Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə23/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
86 
mağa  keçmişdir.  “İdeal”  yalnız  İsa  Hüseynovun  ya-
radıcılığında  deyil,  geniş  mənada  Azərbaycan  ədə-
biyyatında özünəməxsus bir istiqamətdir"
51
 
İsa  Hüseynovun  birdən-birə  isa  Muğanna  oldu-
ğunu düşünən və yazanlar da az olmamışdır. Amma 
onun  ta  doğulandan  Muğanna  olub  sivilizasiyanın 
yaradılışından  xəbər  verən  Muğlardan  olması  nəsil-
nəcabətinin  keçdiyi  həyat  yolundan  görünür.  İsa 
Muğanna  doğulduğu  gündən  İsa  Əfəndi  olmuşdur. 
Hər  şeyi  bilən  ağa,  üləma,  sayğıdəyər,  bilgiyə  sahib 
anlamında  işlənən  "Əfəndi"  kəlməsi  İsa  Muğanna 
doğulanda ona verilən ilk ad idi. İlahi bir səs bu adı 
İsa Muğannanın ata qohumu Hilal xalaya dedizdirib. 
Müəllif bunu özü belə qeyd edir: "Hilal xala sevinclə 
xeymədən  eşiyə  atılıb,  deyib:  –  Gözün  aydın,  ay 
Omar ağa, İsa əfəndi gəldi!" İsa Əfəndi Muğannanın 
əmisi olmuşdur. Tarixi sirləri varisləri ilə gələn nəsil-
lərə  ötürən  Muğlar,  Muğannalar  İsa  Əfəndiyə  "Nəs-
lin  Günəşi"  deyərlərmişlər.  Çünki  o  SafAğ  elminin 
bilicisi  və  bu  elmi  gənclərə  çatdırmaqda  görəvlən-
dirilən bir şəxs  idi. O  dövrü üçün "çox təhlükəli "İs-
toriya  İslama"  kitabı"nı  yazmışdır.  Yaradılışın  sir-
lərini qəlbində daşıyan, amma bildiklərinin hamısını 
OdƏrlərə  ötürə  bilməyən  bir  SafAğ  alimi  idi.  Çünki 
vaxtsız  vəfat  etmişdir.  Bu  şanlı  və  müqəddəs  iş  İsa 
Muğannanın  çiyninə  düşdü  və  o,  bu  şərəfli  işi  ləya-
qətlə,  yolundan  dönmədən  həyata  keçirdi.  Mehdi 
Hüseynə "Anadil ötəndə" oçerkinə görə "atamı daha 
                                                 
51
 İsa Həbibəyli, İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv 
dünya. Bakı: Hədəf nəşrləri, s 3-5. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
87 
yaxşı  tanıyıram"  deyib  öz  gördüklərindən  yazan  İsa 
Muğanna ömrünün sonuna qədər gördükləri və eşit-
diklərindən başqa heç nə yazmadı. Gördükləri onun 
həyatına  biçilən  yaşam,  eşitdikləri  isə  Bağ  Atanın 
ona  babaları,  ataları  və  işıq  vasitəsi  ilə  dedikləridir. 
İsa  Muğannanın  yazdıqlarını  anlamayan,  dərk  edə 
bilməyən  şəxs  gərək  ki,  onun  81  yaşında  yazdığı 
"Həyatımdan səhifələr" oçerkini oxusun. O bir OdƏr 
nəslinin  şəcərəsini  dərk  etdiyi  həqiqətlə  bu  əsərində 
yazmış, o əsərləri niyə və necə qələmə aldığını pafos-
suz  qeyd  etmişdir.  Bu  oçerk  İsa  Muğannanın  yaşa-
dıqlarını və yazdıqlarını özündə əks etdirən bir tezis-
dir sanki. 
İsa  Muğanna  möcüzəli  bir  şəxsiyyətdir.  "Həya-
tımdan səhifələr"i oxuyanda bir hadisə oxucunu mis-
tika  ilə  tarixi  gerçəkliyin  vəhdətində  vəcdə  gətirir. 
Çünki "Həyatımdan səhifələr" nə qədər tarixə söykə-
nən  bir  oçerk  olsa  da,  bir  o  qədər  də  mistik  inancı 
ehtiva  edir.  Əsərdən  bir  daha  İsa  Muğannanın  təsa-
düfən  Hüseynovdan  Muğannaya  çevrilməsinin 
təsadüfi  olmadığının  şahidi  oluruq.  Müəllifin  həya-
tında  baş  verən  həqiqətləri  mistik  bir  yozumla  təq-
dim etməsi qeyr-adi düşüncə sahibi olduğunu ortaya 
çıxarır.  "Postmodernist  mətnlərdə  məqsəd  hadisəni 
danışmaq deyil, hadisənin yaratdığı duyğuları anlat-
maqdır  ki,  bu  da  "yalnızlıq,  gerçək  həqiqət,  dep-
resiya" kimi duyğuların ifadəsidir".
52
 
Əsərdən  məlum  olur  ki,  İsa  Muğannanın  və 
                                                 
52
 İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə 
Muğannalar.http://modern.az/articles/59560/1/ (2014.06.22) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
88 
ömür-gün  yoldaşı  Firuzə  xanımın  valideynləri  rəh-
mətə  gedəndən  sonra  həm  özünün  6  bacı-qardaşı, 
həm  də  Füruzə  xanımın  6  bacı-qardaşını  evləndirib 
köçürmək bu kişinin müqəddəs vəzifəsi olur. Onları 
evləndirib yola salandan sonra, yəni evləndikdən 20 
il sonra həyatının sevinci – Sevinc adlı qızı dünyaya 
gəlib.  Bu,  doğrudan  da,  bir  möcüzədir.  İsa  Muğan-
nanın  vəfatından  sonra  Firuzə  xanım  bu  müəmmalı 
həyat  tərzinə  bu  cür  qiymət  verir:  “İsayla  o  qədər 
ağrılı-acılı  günlər  gördük  ki...  İsanın  da,  mənim  də 
atam  müharibəyə  gedib  qayıtmadılar.  Davud  Nəsib 
adında şair var idi, tanıyırdınızmı? Bax, o, kiçik qar-
daşım  idi.  Atam  elə  onun  ancaq  üzünü  görə  bildi. 
Onların  evində  İsa  böyük  uşaq  idi,  bizim  evdə  də 
mən. Onların hamısını böyüdüb ali təhsil verdik, ailə 
sahibi  elədik.  Amma  demək  olar  ki,  indi  onların 
böyük  əksəriyyəti  dünyadan  köçüb.  Mən  bilmirəm 
nədir  günahımız  ki,  onlar  bizdən  qabaq  köçdülər, 
axıra qalan biz olduq"
53
 
Bundan  sonra  isə  "Yanar  ürək",  "İdeal",  "Doğma 
və yad adamlar" "İsahəq, Musahəq" yazılır, cəmiyyət 
İsa  Hüseynovu  İsa  Muğanna  olaraq  tanıyır.  Bu  o 
zaman  olur  ki,  İsa  Muğanna  şəcərənin  layiqli  yaşa-
masını  təmin  edir.  Seçilmiş  olduğunu  sübut  edir. 
Beləcə  gah  silsilənin  çağdaş  nümayəndəsi  Səmədi, 
gah da ən qədim nümayəndələri – ƏsƏlməni (Süley-
man  peyğəmbəri),  ƏsƏlEyi  (İsa  peyğəmbəri)  Bağ-
həmOdu (Məhəmməd peyğəmbəri), ÜnƏsimi (Niza-
mi  Gəncəvini),  Nəsimini  yazdı.  Yazdı  və  qəbiris-
                                                 
53
 Faciənin kökü, Xalq Qəzeti. 4 may 1997.  


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə