Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə36/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
130 
tək-tənha  oturub  ağı  qaradan  çətinliklə  seçən  göz-
lərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağ-
murunda islanan gözlərini silmək dünyanın ən çətin 
zindanı  olacaqdı  ona.  Firuzə  xanım  böyük  məhəb-
bətini  ifadə  edirdi  “ay  Allah,  sən  məni  İsadan  sonra 
apar,  barı  ona  sona  qədər  də  olsa,  özüm  qulluq  edim” 
cümləsi. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi 
İsaya  kiminsə  qulluq  etməsinə  razı  ola  bilmirdi. 
Amma  onsuz  yaşamağın  bu  qədər  çətin  olduğunu 
bilsəydi,  bəlkə  də,  o,  həyata  keçmiş  duasını  geri 
çağırardı.  Elə  Muğannasını  da.  “Şəmil....  İsa  üçün 
darıxıram”  deyib  qəhərlənmələrini  görərək  deyə 
biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər 
soyuq və qan donduran imiş, ay Allah! 
Muğannası  haqqında  xatirələrinin  səs  yazısını 
yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək 
getdi,  gəldi  dəfələrlə.  Bir  gün  zəng  edib  dedi  ki, 
“Şəmil, bacarmayacağam”. 
Bu  yaxınlarda  arxivimə  göz  gəzdirəndə  Firuzə 
xanımın  “Türfə”  romanının  çap  olunması  üçün 
AMEA-nın  Müxbir  üzvü  Nizami  Cəfərova  yazdığı 
bir  məktubu  gördüm.  Oxudum  və  heyrətə  gəldim. 
Çünki  Firuzə  xanım  həyat  yoldaşına  nə  qədər  rəğ-
bətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi İsa 
Hüseynovu  Muğanna  edən  böyük  amillərdən  biri 
də. 
Firuzə  xanımın  həmin  məktubunu  oxuculara 
təqdim etməyin böyük faydası olacağına inanıram. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
131 
İsa Muğannaya aid qeydlər 
 
İsa  nə  qədər  böyük  yazıçıdırsa,  bir  o  qədər  də  böyük 
insandır.  Altmış  illik  birgə  həyatımızda  ondan  bir  kəlmə 
də acı söz eşitməmişəm. 
Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq 
İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın 
yanında  qaldı.  Böyük  məhrumiyyətlər,  dəhşətli  kasıblıq 
içində  on  iki  uşaq  böyütdük.  Təhsil  verdik,  evli-eşikli  elə-
dik. 
Uşaqlar haqqında danışmağımın səbəbi var. 
1968-ci  ildə  alihəzrət  Dəmirəlin  zamanının  başlan-
dığında,  Azərbaycan  yazıçıları  nümayəndəliyinin  tərki-
bində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bur-
sanı  və  sair  yerləri  gəzdik,  Bolu  bəyin  kəndini,  Koroğ-
lunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri 
gəzdik.  Ayasofiya  məscidində  İsa  üzünü  göyə  tutub  dedi: 
“Biz  çoxlu  uşaq  saxlamışıq,  özümüzə  övlad  istəməmişik. 
Mən  səni  tanımıram.  Əgər  varsansa,  Firuzəyə  bir  övlad 
ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı 
ailəyə  yeganə  övladı  Sevinc  Muğannanı  19  ildən  sonra 
bəxş etmişdir). 
Hotelə  qayıtdıq.  Yorulmuşdum,  divanda  uzanıb  yat-
dım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İn-
dicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gom-
bul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, 
qucağıma  mindi,  burnunu  boğazıma  söykəyib  mışıl-mışıl 
nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini 
indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən ina-
na  bilmədim.  Bakıya  qayıtdıq.  Bir  ildən  sonra  İsanın  o 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
132 
gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim 
həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal 
əsərləri  çap  olundu.  İsa  məni  Rusiyanın  şəhərlərində  ku-
rort  zonalarında  gəzdirdi.  Bolqariyada,  Qara  dəniz  sahil-
lərində,  Pribaltika  ölkələrində,  bir  neçə  Avropa  ölkəsində 
gəzdirdi.  Sonra  isə  birdən-birə  ruhi  xəstəliyə  bənzər  bir 
cür anlaşılmaz xəstəliyə tutuldu. Daha sonra xəstəlik qur-
taranda yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa 
birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySar-
la  danışmağa  başladı.  EySar,  İsUsun,  İsa  peyğəmbərin 
həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – 
hökmdar  deməkdir.  EySar  –  uca  hökmdar  deməkdir.  Bu 
Od  –  Həqiqət  qədim  türk  dilində  –  OdƏr  dilindədir.  Ey-
Sar  İsaya  OdƏr  dili  öyrətməyə  başladı.  OdƏr  dilində 
indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumat-
lar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək 
etdi.  “İdeal”  romanı,  “Peyğəmbərin  möhürü”,  “Məhşər” 
və  bir  sıra  başqa  əsərlər belə  yarandı.  İndi  oxuculara  təq-
dim olunan. “Türfə” əsəri də bu qəbildəndir. 
Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Mə-
həmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi 
BağHəmOd  (Vahid  həqiqət  bağı)  olan  nadir  insan  haq-
qında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində 
Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə 
vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə 
birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və 
həyat  yoldaşım  İsa  Muğannanın  yazdığı  əsərləri  təqdir 
edirəm. 
Firuzə Muğanna. 03.VII.2009. 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə