Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə25/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
93 
tarixlər  bir  gün  bir  tarixçi,  arxeoloq  tərəfindən  kəşf 
ediləcək. 
İsa  Muğanna  yenə  bir  çox  stereotipləri  yıxdı. 
Çünki  əsərdə  Uğur  Mağarov,  Mircəfər  Bağırov, 
Məmmədhüseyn  Təhmasib,  Yemliyanov  kimi  tarixi 
şəxsiyyətlər  və  ya  tarixi  şəxsiyyətlərin  prototipləri 
var. O, indiyə qədər kimsənin cürət edib söyləmədiyi 
bir  fikri  bədii  obrazın  dilindən  təqdim  edir:  "Karens 
necə heyrətləndisə, hətta dizləri üstə qalxdı. 
–  Professor  Məmmədhüseyn  Təhmasibi  yaxşı 
tanıyıram  mən,  –  dedi.  Göyçə  aşıqlarından  dastan 
toplanmasında  iştirak  eləmişəm.  "Aşıq  Qəribi"  də 
mən  vermişəm  ona.  Amma  nədənsə  mənim  verdi-
yim mətn OdƏrUn variantını yox, savadsız bir aşığın 
danışdığını  yazıb".  Düzdür  bunu  deyən  erməni  Ka-
ranes  Karapetyandır  və  o,  həmin  Karapetyandı  ki, 
"Taqanroq"  diviziyasında  qeyri-adi  qəhrəmanlığı  ilə 
fərqlənən  azərbaycanlı  Uğur  Mağarov  haqqında  iki 
daşın  arasında  da  olsa,  "material"  vermişdi  KQB-yə. 
Buna-Erməninin  dediklərinə  inanmaq  çox  çətindir. 
Amma  düşünsək  ki,  Karapetyan  bu  fikirləri  heç  bir 
təzyiq  altında  deyil,  sadəcə  vicdanının  səsi  ilə  etiraf 
etmişdir,  bu  etiraf  isə  azərbaycanlıların  heç  bir  vəh-
şiliyə,  fitnəyə  baxmadan  öz  əqidələrindən:  insan-
sevərliyindən,  qonaqpərvərliyindən,  dürüstlüyün-
dən yaranmışdır, deməli, yazıçı Karenesin fikirlərini 
təqdir edir. Bir anlıq 1930-cu - 1940-cı illəri yada salıb 
gözlərimiz  önündə  canlandırsaq,  o  dövrdə  bir  çox 
qeyri-adi  hadisələrin  baş  verdiyini  görmüş  olarıq. 
"Kitabi-Dədə  Qorqud"  dastanını  repressiyaya  məh-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
94 
kum  edən  bir  rejim  necə  olur  ki,  şifahi  xalq  ədə-
biyyatımızın  toplanmasına  icazə  verir  və  pul  ayırır? 
Azərbaycanda  yaşayan  türkləri  sürgün  etməyi  dü-
şünən  bir  rejim  necə  olur  ki,  Cənubi  Azərbaycan 
haqqında  şeirlər,  romanlar  yazılmasına  start  verir? 
Əlbəttə  ki,  toplanan  bir  çox  mətnlər  təhrif  olunaraq 
yazıya  alınmış,  həqiqətlə  gizlədilmişdir.  Hətta  bir 
çox  tədqiqatçılar  bu  gün  o  dövrdə  qələmə  alınmış 
nümunələrin  yanlışlığından  söz  açır,  bəzi  nümunə-
lərin isə şəxslərin yaradıcılıqlarının məhsulu olduğu-
nu  sübut  etmişlər.  Bəli  bu  mətləblərin  araşdırılma-
sına  böyük  ehtiyac  var  və  tarixçilərin  bu  gizlinlərə 
bir daha dönmələrini və heç bir təzyiq olmadan doğ-
ru-dürüst tədqiq etmələrini səbrsizliklə gözləyirik. 
Əsərdə diqqəti çəkən bir məqam da var: Karanes 
"Aşıq  Qərib"  dastanının  tədqiqatçısı,  əsərin  baş  qəh-
rəmanı  Zahidi  Məhəmmədhüseyn  Təhmasiblə  tanış 
edən bir şəxsdir. Zahidin atası – Uğur Mağarova xə-
yanət edən Karanes OdƏr tarixinin üzə çıxmasını is-
təyən  şəxslərdən  biri  kimi  təqdim  edilir.  Elə  buna 
görə də canıyananlıq edib Zahidi Məhəmmədhüseyn 
Təhmasiblə görüşdürür və onun aspiranturaya daxil 
etdirməsini  tapşırır.  Məhəmmədhüseyn  Təhmasib 
isə  onu  qəbul  edir  və  Zahidin  izinə  düşdüyü  və  bu 
məqsədlə  də  yazdığı  "Aşıq  Qərib"  dastanında  tarixi 
həqiqətlər" əsərini oxuyur və ona deyir: – İlk rəyi res-
publikanın  ən  yüksək  instansiyasından  eşidəcəksən. 
Yəni  mənim  fikrimi  instansiyanın  rəyindən  sonra 
biləcəksən". Bundan sonra isə "respublikanın ən yük-
sək  instansiyasından"  rəy  bildirilir:  Zahid  Mircəfər 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
95 
Bağırovun kabinetinə çağırılır "Oxu tar" yazan Müş-
fiqin  yolu  ilə  gedirsən?"  deyilib  istintaqsız,  filansız 
həbs edilir. 
Bu, diqqətli oxucunu heyrətləndirən bir məqam-
dır.  Çünki  Karanes  bir  zamanlar  Zahidin  atası  ilə 
dostluğunu,  onlara  yaxınlaşmasını  gizli  erməni  kəş-
fiyyatının  əli  ilə  etdiyini  etiraf  edərək,  haqqında 
"material"  verib  "qızıl  medalı"  iki  "qırmızı  medal"la 
əvəz  etdirməsi  günahını  yuyub,  unutqan  bir  xalqın 
övladını yenə aldatmışdır. Uğur Mağarov erməninin 
–  Karanesin  OdƏr  tarixini  bilməsini  və  ona  bəzi 
mətləblərdən danışmasını xoş niyyət kimi qəbul edib 
yenə  evinə  almışdır.  Və  sonda  yenə  onun  fitnəsi  ilə 
şəcərənin  davamçısı,  Uğur  Mağarovun  oğlu  Zahid 
Mağarovu  tələyə  salmışdır.  Onların  kimliyini  bilən 
bu  erməni  məkrli  biri  olduğunu  bir  daha  göstərmiş 
olur və yenə öz əlimizlə susduruluruq. Zahid bu işlə-
rin  başında  erməni  olduğunu  əsərdə  heç  düşünmür 
də. Çünki o, yazdığı gizlin tarix kitabını ilk dəfə Mə-
həmmədhüseyn  Təhmasibə  vermiş  və  ondan  sonra 
həbs edilmişdir. 
Əsərin  müsbət  sonluqla  bitməsi  oxucunu  ümid-
ləndirir.  Dastan  üzərində  qurulan,  "Qırx  kisə"dəki 
qızılın  OdƏr  dilindəki  sözlər  olduğunu  məharətlə 
oxucuya  izah  edən  yazıçı  OdƏr  həqiqətlərini  öyrə-
nən Zahidə axır ki, sevgilisi Nəsibədən "hə" cavabını 
eşitdirmiş  və  vüsala  çatdırmışdır.  Mircəfərin  Bağı-
rovun  edam  edilməsi  ilə  azadlığa  çıxan  Zahidi  sev-
gilisi qarşılayır. Bu bir ümid işığıdır. Demək ki, şəcə-
rə  hələ  də  yaşayır,  gizlədilmiş  tarixlərin  ortaya  çıx-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
96 
masına ümid var. Bu ümidi isə onların yanında olan 
Nəsibə kimi türk qızlarının dəstəyi ilə həyata keçiri-
ləcək.  Əsərin  qəhrəmanı  Zahid  sanki  İsa  Muğan-
nanın prototipidir. Çünki onun vərəsənin nümayən-
dəsi  olması,  dünyagörüşü,  taleyi,  filoloq  olması,  öz 
xalasıqızını  sevməsi,  onunla  evlənməsi  və  sairə  bir 
çox  xüsusiyyətlər  İsa  Muğannanın  yenə  tanıdıqla-
rından  yazmasına,  həm  də  çox  yaxından  tanıdıqla-
rından  yazması  ideyasına  sadiq  qaldığını  göstərən 
amildir.  Bu  dəfə  isə  tanıdığı  özü  və  bu  gün  də  ona 
dəstək olan sevimli ömür-gün yoldaşı Firuzə xanım-
dır. Bu əsəri yazmaqla İsa Muğanna SafAğ elmi haq-
qındakı fikirlərin bədii təxəyyülün məhsulu olduğu-
nu  yox,  bir  tarix  olduğunu  göstərmək  istəmişdir, 
bəlkə  də.  Çünki  heç  bir  müsahibəsində,  heç  bir  mə-
qaləsində,  heç  bir  söhbətimizdə  mən  oxumadım  və 
eşitmədim ki, İsa Muğanna desin ki, filan obraz bədii 
obrazdır,  bədii  priyomdur,  bədii  təxəyyüldür,  bədii 
təhlildir.  "İdeal"dan  bu  tərəfə  yaratdığı  OdƏr  həqi-
qətlərini bilən obrazların tarixi şəxslər olduğunu vur-
ğulamağa  və  oxucularını  inandırmağa  çalışmışdır 
həmişə. Xalq yazıçısı Anarın bir sözü var: "İsa yazdı-
ğına inanan, inandığını yazan bir sənətkardır". Bəli o 
məhz  inandığını  yazan  sənətkardır.  "İnandığı"  dedi-
yimiz  mətləblər  isə  ona  nəslini  tanımasından,  tarixi 
yaxşı  bilməsindən  gəlir.  Bəzən  şərti  terminlər  yara-
daraq  bəşər  övladının  yaradılış  nəzəriyyəsini  ortaya 
qoymağa çalışır. Amma heç bir ideyasında şovinizm 
yoxdur.  Sadəcə  dünyanın  şər  qüvvələrdən  xilasını 
istəyən və gözləyən bir dahi idi İsa Muğanna. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə