Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə33/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
119 
götürməsi  heç  “İlan  Zəhəri”nin  saflaşmağına  gətirib 
çıxarmamışdı.  “Atası  bizdən  ayrı  olanın  özü  bizdən 
ikiqat  ayrı  olmalıdır.  Əmma  ayrılmalarımızı  qaytarmağa 
qadir  elmimiz  var.  Elm  qüdrəti  ilə  Şiə  zəhərindən  təmiz-
lənib  saflaşanda  bu  ahunun  qəlbində  tək  bir  kişi  surəti 
hakim  olacaq”–  deyib  İnanc  Xatunu  altı  illik  “Əxi 
baxışı” ilə “ilan zəhəri”ndən təmizləyib sonra onunla 
evlənsə  də,  qarışıq  qanın  təmizlənmədiyinin  şahidi 
oluruq.
77
 
O,  Həsan  Səbbah  kimi  hiyləgərin  hiyləsinə  uya-
raq  fitnələrindən  əl  çəkmir.  Bu  barədə  də  sonrakı 
səhifələrdə  geniş  danışacağımızdan  fikrimizi  burda 
yekunlaşdırırıq. 
“GurÜn”  romanının  “Elm”  adlanan  bölməsində 
istər sadəcə diktə edən yox, bəzən hadisələrə öz mü-
nasibətini bildirən EySarın  şərhlərində,  istər Əxi Ba-
banın Nizamiyə elmin yarım qalmış sirlərini – Niza-
minin  də  bilmədiyi  tarixiliyi  min  il  sonra  oxucu  ilə 
bərabər dərk etdirməsi əsərin nəbzini tuta bilən oxu-
cunu heyran edir. Oxucu sanki zamansız bir məkana 
düşmüş olur. Keçmişlə indinin  içində özü də bilmə-
dən  fəlakətlərə  düçar  olmuş  həqiqət  elminin  müridi 
olur.  İsa  Muğanna  Nizami  şəxsiyyətinə,  elminə,  dü-
hasına, fəlsəfəsinə həm tarixi, həm elmi yanaşma  ilə 
bərabər  onun  fəaliyyət  və  yaradıcılığında  cəsarətli 
şəkildə  bir  sirli  dünya  olduğunu  meydana  qoymuş-
dur. Nizamini sadəcə “Xəmsə” müəllifi kimi tanıyan 
oxucu bu əsərdən sonra Şeyxin bir peyğəmbər missi-
yasına  sahib  olduğunu  görür.  “Sirlər  xəzinəsi”ni 
                                                 
77
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6.Yenə orda, s 5-6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
120 
oxuyub, bəlkə də, fərqinə varmadığı məsələlərə yeni-
dən baş vurmağa meyillənir. 
Maraqlı məqam ondan ibarətdir ki, həm Nizami, 
həm  də  onun  mürşidi  Əxi  Baba  dünyanın  sirlərinə 
tam hali deyil. Onlar  da EySara üsyan edir. Muğan-
naya  görə  Nizami  otuz  dörd  yaşında  zühur  etmiş 
İsanın  –  Həqiqətin  təkrarıdır.  Nizami  elmin  təhlü-
kədə olduğunu Məhəmməd Cahan Pəhləvana anlat-
maq  istərkən  deyir:  “Eysar  otuz  dörd  yaşında  gedib 
Yerusəlimə. Mənim otuz dörd yaşım var. Xəlifə nəvəsi ilə 
evlənməmişəm.  Beynimdə  SafAğ  İşığı  məkr  yeməyib.  Sən 
isə  lap  Kamil  məkr  mücəssəməsinə  çevrilmisən,  Pəhləva-
nımız”.
78
 
Əxi  Babanın  vasitəsilə  ona  Ün  göndərən  EySar 
Nizaminin  özüdür.  Çünki  Nizami  də  məkr  və 
hiylədən,  qaranlıqdan,  uzaq  otuz  dörd  yaşlı  bir  ka-
mil insandır. Nizaminin kamilliyi onun Eysarla eyni-
ləşdirilməsinə  gətirib  çıxarır.  Nizaminin  sahib  oldu-
ğu elm də dünyanı dərk etmək üçün ona kömək et-
mir.  Əsərin  əvvəlində  bizim  üçün  ilahi  bir  qüvvə 
kimi  təqdim  edilən  Nizami  artıq  bir  real  insana 
çevrilib və xoşbəxtlik arzusunu dilə gətirir. "– Təcrid 
hücrəsində,  tənhalıqda  iki  il  Elm  qulu  olmağın  müqa-
bilində  təcrid-zəhər!..  Cahan  Pəhləvana,  Qızıl  Arslana, 
Bəhram  şaha,  Əmir  Daraya  taxt-tac,  Nizamiyə  Firdovsi 
“Şahnamə”sinin  xəzinəsində  əsirlik  (“Şahnamə”  rəmzi 
“dəstan”-  OdƏslin  (Yaradan  Həqiqətin  Yaradan 
Ünü)  dərslik  idi.  “Şahnamə”nin  xəzinəsində  əsirlik” 
ifadəsi  çətin  anlaşılan  rəmzlər  içində  batıb  qalmaq 
                                                 
78
 Yenə orda, s 5-6. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
121 
deməkdir.)  müqabilində  yenə  təcrid-zəhər!..  Xirqə  alan-
dan  sonra.  İcmalarda  dərvişlik  müqabilində  yenə  təcrid-
həzər!.. Təkyə alandan sonra, son dörd ildə gecəli-gündüz-
lü  moizələr  müqabilində  təcrid-zəhər!  Nəhayət,  icmaları 
xilas  etməyimin  müqabilində  təcrid-zəhər!”  Başqa  bir 
məqamda  isə  belə  deyir:  “OdAğÜzdə  Təkrarım,  Yerdə 
Təkrarım  –  Əxi  Babam,  ikisi  də  zülmkar!  Təkrarının  nə-
zərindən  təcrid  yaşamağı  ölümdən  betər  bildiyinə  görə 
Qutaybasından  təcrid  Nizami  özü  də  zülmkar!  Necə 
üsyan etməsin bədbəxt Nizami?!
79
 
Nizaminin  bu  üsyanını  anlayışla  qarşılayan  Əxi 
Baba  ona  daha  böyük  zərbə  vurur.  İnsan  oğlunun 
xoşbəxtliyini  uzun  illər  bundan  öncə  əlindən  uçur-
duğuna eyham vuraraq deyir: 
“Gecəli,  gündüzlü  moizələr”ində  hər  gün,  hər 
gecə təkrar etdiyin adi həqiqəti təkrar edirəm: “Xoşbəxtlik 
Simurğ quşunun belində uçub gedib”. Nə vaxt? Min yüz 
yetmiş beş il əvvəl, EySar anadan olan günü Bağ Atamız 
uşağı böyük oğlu Ulu Bağ ƏsƏlMənə tapşırıb, SimƏrAğ 
gəmisinə  minib  gedib,  Əxilərimizdən  qeyri  bir  kimsənin 
xəbəri  yoxdur  ki,  BağAtamız  bir  də  otuz  dördüncü  ilin 
yayında,  EySar  Yerusəlimdə  çarmıxa  çəkilən  günü  Yerə 
enib, ƏrEvOdunu aparıb gedib”
80

Nizaminin  Afaqla  evlənməsi  zamanı  Uca  Ün 
yenə  əsərin  təhkiyəsinə  müdaxilə  edib  Muğannaya 
bəşəri  sual  ünvanlayır:  “  Sən  danış,  Bağ  HəmOdum 
Muğanna. De görüm, Nizami təkyəsinin qapısında baş ve-
rən bu hadisə xoşbəxtlikdir, ya bədbəxtlik?” 
81
 
                                                 
79
 Yenə orda, s 5-6. 
80
 Yenə orda, s 5-6.
 
81
İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri, 2013, s 5-6. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə