Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə26/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
97 
Müstəqillik dövrü ədəbiyyatımızda İsa Muğanna 
yeganə  klassiklərimizdəndir  ki,  90-cı  ildən  bu  günə 
qədər  yazdığı  bütün  əsərlərdə  Azərbaycanın  əzəli 
düşməni  olan  Ermənilərin  türklərə  qarşı  olan  nifrə-
tinin səbələrini göstərən əsərlər yazmışdır. Son illər-
də qələmə aldığı "Cəhənnəm", "Qırx kisə qızıl", "İlan 
dərəsi  və  ya  Peyğəmbərin  taleyi",  "Söz  yarası"  kimi 
əsərlərində  türk  millətinin  tarixi  düşməni  olan  er-
mənilərin fitnəsinə xüsusi yer ayrılmışdır. 
Muğannanın  son  böyük  həcmli  əsəri  olan  "İlan 
dərəsi  və  ya  peyğəmbərin  taleyi"  povesti  insanın  öz 
yaradılma tarixinə olan marağını cavablandırır sanki. 
Ən  önəmli  məsələ  isə  İsa  Muğanna  türk  millətinin 
gələcəyinə  böyük  ümidlə  baxır.  Süleyman  peyğəm-
bərin  vətəninin  qədim  türk  torpaqları  olduğu,  pey-
ğəmbərin  isə  türk  yanında  olduğu  qənaətinə  gəlir 
insan.  Zəhərli  bir  heyvan  olan  ilanın  belə  dünyanın 
maariflənməsinə,  barışın  bərqərar  olmasına,  günah-
sız  axan  qanların  durdurulmasına  görə  insanın  – 
türk oğlunun yanında olması oxucunu heyrətləndir-
məyə  bilmir.  Peyğəmbərin  türk  torpaqlarını  işğal 
etmək üçün bu qədim diyara hücum etmiş Rus Çarı 
Aleksandra  "Türkün  heç  bir  düşməni  yoxdur,  bizim 
yeganə  düşmənimiz  cəhalətdir"  deməsi  demək  olar 
ki,  İsa  Muğanna  yaradıcılığının,  yaratdığı  SafAğ  el-
minin  əsas  qayəsidir.  Cəhalətin  insanlığı  uçuruma 
sürkləməsi  daimə  ədibləri  düşündürmüş,  onlara  hə-
qiqəti çılpaqcasına söyləməklə yol göstərmişlər. Türk 
oğlunun bugünkü azğın bir dünyada intellektle qalib 
gələcəyini  gözləyən  Muğanna  Hüseyn  Cavidin 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
98 
"Turana  qılıncdan  daha  kəskin,  ulu  qüvvət,  yalnız 
mədəniyyət,  mədəniyyət"  səslənişinə  XXI  əsrin  so-
nunda bir daha səs vermişdir. İnsanlığı dini cəhalətlə 
parçalayıb  istismar  etməyi  qarşısına  məqsəd  qoyan 
qüvvələr qarşı sadəcə elm və mədəniyyətlə qalib gəl-
məyin  mümkünlüyünü  söyləyən  dahi  bəşəriyyətin 
iblisləşməsinin acısını çəkir, onu tale ağrısı kimi dərk 
edirdi.  Şəxsi  tale  ilə  milli  taleni  vəhdətdə  görənlər 
millətinin  qurtuluşunu  bəşəriyyətin  qurtuluşu  kimi 
də  dərk  edənlərdir.  Bu  millətçiliyin  adı  isə  Cavid 
millətçiliyi, bəşəriliyidir. 
Muğanna  1997-ci  ildəki  müsahibəsində  təhrif 
tarixin  üstünün  açılması  ilə  bağlı  deyirdi:  Heydər 
bəy  dəfələrlə  təkrar  edib  ki,  "Qədim  tariximizi  ya-
zın!", yazmırlar "Azərbaycan akademikləri", yazanda 
isə  yunan  dilində  "Arti"  yazırlar.  (OdƏr  yazmırlar!) 
"Pat" yazırlar (BağOd yazmırlar!) hətta I Pyotrun yü-
rüşündən  sonralar  da  öz  qədim  adı  ilə  BağOd  ad-
landırılmış  indiki  mərkəz  şəhərimiz  "Ba  Ki"  haqqın-
da  həqiqəti  də  gizlədib  təhrifdillilərimizin,  təhrif 
şüurlularımızın  özlərinin  vasitəsilə  "zdes  tat-san" 
deyirlər. 
Öz  nəsrində  daima  təhrif  dünyadan  danışan  İsa 
Muğanna  "İlan  dərəsi"  kitabındakı  əsərlərlə  –  "Hə-
yatımdan səhifələr", "İlan dərəsi", "Söz yarası", "Qırx 
kisə  qızıl"  əsərləri  ilə  yenə  ənənəsinə  sadiq  qalmış, 
"İdeal"  romanında  tezis  şəklində  yanaşdığı  mistik 
məsələlərin  tarixlə  uyğun  mətləblərinin  açılmasına 
çalışmış, oxucusunu tarix və gerçəklik qarşısına gət-
irərək bir daha düşünməyə vadar etmişdir. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
99 
1.4.  Magik realizm və “GurÜn” romanı 
 
Magik realizmin mənşəyi 
 
“Azərbaycan tarixi, bu tarixin ayrı-ayrı səhifələri 
bir  sıra  romanlarımızda  öz  dolğun  bədii  həllini 
tapmış,  beləliklə,  tarixi  roman  janrı  öz  axtarışları  ilə 
keçmişimizi daha yaxından duymağa, tanımağa, öy-
rənməyə kömək etmişdir”
54
. 
Əgər  Nizaminin  mənzum  roman  kimi  qiymət-
ləndirilən “Xosrov və Şirin” poemasını nəzərə alma-
saq,  Azərbaycan  roman  janrının  təxminən  yüz  ildən 
çox  yaşı  var.  Azərbaycan  roman  janrında  “tarixi 
roman” janrı demək olar ki, romanla yaşıddır. Yusif 
Vəzir  Çəmənzəminli,  Məmməd  Səid  Ordubadi, 
Oqtay Salamzadə, Mahmud İsmayılov, Əzizə Cəfər-
zadə,  Fərman  Kərimzadə,  Əlisə  Nicat,  İsa  Muğanna 
kimi  böyük  sənətkarlarımız  zaman-zaman  tarixi 
roman janrına müraciət etmiş, roman janrının imkan-
larından istifadə edərək sanballı əsərlər ərsəyə gətir-
mişlər. 
Dünya  ədəbiyyatında  mistika,  mifik  qavram 
zaman-zaman  bütün  janrlarda  mövzu kimi  seçilmiş, 
bədii-estetik  həllini  tapmışdır.  Bu  baxımdan  roman 
janrında  da  tarixilik  bəzən  mifik  təfəkkürə  qədər 
enmiş, öz tarixiliyini elə məhz mifologiyadan almış-
dır. Mifologiya birbaşa tarix kimi qəbul edilməsə də, 
qədim  tarixin  öyrənilməsində  miflər,  rəvayətlər, 
                                                 
54
 Axundlu Yavuz, Tarixi roman yeni mərhələdə, Bakı: Maarif nəşriyyatı, 
1988, s 8. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
100 
əfsanələr, əsatirlər tədqiqatçıların əlində olan yeganə 
mənbələrdəndir.  Ədəbiyyatşünaslıqda  XX  əsrin  əv-
vəllərindən  bir  termin  kimi  istifadə  edilən  “magik 
realizm” məhz adını çəkdiyimiz  qaynaqlardan möv-
zu  alaraq  müasirliyin  tələblərinə  uyğun  bir  yozum, 
üslubda ortalığa çıxmışdır. 
Magik  realizm  termini  ilk  dəfə  alman  tənqidçisi 
və  tarixçisi  Frans  Rox  tərəfindən  1925-ci  ildə  nəşr 
olunmuş  "Nach-expressionismus,  magischer  Realismus: 
Probleme  der  neuesteneuropaischer  Malerei  (Magik 
realizm:  Yeni  Avropa  rəsm  sənətindəki  problemlər)  adlı 
əsərində,  dövrün  alman  rəssamlarının,  mövzuları, 
təxəyyül  məhsulları,  fantastik  və  yuxu  dəyərindəki 
çalışmaları izah etmək məqsədilə istifadə edilmişdir. 
Termin  olaraq  ədəbiyyatda  ilk  dəfə  italiyan  yazıçısı 
və  tənqidçisi  Massimo  Bontempelli  (1878-1960)  tərə-
findən istifadə edilmişdir.
55
 
İlk olaraq ədəbiyyatşünaslığımızda az-az səslən-
məkdə  olan  bu  terminin  mənşəyi  və  dilimizdə  necə 
işlənməsi  haqqında  danışmaq  istərdim.  Dünya  ter-
minologiyasında  “Magik”  termini  qədim  latın  və  ya 
yunan  dilindən  gəlmə  söz  kimi  istifadə  edilir.  Əl-
bəttə  ki,  “magik”  sözü  magiya-maq  sözü  ilə  eyni-
mənşəlidir.  Magik  ifadəsi  termin  olaraq  Avropada 
yaransa  da,  magiya  sözünün  yaranma  tarixi  və 
işlənmə  dairəsi  daha  qədimə  gedir.  Onun  üçün  də 
“magik”  termininin  magiya,  maq,  mug  terminlərin-
dən  yarandığını  qəbul  edərək  sonuncuların  mənşə-
                                                 
55
 Hatice Elif Diler, Derya Emir, Büyülü Gerçekçilik, Dumlupınar 
Üniversitesi Sosyal Bilimler Dergisi 2011, Sayı 30201, s 52. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə