Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
67 
ehtiyyatla təqdim edir. Əgər İsa Muğanna Ün eşidə-
rək  "İdeal"  və  ondan  sonra  yazdığı  əsərləri  tarixi 
araşdırma  əsərləri  kimi,  açıq-açığına  yeni  düşüncə 
sisteminin  yaradıldığını  elan  edərək  fəlsəfi  kitablar 
kimi  təqdim  etsə  idi,  indi  hər  kəsin  bu  əsərlərə  mü-
nasibət bildirməsi bir az asan olardı. Muğanna əsər-
lərini bədii əsər kimi təqdim etdi, amma bu fikirlərin 
qaynağı olduğuna inandı və inandırmağa çalışdı. Bu 
baxımdan türkiyəli araşdırmaçı alim Arif Təkin sanki 
İsa Muğannanın "din təhrifdir" fikrini tarixi faktlarla 
isbatlamağa çalışır və "Quranın Kökəni" əsərində gə-
tirdiyi  dəlillər  insanı  inandırmaya  bilmir.  Həmin 
kitabın  müqədimməsində  verilən  aşağıdakı  kiçik 
parça  sanki  İsa  Muğanna  yaradıcılığının  göstərmək 
istədiyi  ideya  idi.  "Madam  ki,  İslam  dini  Allahdan 
gələn ən mükəmməl sistemdir, o halda ona bağlanan 
insanların hər baxımdan huzur içində və daha yaxşı 
yerlərdə olmaları lazım idi".
41
  
Professor  Tahirə  Məmmədin  "Muğannanın  Ünü 
və  “GurÜn”ü"  məqaləsində  təhrif  anlayışına  müna-
sibəti də bu baxımdan çox maraqlıdır: "Gerçək bilik-
lərimiz,  qəbul  etdiklərimizlə  yanaşsaq  bir  çox  məsə-
lələrdə, xüsusən dinə aid təhrifləri düzəltmə cəhdin-
də – ƏlAğ – Allah, BağOdMən – Məhəmməd, EySar-
İsa,  GurÜn-Quran  yozumlarında,  onların  muğ  ka-
hinləri  ilə  yan-yana  qoyulmasında  yazıçı  ilə  razılaş-
maq  çətindir.  Ancaq  əməlin  və  məqsədin  gözəlliyi 
yazıçını adı çəkilən müqəddəslərin idealından uzaq-
laşdırmır,  əksinə,  onların  yolunu,  izini  davam  etdi-
                                                 
41
 Arif Tekin. Kuranın kökəni. Berfin yayınları, İstanbul: 2013, s 6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
68 
rən  kimi  qəbul  edirik  Muğannanı.  Nəsimi,  Yunus 
Əmrə,  Seyid  Əzim  qədər  onu  da  anlamağa  çalışırıq 
və amalından, tənbehlərindən dərs alırıq".
42
 
Akademik  İsa  Həbibbəyli  İsa  Muğannanın  təq-
dim  etdiyi  konsepsiyaya  obyektiv  movqedən  baxa-
raq müəllifin təhrif deyə təqdim etdiyi dünyanın sa-
dəcə İsa Muğannaya aid olduğunu qeyd edir: 
"İdeal" romanı çap olunduqdan sonrakı şəxsi hə-
yatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov özünün 
bu əsərlərində inandığı və sanki hətta yaşadığı dün-
yanı təqdim etmişdir. "İdeal"da və sonrakı əsərlərin-
də  İsa  Hüseynovun  inanaraq  formalaşdırdığı  SafAğ 
dünyası ədəbiyyat üçün utopiya kimi görünsə də, İsa 
Hüseynov  üçün  gerçəkliyin  ifadəsidir.  Əgər  bu  fəl-
səfə  "İdeal"la  bitmiş  olsaydı,  onda  SafAğ  yolu  İsa 
Hüseynovun  yaradıcılığında  keçici  bir  ovqat,  yaxud 
keçid  dövrü  romanı  kimi  qəbul  etmək  olardı.  Lakin 
yazıçının  bundan  sonra  yazdığı  "Qəbiristan",  "Cə-
hənnəm"  "GurÜn"  "İsahəq,  Müsahəq",  "İlan  dərəsi" 
kimi əsərlərində "İdeal"-da təqdim olunan dünyanın 
da  sistemləşdirdiyinin,  dərinləşdirildiyinin  şahidi 
olduqdan sonra bütün bunlara İsa Muğanna dünyası 
kimi baxmaqdan başqa yol qalmır.
43
 
Əsərdə  maraqlı  məqamlardan  biri  də  Bünyadın 
ətrafında  gördüyü  qızların-hurilərin  (əslində  bu  hu-
rilər  onun  yerdə  zorladığı,  aldatdığı  qızlar  idi)  onu 
öpməsi  səhnəsidir.  Bu  öpüşlərdən  birindən  sonra 
Klara  ilə  Bünyad  bəy  arasında  belə  bir  dialoq  olur: 
                                                 
42
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 7. 
43
 Arif Tekin. Kuranın Kökeni. İstanbul: Berfin Yayınları,2013, s 6.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
69 
Əziz  dostun  Rahibin  sevgilisi  Klaranın  öpüşü  şirin-
dimi?!  OdÜnüm  yandırırmı,  bəy?!  İrəli  bax!  Klaranı 
necə öldürdüyünü görürmü kor gözlərin?! 
Bünyad bəy mızıldanıb: 
– Qurtar bu oyunu! Qurtar! Qurtar, – dedi. 
Sərvinaz eyni sakitliklə başını buladı: 
– Mümkün deyil, bəy. Cəhənnəmdə hər günahın 
min,  milyon  dəfə  fəzada  təkrar  olunacaq  ki,  bətnin 
saflaşsın. 
Əslində  Bünyad  bəy  Klaranın  vüsalına  çatmaq 
üçün  kəmərini  açmalı  idi.  O,  buranı  cənnət  hesab 
edirdi.  Çünki  onun  düşündüyü  qır  qazanından,  qıl 
körpüsündən  əsər-əlamət  yox  idi.  Ətrafında  gözəl 
qızlar,  bolluca  yemək  və  şərab  var  idi.  Və  ona  o 
qızlardan hansı ilə istəsə, yata biləcəyi söylənilmişdi. 
Lakin  onların  öpüşü  zəhərli  söz,  saflaşdırma  iksiri 
idi.  Yaranın  üstünə  tökülən  kislota  kimi.  Əməlləri 
ona  göstərildikcə,  söyləndikcə  o  əriyir,  yanır,  qov-
rulur  və  belə  saflaşır.  Cəhənnəmə  verilən  bu  ədəbi 
yozum,  əlbəttə  ki,  qədim  türk  təfəkküründən  gəlir. 
Çünki  türklərin  oda  münasibəti  bir  çox  xalqlardan 
daha fərqlidir. Onların odla saflaşma ənənələrinə biz 
həm  şifahi  xalq  ədəbiyyatı  nümunələrində,  həm  də 
yazılı ədəbiyyatımızda rast gələ bilirik. Koroğlu das-
tanında İşığın Qıratın qanadlarını yandırması Rövşə-
nin  etdiyi  yanlışın  nəticəsi  idi.  Və  işıq  Rövşənə  bir 
dərs vermiş olur, səbr və dözümlü olmağa işarə edir. 
"Əsli  və  Kərəm"  dastanında  millətin  qoyduğu  qada-
ğaları pozmaq istəyən Kərəmin alışıb yanması da bir 
növ  odun  müqəddəsliyinə  işarə  idi.  Hüseyn  Cavid 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə