Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə32/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
116 
duğunu  göstərməsi,  Nizamini  Əlincə  qalası  ilə  əla-
qələndirməsi, Naxçıvan və Gəncə şəhərlərindəki Sufi 
elminin  bağlantılarından,  onun  mədrəsədə  dərs  al-
masından  danışması  müəllifin  yozumu  kimi  qəbul 
edilə bilər. Lakin tarixilikdən də uzaq deyil bu fikir-
lər.  Vüqar  Zifəroğlunun  “Azərbaycanda  doğan  500 
illik işıq – Əxilik” məqaləsində gətirdiyi faktlar və 
Bertels,  A.Y.Krımski,  M.Ə.Rəsulzadə  kimi  tədqi-
qatçıların  fikirlərinə  söykənməsi  Muğanna  təxəy-
yülünün  zənginliyindəki  tarixilikdən  xəbər  ve-
rir.“Bertels  Nizaminin  əxi  sufi  təriqətinə  –  zalım  hökm-
darlara qarşı mübarizə edən “əmək cəngavərlərinin” gizli 
sex  cəmiyyətinə  mənsub  olduğunu  yazırdı.  A.Y.Krımski 
də  hesab  edir  ki,  Nizami  hələ  gənc  yaşlarından  əxi  sekta-
sına  (fütüvvət  ordeninə)  qoşulub.  M.Ə.Rəsulzadə  də  Ni-
zaminin  əsərlərində  əxiliklə  bağlı  çoxlu  motivlərin  oldu-
ğunu  bildirir:  “Yalnız  “Xəmsə”nin  ədəbi  təşbehləri  ara-
sında  “əxiliyi”  andıran  fikirlərə  deyil,  əsnaf  cəmiyyətləri 
arasında  yayılmış  və  onları  birləşdirən  “əxi”  ideologiya-
sında  da  Nizami  fikirlərinə  uyğun  ideyalara  rast  gəlirik. 
“Fütüvvətnamə”lərdəki  əxlaq  normaları  ilə  Nizamidəki 
əxlaqi  beytləri  qarşılaşdırsaq,  ibrətamiz  nəticələrə  gələ 
bilərik”. (http\\www.rasulzade.org, 25.01.2017) 
Qətiyyətlə deyə bilərik ki, dahi şairimizin “Sirlər 
Xəzinəsi”,  ümumiyyətlə,  əxi  kodeksləri  və  rəvayət-
ləri ilə tam şəkildə kodlaşdırılmış olan bir  ədəbi nü-
munə hesab edilə bilər”.
73
 
                                                 
73
 Vüqar Zifəroğlu “Azərbaycan Milli Kimliyi. Azərbaycanda doğan 500 illik 
işıq-Əxilik, Bakı: Elm və Təhsil, 2014, s 260. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
117 
Müəllif Əxiliklə şiəliyi eyniləşdirməməyi, tamam 
fərqli  ideyalar  olduğunu  deyir.  Əxi  elminin  davam-
çısı  Şeyx  Nizaminin  “Mənim  TəkEyimi  Şiə  iqamət-
gahına  çeviriblər.  Səhərdən  axşama  qədər  fars  zəv-
varlarına  dönə-dönə  moizə  oxuyuram  ki,  İmam 
Əlinin  əli  deyil  o  Əl,  ƏlEydir  -  Uca  Əldir.  “Ələm” 
ağacı  deyil,  Əlimdir.  Qanan  yoxdur.  Şiə  sayırlar 
məni.  Əxidən  ayrı  –  Şiə”  üsyanına  bu  cür  cavab  ve-
rir:  “Ey  oğul,  indicə  qışqırdın  ki,  zəvvarlar  şiə  sayırlar 
səni, elmi öldürürlər”.
74
 
Bütün bunların bir müəmma olduğunu və şagir-
di  Nizamiyə  bu  müəmmaların  açmasını  bir  mürşid 
kimi  tələb  edir  Əxi  Baba.  SafAğ  elmini  təhlükədən 
qorumaq  üçün  Təkyə  adı  altında  TəkEyi,  Şiə  -“Əli” 
altında gizlətdiklərini ƏsEy, “Sufi” adı altında gizlət-
dikləri  SafAğı  qaraguruhçü  dinçilərdən  qorxduqları 
üçün gizlətdiyini bir daha Nizamiyə xatırladır ustad 
sənətkar. Professor Tahirə Məmmədin İsa Muğanna-
nın məhz bu əsərdə şiəliyə münasibətinə yanaşması, 
fikrimizcə,  düzgündür:  “Şiəliyin  yayılan  mənasının 
əleyhinədir, ancaq imamiyyətə inanır – Əlini, Mehdini in-
kar  etmir,  əksinə  onlara  yeni  yozum  verir;  elə  yozum  ki, 
həmin yozumla müasir insanı onlara qoşur. ƏlAğ (Allah), 
EySar  (İsa),  BağHəm  Od  (Məhəmməd)  və  Mehdini  bir 
sıraya  düzür,  onların  ruh  halında  eyniləşməsindən  gön-
dərilən Ün vasitəsilə dərs alır, o halqaya, zəncirə qoşulur. 
Bu düzüm və ondakı sıralama, keçidlər və keçid arası axar-
lar zikr dərəcələridir, bütün dönüş və fırlanma bir nöqtəyə 
                                                 
74
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
118 
–  “yox”da  var  olmaya;  vəhdəti-vücuda,  fəna  fillaha 
aparır”.
75
 
Digər  tərəfdən  də  Əxi  Baba  Məhəmməd  Cahan 
Pəhləvanın  “məkrə  uyub  elmin  xilası  naminə  Elmə 
qılınc  çəkmək  niyyətində”  olduğundan  narahatdır. 
Məhz buna görə, Əxi Baba Göylərin sifarişi əsasında 
Nizami  ilə  əlaqəyə  girib  ki,  gizlin  həqiqətləri  ona 
çatdırsın. İsa Muğannanın haqlı yozumuna görə türk 
–  OdƏr  elmi,  mədəniyyəti  fars  və  ərəbin  əxlaqı  və 
mövhumatı  ilə  qarışdığı  üçün  kirlənmiş,  ana  xəttin-
dən  yayınmışdır.  Amma  batində  qalan  saflıq,  işıq 
optimist  olmağa  çağırır.  Əsərdə  Nizaminin  Məhəm-
məd  Cahan  Pəhləvana  dediyi  aşağıdakı  sözlər  İsa 
Muğannanın  SafAğ  elmi  adlandırdığı  Tanrı  elminin 
ərəb  və  fars  mədəniyyətilə  tanış  olduğu  gündən 
məhv olduğunu ifadə edir. Müəllif bunun da kökün-
də bütün türkoloqların “Türkün zəif yeri” kimi qeyd 
etdikləri  qadının  durduğunu  deyir.  “Məkr  və  məhəb-
bət dünyasında məkrli Xəlifənin qız nəvəsi İnanc Xatunla 
evlənəndən  sonra  isə  beynində  məkr  SafAğ  işığı  yeyir. 
“Sirlər xəzinəsi”nin sirrini aça bilmədin, AtaBəy”.
76
 
Bu sözləri Əxi Babanın müridi olan Şeyx Nizami 
Məhəmməd  Cahan  Pəhləvana  deyir.  Əsərin  “Elm” 
adlanan  hissəsində  Qızıl  Arslanın  dili  ilə  İnanc 
Xatunun  Möminə  Xatunu,  Şəmsəddin  Eldənizi,  Ca-
han  Pəhləvanı  zəhərlədiyinin  şahidi  oluruq.  Lakin 
Məhəmməd  Cahan  Pəhləvanın  “Rey”  qalasının  aça-
rını  Əmir  İnancın  qızı  İnanc  xatunun  qəlbindən 
                                                 
75
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 60. 
76
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə