Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
89 
tanlığa  çevrilmiş  beyinləri  SafAğ  işığı  ilə  işıqlan-
dırmağa  çalışdı.  Amma  bəzi  qəbiristanlıqlar  bunu 
dərk  edə  bilmədi.  İsa  Muğannanın  ağlını  itirdiyini 
söylədi  və  yazdı.  Düzdür,  İsa  Muğannanın  SafAğ 
elmi  haqqında  dedikləri  bir  insanın  asanlıqla  qəbul 
edə  biləcəyi  fikirlər  deyildi.  Bunun  üçün  gərək 
beynində SafAğ işığı olsun. Beynində bu işıq olanlar 
və  ya  bu  işığı  görmək  istəyənlər  onun  yazdıqlarını 
duya  və  ya  anlaya  bilərlər.  Hüseyn  Cavid  heç  də 
təsadüfən  "Şeyx  Sənan"  əsərində  Sənanın  və  Xuma-
rın əl-ələ tutub uçduğunu yalnız ruhu pak olanların 
gördüyünü  yazmamışdır.  O  pak  ruhları  –  SafAğ 
işıqlarını  yalnız  saflaşmışlar  görə  bilərdi.  Nəzərə 
alsaq ki, beyinlərimizin işığı sönüb, onda biz İsa Mu-
ğannanın  40  ilə  yaxın  bir  zamanda  SafAğ  elmi 
haqqında yazdıqlarını necə başa düşə bilərik? 
"İdeal"  romanındakı  "Qapalı  dünya",  "Eysar 
çarmıxda",  "Peyğəmbərin  möhürü"  kimi  hissələri  və 
ondan  sonra  bu  ideyanı  daha  da  dərinləşdirib 
"Cəhənnəm",  "Qəbiristanlıq",  "İsahəq,  Musahəq", 
"İlan  dərəsi  və  ya  peyğəmbərin  taleyi",  "Qırx  kisə 
qızıl"  kimi  əsərləri  ağlı  başında  olan  heç  kim  yaza 
bilməz. Çünki bu ağıl Göylərlə əlaqəyə girə bilmirsə, 
ordan qidalana bilmirsə, onları nə düşünə və qələmə 
ala  bilər,  nə  də  anlaya...  İnsan  Göylərlə  –  Yaradanla 
əlaqəyə girməyi və onu eşitməyi bacardığı bir zaman 
ağlı  –  SafAğ  işığı  başındakı  kəllə  sümüyündən  –  ət 
parçasından  uçub  yaradanla  əlaqəyə  girdiyi  zaman 
qeyri-iradi  fikirlər  söylər.  "Həyatımdan  səhifələr" 
oçerikini  vərəqlədikcə  görürük ki,  İsa  Muğanna  ağlı 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
90 
başından çıxıb Göyləri gəzən və eşidən bir OdƏrdir... 
*** 
İsa  Muğannanı  tarixi  keçmişimiz,  insanın  ya-
radılışı, mifik düşüncələr maraqlandırsa da, o çağdaş 
cəmiyyətimizdə  gedən  proseslərə  heç  bir  zaman 
biganə qalmamışdı. 85 yaşlı yazıçı iki eynəyi üst-üstə 
geyərək,  böyük  bir  lampa  işığında  oxuyub-yaz-
masına  baxmayaraq,  milli  taleyimizə  təhlükə  olan 
bütün  məsələləri  izləyir,  öz  analitik  düşüncələrini 
istər  müsahibələrində,  istərsə  son  yazdığı  povest  və 
romanlarında  ürək  ağrısı  ilə  qələmə  alırdı.  İsa 
Muğanna Yerlə Göyün əlaqəsindən danışır, qədimdə 
yerdə  olanların  xəbərini  Göylərdən  aldığını  deyirdi. 
Orxan  Fikrətoğlunun  "Ölü  mətn"  romanında  deyil-
diyi  kimi  "Hələ  Göydən  səs,  mələk,  fikir  və  adam 
gəlməkdədir.  Qeybdən  xəbər  eşidənlər  var.  Bizim 
elin  kahininə  Dədə  deyirlər.  O,  bizim  mətnimizi 
yazır."  Bu  ifadələr  sanki  İsa  Muğannanı  ifadə  edir. 
Hətta  Orxan  Fikrətoğlunun  Cəlil  Məmmədqulu-
zadəyə ruhən bağlılığı göstərir ki, özünü Cəlil ədəbi 
məktəbinin  yetirməsi  hesab  edən  Muğanna  yara-
dıcılığının  ikinci  mərhələsi  –  magik  realizmi  Orxan 
Fikrət  oğluna  da  təsir  etmişdir.  Bu  baxımdan  "Ölü 
mətn"də adı demək olar, keçən təhrifsiz Dədə elə İsa 
Muğannanın prototipidir. 
Yaranışının  tarixi  və  səbəbləri  bilinməyən  ermə-
ni-türk düşmənçiliyi mövzusunda hələ "Cəhənnəm", 
"Qəbiristan"  romanlarında  yazmış  yazıçı  "Qırx  kisə 
qızıl" və "Söz yarası" povestlərində bu mövzuya yenə 
toxunmuş,  düşmənin  fitnəkarlığını  bir  daha  göstər-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
91 
məyə çalışmışdır. 
İsa  Muğanna  "İdeal"  romanında  qoyduğu  bir 
ideyanı  –  xalqların  vahid  kökü  və  vahid  dili  ide-
yasını  "Qırx  kisə  qızıl"  povestində  çox  anlaşıqlı  bir 
dillə qələmə almışdır. Öz prinsiplərindən vaz keçmə-
yən,  bəşərin  taleyi  düşüncəsinin  carçısı  olan  filosof-
yazıçı  bu  əsərində  SafAğ  elmini  başa  düşməyənlərə 
müəllimlik  etməyi  qarşısına  məqsəd  qoymuşdur. 
Düzdür,  müəllifin  bu  müəllimliyi,  ustadlığı  bütün 
əsərlərində  var,  amma  bu  əsərdə  ustad  sənətkar 
sanki dediklərinin dərin mənasını anlamayan şagird-
lərinə  bütün  bu  mətləbləri  daha  asan,  daha  sadə  və 
bir  az  da  onun  ruhuna  daha  yaxın  olan  əhvalatlarla 
yoğuraraq çatdırmışdır. 
"Qırx  kisə  qızıl"  povesti  bir  gəncin  –  Zahidin 
dilindən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale 
kitabı  əsərin  baş  qəhrəmanı  Zahid  və  Nəsibənin  saf 
sevgisinin  təqdimi  ilə  gərilmiş  fikirləri  sanki  sığal-
layır,  oxşayır.  Amma  bu  şirin  sevgi  nəğməsi  bir  hə-
yat fəlsəfəsini özündə daşıyır. 
Əsərdə  erməninin  dilindən  danışılan  "Aşıq 
Qərib"  dastanının  əsli,  sözsüz  ki,  rəmzi  mənadadır. 
Bütün  tarixçilərin  gəldiyi  bir  qənaət  var:  bütün  in-
sanlığın və türkün qədim tarixi bu gün gizli qüvvələr 
tərəfindən  gizlədilir  və  ya  təhrif  edilmiş  formada 
bizə təqdim edilir. İsa Muğanna da "Aşıq Qərib" das-
tanının  əsl  variantını  bu  əsərdə  təqdim  etməklə, 
tarixi  şəxsiyyət  olan  Məmmədhüseyn  Təhmasibi  bir 
obraz  kimi  təsvir  etməklə,  hətta  Məhəmmədhüseyn 
Təhmasibi  bu  dastanın  əsl  variantını  nəşr  etdirmə-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
92 
məkdə  günahlandırmaqla,  Ermənistandakı  gizli 
"Matenadaran"  kitabxanası  haqqında  "Matenadaran 
əməkdaşı"  Karens  Karapetyanın  dilindən  danış-
maqla,  Mircəfər  Bağırovun  anti-millət  fəaliyyətini 
təqdim  etməklə,  Göyçə  mahalının  ermənilərə  necə 
verilməsini,  insanların  necə  köçürülməsini  göstər-
məklə  türk  dünyasını  öz  tarixini  araşdırmağa,  düz-
gün kimliyini bilməyə səsləyir. Tarixi  əsərləri özünə 
mövzu  seçən  bədii  əsərlərin  bir  funksiyası  da  bu 
olmadır, bizcə. 
Yazıçının bir çox  əsəri kimi, "Qırx kisə qızıl"ı da 
vərəqlədikcə  sanki  tarixi  bir  əsər  oxuduğunu,  bitir-
dikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin 
də  tarixi  əsər  olduğunu  düşünürsən.  Çünki  bədii 
ədəbiyyat  olmasına  baxmayaraq,  o  qədər  inandırıcı 
bir  dil,  fakt  var  ki,  dəhşətə  gəlirsən.  Bəlkə  də,  İsa 
Muğannanın  yazdıqları  bir  tarixdir  və  oxucuların 
dəli olmaması üçün adını bədii ədəbiyyat qoyub. Axı 
nə  qədər  də  olmasa,  bədii  ədəbiyyat  təxəyyülün 
məhsulu kimi qəbul edilir. Amma biz dünya ədəbiy-
yatından  da  görmüşük  ki,  bu  gün  dünyanı  heyrətə 
gətirən  texnikaların:  yeraltı  gəmilərin,  vertolyotların 
nəzəriyyəsi  elə  ilk  dəfə  bədii  əsərlərin  müəllifi  Jül 
Vernin  bədii  əsərlərində  verilmişdir.  Sonralar  isə 
alimlər  bu  fantastik  fikirlərdən  bəhrələnərək  yeni 
ixtiralar  etdilər  və  bu  ixtisarlar  bu  gün  həyatımızın 
əsas amilinə çevrildi. Jül Vern deyirdi ki, bir adamın 
xəyal edəcəyini başqasının reallaşdırması çətin deyil. 
Bəli, bu gün, bəlkə də, bizlərə xəyal kimi görünən İsa 
Muğanna  ideyaları,  açılmamış  gizli  mətləblər,  gizli 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə