAğı-ruhu  gedəcək 
ora.  Və  əgər  ruhu  gedəcəksə  o  axirət  deyilən  məka-
na, deməli, ruhu yandırmaq mümkün deyil. Əlbəttə 
ki, ruh bizim təsəvvür etdiyimiz kimidirsə. 
Yunus Əmrənin söylədiyi ehtimal edilən "Cəhən-
nəmdə  od  yoxdur,  hər  kəs  öz  odunu  bu  dünyadan 
aparar" fikri demək olar ki, "Cəhənnəm" romanınının 
ideyasını  ifadə  edən  ən  tutarlı  cümlədir.  müəllif 
özünü  islam  alimi  hesab  edən  və  min  illərdir  ki, 
insanları  müxtəlif  qorxulu  macəralarla  həqiqətdən 
uzaqlaşdıranların  təhrif  olduğunu  vurğulamaq  istə-
mişdir.  Bu  cür  yanaşdıqda,  İsa  Muğannanın  təhrif 
adlandırdığı dünyanın hələ də təhrif girdabında bo-
ğulduğunu görürük. 
Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm 
anlayışı  və  mahiyyəti  ilə  tanış  olur.  Müəllifə  görə, 
Quranda  haqqında  danışılan,  təfsirlərdə  izahı  veril-
məyə çalışılan cəhənnəm odu heç də təqdim edildiyi 
kimi  deyil.  Bizim  başa  düşdüyümüz  kimi  tonqal 
qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib 
odda yandırmaq sadəcə təhrifdir. Çünki ideal heç bir 
zaman materiya ola bilməz. İnsan sözdür, insan işıq-
dır,  insan  vicdandır.  Onu  yandırsa,  yandırsa  vicdan 
əzabı  yandırar.  Yuxarıda  deyilənlər  isə  sadəcə  cahil 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
65 
insanı  qandırmaq,  bəlkə  də,  başa  salıb  qorxutmaq 
üçün işə yaraya bilər. 
– "Əksinə, bəy! OdÜn – həqiqət səsi cəhənnəmdə 
cənnət yaradır. Qəbahətini eşitdikcə, öz hərəkətlərini 
qarşındaca  gördükcə  yavaş-yavaş  yüngüllük  hiss 
edəcəksən. Nədən olur o yüngüllük? Sadəcə qatı qa-
nın yuyulur, canında qan dövriyyəsi normallaşır, hü-
ceyrələri sağlamlaşdırır".
40
 
Bu  sözləri  113  yaşlı  milli  mənliyini  satmış, 
"çekist"lərə xidmət etmiş, bu xidməti yolunda öz sev-
gililərini  belə  zorlamaqdan,  əzab  verməkdən,  öz  ca-
susuna  çevirməkdən  yayınmayan,  Cavidin  "İblis" 
əsərindəki  iblis  kimi  dondan  dona  girən  Bünyad 
bəyə  onun  öz  əlləri  ilə  boğub  öldürdüyü  keçmiş  ar-
vadı  Sərvinaz  deyir.  Bu  səhnə  İblisin  tapşırığı  ilə 
Arifin  öz  arvadı  Xavəri  öldürməsi  ilə  eynilik  təşkil 
edir. 
Müəllifə  görə,  cəhənnəm  və  ya  cənnət  olduğu 
tam  məlum  olmayan  bu  məkanda  insanlar  yanaraq 
saflaşır  və  yenidən  yerə  göndərilir.  Bünyad  bəyin 
etdikləri gözünün qarşısına gətirildikcə onun vicdanı 
sızlayırdı.  –  "İlahi,  özün  kömək  ol  mənə!  Cənnətdi, 
cəhənnəmdi,  nə  möcüzədi  bu?!  Deyə  hayqıran,  vic-
dan  əzabında  yanıb  qovrulan  Bünyad  bəyə  Sərvi-
naz:  –  Biləcəksən,  Bəy.  Səbirlə,  dəyanətlə  dinlə 
OdÜnü  –həqiqət  səsini!  Biz  odda  yana-yana  gözəl-
ləşmişik  burda.  Sən  də  yanmalısan  burda,  Bəy!"  – 
deyir. 
                                                 
40
 İsa Muğanna, Cəhənnəm, Bakı: Hədəf nəşrləri, 2013, s 5. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
66 
Bu  gün  də  daha  çox  qabardılan  məsələ  axirət 
dünyasının  sadəcə  iki  yolu:  cəhənnəm  və  cənnət  ol-
duğunu  hamımız  bilirik.  Lakin  misir  mifologiya-
sında  olduğu  kimi,  "Quran"da  da  bu  yolun  iki  yox, 
üç olduğu qeyd edilir. "Məryəm" surəsinin 71-ci ayə-
si  fikrimizin  isbatıdır:  "Cənnətliklər  cəhənnəm  odu-
nun  içindən yanmadan, sağ-salamat keçəcək, cəhən-
nəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaq-
lar. Bir qism  insan da  müəyyən müddət orada qalıb 
günahı təmizlənəcək, sonra cənnətə qayıdacaqdır". 
Bu  fikirlərdən  görünür  ki,  İsa  Muğanna  din  və 
Allah  tacirlərinin  ədalətli  deyib,  amma  əzazil  kimi 
göstərdiyi  Tanrını  daha  ədalətli  təqdim  edir.  Hətta 
onun  cəhənnəmi  və  cəhənnəm  əzabı  vicdan  əzabı 
olsa  belə,  "Quran"dakı  kimi  əbədi  deyil.  İnsanlara 
axirətdə  də  haqq  və  ədaləti  göstərərək  onları  saflaş-
dırır,  yaratdığını  eybəcərliklərdən  xilas  edir.  Bu,  İsa 
Muğanna düşüncəsinin təhrifsiz təqdim etdiyi dindir 
ki, mayasında humanizm var. İsa Muğanna təhrif de-
yə  car  çəkdikdə,  bəlkə  də,  "Məryəm"  surəsinin  27-ci 
ayəsindəki kimi mətləbləri diqqətə çatdırmaq istəyir. 
Çünki  öldükdən  sonrakı  həyatın  sadəcə  iki  tərəfini 
yox,  üçüncü  bir  tərəfin  də  olduğunu  görürük  bu 
ayədən. İsa Muğanna yaradıcılığına dərindən diqqət 
yetirəndə görürük ki, onun yozumları ya birbaşa Qu-
randakı  müəyyən  ayələrlə  üst-üstə  düşür  və  həmin 
fikirlərin  möhkəmlənməsinə  xidmət  edir,  ya  da  ta-
mamilə əksinə gedərək yeni baxışla yanaşıb öz kon-
sepsiyasını  ortalığa  qoyur.  Amma  çox  önəmli  məsə-
lədir ki, Muğanna bütün bunları bədii əsərlərində və 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə