Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə31/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
113 
dünyan  adının  belə  simvolika  olduğu  düşüncəsin-
dədir) əxi icmalarını dağıtmalıyam, şeyx. Əxilərin evləri-
ni  yandırmalıyam.  Gəncədən  Abxasa  qədər  bütün  Həm-
dünyandan  qızıl  axır  sənin  təkyənə.  Mən  dağıdım,  yan-
dırım, sən tikdir. Xəlifə mənə sultanlıq versin, səni mürtəd 
elan etsin. 
Atabəy Məhəmməd Cahan Pəhləvan zahirdə Müstəd-
billaha  qul  olsun,  batində  SafAğ  elminə...  Qılıncımızın 
əsiri şirürəkli Riçard Müstədbillahın üzünə deyib: Xilafət 
xristianlıqdan gizlin işləmir, yəni müttəfiqdirlər!”
69
 
Yəqin  ki,  orta  əsrlərdə  işıqlı  insanların  yaratdıq-
ları  ideologiyalar  bəşərin  dinlərin  əli  ilə  idarə  edil-
məsinin  əleyhinə  idi.  İlk  olaraq  İslama  inanış  və 
sonradan  İslamın  xilafətini  ləğv  edib  dini  idarəçiliyi 
ələ  almağı  şərtləndirən  məsələ  elə  məhz  bu  idi.  İsa 
Muğannanın əsərin birinci bölməsini "Elm" adlandır-
ması və Əxiliyin məhz sənətkarların gizli təşkilatı və 
ya İ.P.Petruşevskiyə görə "usta əlaltılarının  gizli təş-
kilatı"  adlandırılması  bir-birini  tamamlayan  tarixi 
faktlardır. 
Əsərin  magik  qəhrəmanı  Əxi  babadır.  Əxi  Baba 
isə  eşitdiyi  ünü  “EySarın  (İsanın)  təkrarı”  Nizamiyə 
çatdırır.  “Əxi  Baban  deyil  sənə  bu  sözləri  deyən, 
EySar  özüdür”  deyir.  Əxi  Babaya  da  bu  Ünü  deyən 
Uca Ün sahibi əsərin ara-sıra müəllif dili kimi verilən 
“Şərh”  hissəsində  Əxi  sözünü  belə  izah  edir:  "Əxi 
Baba”  rütbədir,  həm  də  ad.  OdƏrcəsi  Ağey  BağBağÜn. 
Ağeylərin  Beyin  Bağı.  Bütün  Əxilərin  beyinlərində  fikir-
lərdən  xəbər  tutan  və  hamını  bir-birinə  bağlayan  Bağ, 
                                                 
69
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
114 
SafAğ Alimi, Asf hökmdar”Başqa bir məqamda “Budur 
Əxi  –  Ağeylərdən  qeyri  heç  kəsin  dərk  etmədiyi  SafAğ 
İnsan” 
70
 
Əxi sözünün etimologiyasına baxsaq, görərik ki, 
“qardaşım”  anlamını  verir.  İsa  Muğannanın  sözlər 
simvolikasının  məntiqi  burda  da  özünü  göstərir. 
Müəllif  bu  sözü  “hamını  bir-birinə  bağlayan  Bağ, 
SafAğ  alimi”  adlandırır,  qardaş  sözünün  də  mənası 
eynidir.  Deməli,  bəzən  oxucu  üçün  söz  oyunu  kimi 
görünən  İsa  Muğannanın  OdƏr  dili  məntiq  və  sis-
temdən  uzaq  deyil.  Araşdırmamız  OdƏr  dili  olma-
dığı  üçün  bu  dərin  mövzunu  elə  burdaca  saxlamağı 
düşünürük. 
Nizaminin  və  onunla  bərabər  beş  şagirdin 
müəllimi Əxi Babanın missiyası təhrif dünyanı, sim-
vollarda  gizlədilmiş  elmi  xilas  etmək  və  bəşəriyyəti 
düşdüyü  bəlalardan  qurtarmaqdır.  “BağBağÜnün 
hüzurunda  sən  ancaq  BağBağünə  deyilən  Ünü  BağBağ-
Ünün  dilindən  eşidirsən.  Bunu  səndən  düz  iyirmi  üç  il 
gizlətmişəm"
71
–  deyən  Əxi  Baba  Nizamiyə  verilmiş 
elmin bitmədiyi üçün onun gözünə görünür, onunla 
danışır və ona tutduğu yolun düzgün olduğunu de-
məyə çalışır. Əxiliyin dinin təhlükəsindən qurtarmaq 
üçün  gizlətdiklərini,  onun  nümayəndələrini  isə 
başqa adla adlandırdıqlarını izah edir. 
Burda İsa Muğannanın “GurÜn” əsərindəki tari-
xiliyə diqqət yetirmək istərdik. Nizaminin Əxi  olub-
olmaması  ilə  bağlı  tarixi  faktlar  da  az  deyil.  Dövlət-
                                                 
70
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6. 
71
 Yenə orda, s 5-6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
115 
şah  Səmərqəndi  Nizami  Gəncəvinin  Əxi  Fərrux 
Zəncaninin  müridi  olması  ilə  bağlı  ilk  məlumatı  ve-
rənlərdən  olsa  da,  Əsgər  Əhməd  özünün  "XII  -  XV 
əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti" əsərində haqlı 
olaraq qeyd edir ki, əslində Dövlətşah Səmərqəndi bir yan-
lışlığa yol verir. Belə ki, Zəncani Şeyx Nizaminin anadan 
olmasından  yetmiş  il  öncə  dünyasını  dəyişib.  Y.E.Bertels 
də  Dövlətşah  təzkirəsindəki  Nizami  Gəncəvinin  əxi  Şeyxi 
Fərrux  Zəncaninin  müridlərindən  olması  haqqında  qey-
dini şübhə altına alır. Şeyx Nizami olsa-olsa özünü ancaq 
onun mənəvi müridlərindən hesab edə bilərdi.
72
 
Əgər  nəzərə  alsaq  ki,  Nizami  dövrünün  hökm-
darları tərəfindən böyük hörmət sahibi kimi qarşıla-
nan bir şəxs idisə, əgər onun sözü rəiyyət içərisində 
nüfuz  sahibi  idisə,  deməli,  Nizami  Gəncəvinin  ətra-
fında  olan  böyük  tərəfdarları  vardı.  Çox  maraqlı  bir 
məqam diqqətimizi çəkir. Ədəbiyyatımızda nə Niza-
miyə  qədər,  nə  də  Nizamidən  sonra  müxtəlif  şahlar 
tərəfindən  böyük  ənamlar  alan  şair  yoxdur.  Şahlara 
qarşı öz əsərləri ilə etirazını bildirən Nizami Gəncəvi 
heç bir təzyiqə məruz qalmır. Halbuki ona yaxın bir 
dövrdə,  hətta  sarayda  yaşayan  Xəqani  sürgün  olun-
muş,  əziyyətlər  çəkmişdir.  Nizaminin  məsləhətləri 
ilə  ölkəsini  idarə  edən  Səlcuqilər,  Eldəgizlər,  əlbəttə 
ki, onun hörmətini qazanmaq üçün əllərindən gələni 
etmişlər. İsa Muğannanın Nizaminin Əxi Türk təşki-
latının  aparıcı  qüvvələrindən  olduğunu  yazması, 
hətta  Atabəylər  sarayında  Əxiliyə  böyük  rəğbət  ol-
                                                 
72
 Əsgər Əhməd, XII-XIV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti (tarixi 
etnoqrafik araşdırma), Bakı, 2012. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə