Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə29/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
107 
ki,  “Əbədiyyət”  əfsanə  deyil!..”
63
  –  deyirdisə,  artıq 
“GurÜn”  əsəri  birbaşa  Eysarın  dilindən  yazılır  və 
hərdən İsa Muğannaya bəzi sözlərin  izahının da ve-
rilməsi  tələb  edilirdi.  Bu  onu  göstərir  ki,  İsa  Mu-
ğannanın  konsepsiyası  təkmilləşmiş,  öz  həqiqətini 
tapmışdır. Və oxucu da artıq İsa Muğannanın kim ol-
duğunu  bilir.  Digər  bir  tərəfdən  baxsaq,  İsa  Mu-
ğannanın  eşitdiyi  “Ün”ün  nəticəsində  Ün  sahibləri 
kimi  düşünməsi  və  onların  nə  istədiyini  tamamilə 
mənimsədiyini  və  artıq  mürşid  kimi  çıxış  etməsini 
görərik. “GurÜn”də artıq fövqəlbəşər obrazlarla real 
həyati obrazların təmasını görürük. Qədim tarixə bu 
günün  zaman  kəsiyindən  baxan  və  lazım  gəldikdə 
keçmişə  gedib  hadisələrə  müdaxilə  edən  Muğanna 
görürük.  Əsərdə  İlahi  səs,  qədim  tarix  və  Muğanna 
arasındakı əlaqə iç-içədir. 
“”Təkyə”  nə  deməkdir,  ey  təhriflərim?  –  Bilmirsiniz. 
Şərh-izah  yaz  Muğanna:  ehtiyac  olanda  mötərizədə  şərh 
yaz ki, ölü sözlər dirilib idraksızlarımın zülmət beyinlərini 
işıqlandırsın”  (Muğanna  2013:  5-6).Bu  dialoq  əsərin 
əvvəlində  verilir.  Və  bundan  sonra  mötərizə  içəri-
sində  “şərh”  başlığı  altında  xüsusi  izahlar  verilir. 
Başqa  bir  məqamda  isə  Uca  Ün  sahibi  şərhləri  və 
izahları özü verir və əsərin möcüzəliliyini və inandı-
rıcılığını artırmış olur. “Atabəy Məhəmməd Cahan Pəh-
ləvanın  Əxilərə  danışdığı  hadisəni  indi  özüm  danışıram, 
Muğanna,  yaz
64
.  Bu  cümlədən  isə  aydın  olur  ki, 
əsərdəki  hadisələri  Əxi  Baba  və  Muğanna  vasitəsilə 
                                                 
63
 İsa Muğanna, GurÜn, Bakı: Hədəf nəşrləri, 2013, s 64. 
64
 Yenə orda, s 64.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
108 
EySar danışır. Bu da müəllifin əsərinin obrazlarından 
birinə çevrilərək hadisələrin içində gəzişməsi demək-
dir. EySar isə əsərdə heç bir yerdə görünmür, sadəcə 
onun  dedikləri  və  ideyalarından  danışılır.  Əsərin 
dili,  sanki  Quranı  xatırladır.  Çünki  əsər  boyu  oxucu 
müəllifin  sərt  tonu  və  əmrləri  ilə  qarşılaşır.  Çox 
maraqlıdır  ki,  İsa  Muğanna  “İdeal”da  tənqid  etdiyi 
“İslam  təslim  ol  deməkdir  və  insanları  mütiliyə 
çağırır”  fikrini  bu  əsərin  dilində  yaşadır.  Bəlkə  də, 
əsərin adı bu cür sərt tonla müəllif təhkiyəsinin veril-
məsini  tələb  edir.  Allahın  yerdəki  idarəçilərə  və  ya 
yerdəki  idarəçilərin  özlərini  Allaha  bənzətməsi  in-
sanı  düşündürməyə  bilmir.  Bütün  dini  kitablarda 
əmr  edilir.  Muğannanın  təhrif  din  adlandıraraq  üs-
yan  etdiyi  dinlərin  üslubu  ilə  oxucusunu  bu  cür 
qorxutmasının  yeganə  səbəbi  Muğannanın  özü  də 
bilmədən  dərindən  tanış  olduğu  dinlərin  təsiridir. 
Çünki  bədii  əsərin  dilində  bu  cür  hökmlərin  veril-
məsi o qədər də məqbul deyil. Əgər “İdeal”da müəl-
lif  Səmədin  dili  ilə  danışırdısa,  burada  müəllifin 
cəsarəti  və  hökmü  daha  aydın  görünür.  Digər  yazı-
larda da demişdik, Muğanna oxucularına qarşı daha 
soyuqqanlı  görünür.  Çünki  oxucusuna  bağırır,  qış-
qırır,  düzgün  yol  göstərir,  ona  hiylələrin,  fırıldaq-
ların,  cinayətlərin  içində  boğulduğunu  açıq-açığına 
deyir,  ətrafını  bu  qədər  təhlükənin  sardığını  demə-
sinə  baxmayaraq,  yenə  də  hökmlərini  verməkdən, 
gərginliyi  artırmaqdan  çəkinmir.  Sanki  ən  yüksək 
cərəyanı oxucusunun beyninə qoşaraq həqiqəti dərk 
etməsi  üçün  onun  ölümünü,  ürəyinin  partlamasını 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
109 
belə  vecinə  almır.  “GurÜn”  məhz  bu  cür  əsərlər-
dəndir. Məhz buna görədir ki, Azərbaycan ədəbi tən-
qidşünaslığı  məhz  İsa  Muğanna  yaradıcılığına  mü-
raciət  etməyə  çəkinir.  Çünki  tənqidçi  tariximi,  fəlsə-
fənimi,  bədii  təxəyyülümü  tənqid  etməyə  tərəddüd 
edir. 
Əsərin  adı  da  magik  bir  addır.  Çünki  “GurÜn” 
ifadəsi səslənmə baxımından Quranla eyniyyət təşkil 
edir. Və ilk olaraq forma baxımından Quranın adının 
da təhrif ifadə olduğu qənaətinə gəlirik. Lakin daxili 
mənaya  varanda  əsl  həqiqəti  anlamış  oluruq. 
“GurÜn” sözünün mənası “Uca səs”, “İlahi səs” de-
məkdir.  Quran  da  Tanrının  səsi,  sözüdür.  “Zuxruf” 
surəsinin  3-4-cü  ayələrinə  diqqət  yetirsək  mənanın 
eyni  olduğunu  görərik: “Biz  bu  kitabı,  bəlkə,  siz 
düşünəsiniz  deyə  ərəbcə  olan  bir  Quran  etdik.” 
“Həqiqətən,  bu  (Quran)  Bizim  yanımızda  ana  ki-
tabda  (Lövhi-Məhfuzda)  uca  məqam  və  möhkəm 
quruluş,  dəqiq  məzmun  və  mətin  bəyan  sahibidir” 
(Qurani-Kərim 2012: 490) 
“Quran” sözünün etimologiyası  ilə bağlı müxtə-
lif fikirlər səslənməkdədir: 
1. “Quran” söz heç bir sözdən alınmamışdır. Əvvəllər 
istifadə olunmamışdır. Allah onu ilk dəfə olaraq bu asima-
ni kitaba ad kimi nazil etmişdir. Necə ki, həzrət İsa (ə) və 
Musanın (ə) kitabının adını “Tövrat” və “İncil” qoymuş-
dur. 
2. “Quran” sözü alınma sözdür və həmzəsizdir. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə