Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə16/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
59 
də  daima  əzaba  salmaq  hansı  vicdansız  yaradıcıya 
lazım  olub?"  kimi  cümlə  ilə  başlamaq  intellektual 
oxucunun  diqqətini  cəlb  etmək  üçün  ən  yaxşı  moti-
vasiyadır. Bunu oxuyan və bəşəriyyətin halına bələd 
olan  oxucu  əsəri  acgözlüklə  qarşılayır.  Əgər  bu  ifa-
dəni  oxuyan  dindar  oxucudursa,  onun  da  diqqətini 
çəkir. Lakin həmin oxucu bəsirət gözünü bağlayıbsa, 
həyata  yalnız  bir  pəncərədən  baxırsa,  o  zaman  əsər 
də, müəllif də elə həmin andan onun üçün bitmişdir. 
Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan 
mütaliəli  olmağı,  şərq  və  qərb  fəlsəfəsini,  tarixini 
yaxşı bilməyi, siyasi prosesləri analiz etmə bacarığını 
tələb edir. 
Əsərin  ilk  səhifəsində  yaradılan  bədii  ziddiyyət 
oxucuda çaşqınlıq yaradır. Çünki verilmiş iki cümlə-
lik fikirdən sonra əminliklə "Var cəhənnəm", – deyir. 
Bu  ifadə  o  qədər  inandırıcı  səslənir  ki,  cəhənnəmin 
varlığına  şübhə  qalmır.  Üstəlik  müəllif  ənənəsinə 
sadiq  qalaraq  burda  da  öz  dilindən  danışır  və  ha-
disələri şahidlik yolu ilə izah edir. 
Bu dünyadan sonra başqa bir dünyanın olduğu-
nu  mifik  düşüncə  də,  bütün  dinlər  də  söyləməkdə-
dir. 
Və  beləcə,  oxucusuna  "fantastikasız  fantastika" 
deyə-deyə  gərgin,  düşündürücü,  beyni  şoka  salan 
fikirlərlə bir həzz yaşadır. Oxucu kitabı əlindən yerə 
qoyduğu zaman ağlından ilk keçən bu olur: görəsən, 
bunlar doğru ola bilərmi? Bu  isə yazıçının  məqsədi-
nə çatması, ideyasına inandırması deməkdir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
60 
"İsa  Muğannaya görə,  dünyanı  dəyişdirən  təhrif 
sözlərdir. Qoca Şərqin böyük müdriki Konfutsi dey-
irdi ki, sözlər (adlar) mənasını dəyişəndə insan azad-
lığını itirir".
36
 
Bəli, Muğannaya görə dünyanı dəyişdirən təhrif-
lərdir  və  o,  bir  ömür bu  təhrif  sözləri  yaratdığı  yeni 
bir  düşüncə  sisteminin  dili  ilə  izah  etməyə  və  ya 
çevirməyə  çalışıb  Lakin  "Cəhənnəm"  əsərində  müəl-
lif  sözlərin  yox,  uzun  illərdən  bəri  insan  şüuruna 
yeridilmiş "Cəhənnəm"in mahiyyətinin təhrifini san-
ki  oxucusuna  həzm  etdirir.  Oxucusuna  cəhənnəm 
əzabı  verməkdən  belə  çəkinmədən.  Nizami  Cəfərov 
İsa  Muğannanın  təhrif  anlayışına  bu  cür  qiymət 
verir:  Yaradıcılığının  ikinci  dövründə  İsa  Muğanna 
üsyankar bir ehtirasla  elan etdi ki, dünya təhrif olu-
nub!  Və  cəsarətlə  deyə  bilərəm  ki,  bu  "təhrif  (təhrif 
olunma)"  məfhumu  Azərbaycan  yazıçısının  dünya 
ədəbi bədii təfəkkürü miqyasına qalxan (dünya ədə-
biyyatını zənginləşdirən) böyük kəşflərindən biridir. 
Əsərin qəhrəmanı, "çekist", satqın, iblisin qulluq-
çusu  Bünyad  bəyə  verilən  cəhənnəm  əzabı,  onun 
yandırılaraq saflaşdırılması oxucunun nəfəsini kəsir, 
o həyəcanı qəhrəmanla birgə yaşayır. 
İsa  Muğanna  "İdeal"  əsərində  oda  olan  münasi-
bətini  bəyan  etmiş,  onu  "həqiqət"  adlandırmışdır. 
Türk mifologiyasına diqqət etsək, oda münasibət İs-
lam  dinindən  və  şərq  fəlsəfəsindən  tamamilə  fərqli-
dir.  Qədim  türk  xaqanlarının  yanına  gələn  elçilərin 
odun  arasından  keçirilməsi  və  ya  tullandırılması 
                                                 
36
 Rüstəm Kamal, İsa Muğanna: Ün və İşıq məqamı. (525.az. 14.10.13) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
61 
saflaşma əlaməti idi.  Od qədim türklərə görə ocağın 
(ev,  ailə)  ruhunu  özündə  ehtiva  edirdi.  Şamanizmə 
görə  də  hər  kəs  öz  odunun,  yəni  ocağının  ruhunu 
qorumalı idi. Odu sönmək, ruhun ölümü demək idi. 
İsa Muğannaya görə təhrif ayələr, təhrif fikirlər odun 
mahiyyətini dəyişib. 
Cəhənnəmə  "Quran"da  və  hədislərdə  münasibət 
demək  olar  ki,  eynidir.  "Ayələrimizi  inkar  edənləri 
oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, 
əzabı  (həmişə)  dadsınlar  deyə,  o  dəriləri  başqası  ilə 
əvəz edəcəyik".
37
 
Əbu  Hüreyrə  rəvayət  edirdi  ki,  o,  peyğəmbərin 
belə  dediyini  eşidib:  "Adəm  oğullarının  yandırdığı 
od,  cəhənnəm  odunun  yetmişdə  biri  qədərdir"  (Bu-
xarı, Müslim). 
Bir  dəfə  Kab  Ömər  ibn  əl-Xəttaba  deyib:  "Əgər 
Cəhənnəmin  qapıları  bu  dünyaya  heç  olmasa  ökü-
zün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdə-
ki adamın beyni qaynayıb tökülərdi". 
Peyğəmbər  (s.ə.v.)  həmçinin  deyib:  –  "Cəhən-
nəmin  Odunu  o  ağ  olana  kimi  min  il  qalayıblar, 
sonra  qırmızı  olana  kimi  daha  min  il  və  sonra  qara 
olana kimi daha min il yandırmışlar. O, zülmət gecə 
kimi qaradır" (ət-Tirmizi, İbn Macə). 
 
 
Uca  Allah  deyib:  "Günah  qazananlara  günah-
ları  qədər  cəza  verilər.  Onları  zillət  basar  (bürüyər). 
Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara 
bilməz.  Onların  üzü  sanki  gecənin  zülmət  parçaları 
                                                 
37
 Ziya Bünyadov, Vasim Məmmədəliyev. “Qurani Kərim” Bakı, 1997, s 56.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
62 
ilə  örtülmüşdür.  Onlar  cəhənnəmlikdirlər,  özləri  də 
orada əbədi qalacaqlar!"
38
  
Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə 
bilmir,  amma  hər  şeyi  udmağa  hazır  olan  bu  dün-
yanın  oduna  baxmaq  kifayət  edər.  Buna  görə  də 
mömin  əcdadlarımız  ona  baxdıqda  Allahdan  qorxu 
hissi keçiriblər. Uca Allah deyib: – "Bəs (yaş ağacdan) 
yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yara-
dan sizsiniz, yoxsa biz?! Biz onu (sizi cəhənnəm odu 
ilə  qorxutmaqdan  ötrü)  ibrət  dərsi  və  səhrada  olan 
müsafirlərin faydalanması üçün yaratdıq.
39
 
Özünü  dini  alim  elan  edən  Harun  Yəhya  isə 
cəhənnəm  xofunu  bir  az  da  artıraraq  belə  izah  edir: 
Cəhənnəm... Allahın “Qahhar” (qəhredici), “Cabbar” 
(istədiyini zorla etdirən), “Müntəqim” (intiqam alan) 
kimi  adlarının  sonsuza  qədər  təcəlli  edəcəyi  bu  yer 
insana hər tərəfdən acı vermək üçün xüsusi bir yara-
dılışla  yaradılmışdır.  Quran  ayələrində  cəhənnəm 
yaşayan  bir  canlı  kimi  təsvir  edilir.  Bu  canlı  inkar-
çılara qarşı qəzəb, nifrət, hirs və istəklə doludur. Ya-
radıldığı gündən bəri  səbirsizliklə Yaradıcısını  inkar 
edən kafirlərdən intiqam almağı gözləyir. Ayələrdən 
məlum  olduğunа  görə,  cəhənnəm  insana  dəlicəsinə 
susamışdır. Kafirlərə olan nifrətinə görə çılğına dön-
müşdür.  Yalançıları  gördüyü  zaman  qəzəbinin  şid-
dətindən parçalanacaq kimi olur. Bu atəşin  yaradılı-
şının tək məqsədi vardır - qəhredici bir əzab vermək. 
                                                 
38
 Ziya Bünyadov, Vasim Məmmədəliyev. “Qurani Kərim” Bakı, 1997, s 27. 
39
 Yenə orda, s 71-73
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə