Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə28/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
104 
terminlərin  türkcəyə  çevrilməsi  prosesi  gedir.  Azər-
baycan dilində isə XX əsrin əvvəllərində başlanan bu 
ənənə  Sovet  hökuməti  dövründə  səngisə  də,  60-cı 
illərdən  yenidən  dirçələn  özləşmə  meyilləri  müstə-
qillik  qazandıqdan  sonra  daha  da  sürətləndi.  Elə  bu 
səbəbdən  də,  biz  də  terminin  hansı  adla  ifadə  edil-
məsi  haqqında  düşünməyə  bilmədik.  Yuxarıda  da 
qeyd  etdiyimiz  kimi,  qardaş  Türkiyədə  bu  termini 
daha çox “Büyülü gerçəklik” istilahı ilə əvəz edirlər. 
Bunun qarşılığı olaraq biz də “sehrli reallıq”, “sehrli 
gerçəklik”,  “əfsunlu  reallıq”  kimi  ifadə  edə  bilərik. 
Səlim  Babullaoğlu  2008-ci  ildə  Beynəlxalq  Teatr 
İnstitutunun Markesin 80 illik yubileyi münasibəti ilə 
təşkil  etdiyi  konfransdakı  “Markes  Azərbaycan  ədə-
biyyatına təsir edibmi?”
60
 adlı məruzəsinin “Kitabçı” 
jurnalında  təqdim  edilən  mətnində  “əfsunlu 
realizm”  və  “magik  realizm”  deyə  ifadə  etmişdir. 
Zənnimizcə, əgər “magik realizm” terminini tərcümə 
etmək istəyiriksə, elə “əfsunlu gerçəklik” deməyimiz 
daha məqsədəuyğun olardı. Lakin dilimizin ən dərin 
qatlarında  “magik”  sözünün  türk  dilində  olduğu 
faktları ilə razılaşsaq, elə “magik realizm” kimi ifadə 
etməyimizi uyğun görürük. 
Roland  Walter  “Magical  Realism  in  Contemporary 
Chicano  Fiction”  adlı  çalışmasının  “Magical  Realism  – 
An  Overview”  başlığı  altında  verilən  hissədə  “magik 
realizm”in  digər  janrlardan  fərqlənən  üç  xüsusiy-
yətini qeyd edir: 
                                                 
60
 Kitabçı, №3, Mega Basım, İstanbul, 2014. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
105 
1. Fantastiklikdən fərqli olaraq magik realizmdə; yazı-
çının, xarakterlərin son dərəcə olduqca möhtəşəm bir hal-
mış  kimi  qarşılamaları  və  oxucunun  da  bu  kimi  halları 
sorğu-sual etməməyi, 
2.  Realizmin,  həqiqət  və  sehrli  səviyyələrinin  uyğun 
bir bütövlüyünün təmin edilməsi
3. Yazıçının susqunluğu (authorial reticence).
61
 
Azərbaycan  ədəbiyyatşünaslığında  isə  əminliklə 
deyə bilərik ki, “magik realizm” birbaşa İsa Muğan-
nanın adı ilə bağlıdır. Çünki İsa Muğannanın “İdeal” 
əsərindən  başlanaraq  yeni  üslubda  yazdığı  bütün 
əsərləri demək olar ki, mistika ilə gerçəkliyin vəhdə-
tindən  təşkil  edilib.  İstər  “İahəqq,  Musahəqq”,  istər 
“Cəhənnəm”,  istər  “GurÜn”  kimi,istər  “Qəbiristan”, 
istər  “Türfə”  romanları,  istərsə  “İlan  dərəsi”,  “Qırx 
kisə  qızıl”  kimi  povestlərində  gerçəkliklə  sehrin, 
gerçəkliklə mifin sintezini görürük. 
Səlim Babulla oğlu qeyd edir ki, “Azərbaycan ma-
gik realizmi həm Anarın, həm Elçinin, daha əvvəl isə bəzi 
çalarları  ilə  Azərbaycan  nəsrinin  korifeylərindən  olan 
İ.Hüseynovun əsərlərində vardır”
62
 
İsa  Muğanna  yaradıcılığının  ikinci  hissəsində 
qələmə  aldığı  əsərlərinin  əsas  tərəfi  oxucunu  “həqi-
qətmi,  təxəyülmü?”  sualları  qarşısında  qoymasıdır. 
İsa  Muğanna  qələmindən  çıxan  hər  cümlə  oxucunu 
heyrətə gətirir. Məhz OdƏr mədəniyyəti, SafAğ elmi 
haqqındakı  fəlsəfi  fikirlər  o  qədər  tarixi  fakt  kimi 
inandırıcı  səslənir  ki,  ən  intellektual  oxucu  belə  ya 
                                                 
61
  Roland  Walter,  Magical  Realism  in  Contemporary  Chicano  Fiction. 
Frankfurt am Main: Vervuert Verlag, 1993. 
62
 Kitabçı, №3, Mega Basım,İstanbul, 2014.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
106 
oxuduqlarına  və  eşitdiyi  həqiqətlərə  inanmaqdan 
qorxur,  ya  da  inandığı  üçün  özündən.  Amma  İsa 
Muğanna  magik  realizimi  dünya  ədəbiyyatında  qə-
bul edilən magizmdən fərqlənir. Çünki İsa Muğanna 
yaradıcılığı  hər  hansı  bir  sehrdən  uzaqdır.  İsa  Mu-
ğanna  öz  həqiqətini,  inandığını,  hətta  təxəyyülünü 
mifoloji və tarixi faktların yozumunda təqdim edirdi. 
Magik realizmin əsas ana sualı da “varlıqmı, yoxluq-
mu?”dur. 
 
“GurÜn” magik roman kimi 
 
Azərbaycan  ədəbiyyatının  özünəməxsus  sənət-
karlarından  biri  olan  İsa  Muğanna  yaradıcılığının 
maraqlı və dəyərli əsərlərindən biri də “GurÜn” ro-
manıdır.  Roman  “İdeal”da  qoyulan  konsepsiyanı 
yenə də davam etdirir. Ruh həmin ruh, üslub həmin 
üslub,  iradə  həmin  iradə.  Amma  bu  əsərdə  İsa  Mu-
ğanna  bundan  öncəki  əsərlərinə  nisbətdə  daha 
cəsarətli görünür. Biz bunu əsərin təhkiyəsindən gö-
rürük.  Əgər  İsa Muğanna  “İdeal”  romanının  sonun-
da  “Heç  kəsin  anlamadığı  bədbəxt  bir  OdƏr  oturmuşdu. 
Gecələr  saat  on  ikidən  səhər  saat  yeddiyə  qədər  OdAğÜz 
BağOdƏr  planetindən  ən  əziz,  ən  doğma  insanın  –  Ey-
sarının səsini dinləyə-dinləyə yazdığı bu ƏsƏri ilə “Yer” 
bəşəriyyətinə lənət oxuya-oxuya deyirdi: “İsa”, “İsus” ad-
landırdığım  EySarla,  BağSar  –  AğEyin  “Musa  ağa”nın 
nəslindən “Muğanna” arasında rabitə yaranıb. Ey ÜnƏs 
– “insan”! Oxu bu əsəri dəhşətə gəl, ay qatil! Ayıl və anla 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə