Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə34/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
122 
Əlbəttə  ki,  Muğannanın  cavabı  “bədbəxtlik”dir: 
“Dəhşətli faciədir? Bəli, əzizim. Dəhşətlidən də dəhşətlidir. 
Rumdan  ƏrAğa  –  “İraq”a  qədər,  Çinə  qəsər,  “Türk  əra-
zisi” adlandırılan böyük ərazidə Səlcuq səltənətinin sahibi 
Sultan  Atabəy  Şəmsəddin  Eldəniz  öz  yeganə  qızı  EvAğı 
“Qıpçaq  qızı  kəniz  Afaq”  adı  altında,  göyü  ƏsAğ  Niza-
mini “Şeyx” rütbəsi altında gizlətməyə, Kainatın sahiblə-
rinin SafAğ Elmini batin saxlamağa məcbur idisə, bundan 
dəhşətli faciə olarmı?!”
82
 
Gördüyümüz  kimi,  Muğanna  “GurÜn”  roma-
nında tarixiliklə müasirliyi magik bir üslubda təqdim 
edir.  Əsərdəki  üç  zaman  kəsiyi  vahidləşdirilərək 
oxucuya  bir  araşdırma  romanı  formasında  elə  təq-
dim  edilir  ki,  oxucu  VI-VII  əsrdə  baş  verən  dini  ha-
disələri  XII  əsrdəki  Nizami  Gəncəvinin  prototipi  ilə 
aşılandığının  və  XX əsrin  İsa  Muğannasının  müasir-
likdən tarixi hadisələrə incə və sənətkaranə müdaxi-
ləsinin fərqində belə olmur. 
Əsərin  məhz  “Elm”  başlığı  ilə  başlanması  və 
sonrada “Din” və“Dil” fəsilləri ilə davam etdirilməsi, 
ciddi  vəchlə  Elmin  dünyanı  xilas  edəcəyi  konsepsi-
yası İsa Muğanna ideologiyasının qayəsidir. 
“Dil”  fəslində  də  “İdeal”  romanında  qoyulan 
ideoloji  fikirdən  yan  keçməyən,  inandığı  həqiqəti 
oxucusuna  çatdırmaq  üçün  daha  dərindən  izah  et-
məyə can atan Muğanna “Elmimiz Vizantiya daxilin-
dədir”  deyərək  hay  çəkir.  Tanrı  elminin  axtarışına 
çıxmış bütün dahilər kimi Muğanna da elmin bütün 
dinlərin üstündə olduğunu, bəşəriyyətin itirdiyi elmi 
                                                 
82
 Yenə orda, s 5-6.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
123 
və  dili  tapmadığı  müddətcə  məhvə  mübtəla  olduğu 
qənaətindədir. 
İsa  Muğanna  “Məşhər”dən  sonrakı  əsərləri  ilə 
dünya ədəbiyyatında yeni bir cığır sahibidir. Bu cığır 
təəssüflər  olsun  ki,  Azərbaycan  ədəbiyyatının  dün-
yaya çıxa bilməməsi səbəbindən böyük yollara, mək-
təblərə çevrilə bilməyib hələ ki. 
“GurÜn”  bir  bədii  əsərdir:  yazıçı  təxəyülünün 
məhsulu  olan  süjetli,  kompozisiyalı,  poetikası  baxı-
mından. 
“GurÜn”  bir  tarixi  araşdırma  əsərdir:  XII  əsrdə 
baş  vermiş  hadisələri  təqdim  edərək,  faktlarla  zən-
ginləşdirərək  bu  faktlara  yeni  bir  baxışla  yazılması 
baxımından. 
“GurÜn”  bir  ədəbiyyatşünaslıq  əsəridir:  Nizami 
Gəncəvinin  həyatı,  yaradıcılığı,  “Xəmsə”sindəki  ob-
razları  ilə  müqayisə  edilərək  təhlilə  çəkilir,  obraz-
ların  prototipləri  təqdim  edilir.  Nizaminin  əsərlə-
rinin  və  obrazlarının  ideoloji  qatı,  bədii  məziyyətlə-
rinin ustalıqla izah edilməsi baxımından. 
“GurÜn”  bir  xatirə  romanıdır:  Muğanna  bu  ro-
manda  da  digər  əsərlərindəki  kimi  öz  həyatı  ilə  ob-
razlarını ayırmır, “Məhşər”, “İdeal” və digər bundan 
əvvəlki əsərləri bu romanda xatırlanır, tez-tez sitatlar 
gətirilir, izah edilir. 
İsa  Muğannanın  “GürÜn”  romanı  Azərbaycan 
ədəbiyyatının  “magik  realizm”  adına  bütün  məziy-
yətləri ilə ən dəyərli əsəridir: həm realizmi, həm seh-
ri, həm də gerçəkliyi baxımından. 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
124 
1.5. Yarımçıq əlyazma və bütöv ədəbi və 
əbədi dünya 
 
“Türfə” romanının nəşrindəki problemlər və 
poetikası 
 
Böyük  ustad  sənətkar  İsa  Muğannanın  əlyazma 
variantının sonunda öz əli ilə yazdığı tarix 20.02.2009 
yazdığı, lakin hələ də nə mətbuatda, nə də kitab kimi 
çap olunan ƏsƏrini – “Türfə”ni çapa hazırlayıb oxu-
culara  təqdim  etmək  mənim  qismətimə  düşməsinin 
misilsiz sevinci içindəyəm. Bir zamanlar müsahibələ-
rinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəl-
kə  də,  bu  romanın  çapını  görməyə  İsa  Hüseynovun 
ömrü  çatmayacaq
83
 
fikrinə  yazıçının  “Mənim  sağlı-
ğımda  çap  olunmalıdır”  deməsi  ilk  baxışda  baş  tut-
mamış görünə bilər, lakin söhbətlərimizin birində Fi-
ruzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi 
ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə 
“o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,– 
deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna 
ölməyib, əbədi yaşayır və bu gün də ƏsƏrinin çapını 
görüb sevinir. 
“Ədəbiyyat  gözü  ilə  baxanda  “İdeal”  mücərrəd 
görünür. Lakin “İdeal” romanı çap olunduqdan son-
rakı  şəxsi  həyatı  və  yaradıcılığı  göstərdi  ki,  İsa  Hü-
                                                 
83
  İsa  Hüseynovun  son  müsahibəsi:  "Düşmənlərim  üçün  də  darıxıram", 
http://news.milli.az/culture/257340.html, (01.04.2014) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
125 
seynov bu qəbildən olan əsərlərində inandığı və hət-
ta yaşadığı dünyanı təsvir edir.
84
 
Akademik  İsa  Həbibbəylinin  İsa  Muğanna  haq-
qındakı  yuxarıdakı  fikri  onun  “Türfə”  romanına  da 
aid edə bilərik. Çünki bütün əsərlərində olduğu kimi 
çap  olunma  problemi  yaşayan  bu  əsər  “İdeal”dan 
sonrakı  yaradıcılığında  ideyalarının  təqdimatı  baxı-
mından çox önəmlidir. 
“Türfə” ƏsƏrinin Muğannanın cismani sağlığın-
da  çap  edə  bilməməyimin  yeganə  səbəbi  ƏsƏrin  əl-
yazmasının özündə də qalmaması  idi. Bir gün mənə 
dedi ki, İntiqam Qasımzadəyə (“Azərbaycan” Jurna-
lının  baş  redaktoru)  veridiyim  nüsxə  Nizamidədir 
(AMEA-nın  müxbir  üzvü  Nizami  Cəfərovu  nəzərdə 
tuturdu.).  Nizami  müəllimlə  görüşüb  romanı  istə-
dim.  İsa  Muğannaya  olan  rəğbətimi  bilən  Nizami 
müəllim  sorğu-sualsız  verdi.  Nadir  bir  tapıntı  əldə 
etdiyimi  düşünürdüm.  Onun  bütün  oxucuları  kimi, 
onun  SafAğ  elmi  konsepsiyasında  yazılan  yeganə 
əsəri  idi  ki,  oxumamışdım.  Ətrafında  o  qədər  söz-
söhbət  gəzirdi  ki,  sanki  bunu  tapıb  oxumaq  bir 
həyatı məsələyə çevrilmişdi. Müsahibələrinin birində 
“Amma  əsərlərimin  hamısı  çap  olunmayıb.  Bir 
povestim  çap  edilməyib.  Orda  çox  ciddi  məsələlər 
qaldırmışam. O povest çap olunsa, bizim həyatımız-
da  böyük  dəyişiklik  ola  bilər.  “Azərbaycan”  jur-
nalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, 
sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım 
bəla  çəkər.  Bu  əsəri  bir  alimə  oxumaq  üçün  verdim. 
                                                 
84
 Ölümdən sonrakı həyat, Məqalələr toplusu, Bakı: Hədəf nəşrləri, 2014, s 5.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə