Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə41/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
147 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II FƏSİL 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığına müqayisəli baxış 
 
 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
148 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
149 
2.1. İsa Muğanna həqiqəti Hüseyn Cavid 
işığında 
 
Köklü  ənənələri  olan  Azərbaycan  ədəbiyyatının 
nümayəndələri dünya mədəniyyətinə böyük töhfələr 
vermiş,  onu  əsrlərlə  istiqamətləndirmişdir.  Klassik 
Azərbaycan-Türk  mədəniyyətinin  böyük  şəxsiyyəti 
Nizami  Gəncəvi  yaradıcılığı  nəinki  əsrlərlə  şərq 
fəlsəfəsinin,  təfəkkürünün  formalaşmasında  önəmli 
yer  tutmuşdur,  hətta  orta  əsrlər  Avropa  ədəbiyya-
tının  yeni  düşüncədə  yaranmasına,  inkişafına  təkan 
vermişdir.  Ədəbiyyatın  bir  mövzusu  var:  insan. 
Nizaminin  insan  konsepsiyası  dünya  ədəbiyyatını 
daima heyrətləndirmiş, bu gün də heyrətləndirmək-
dədir.  Zaman-zaman  həm  yazıçılar,  həm  də  ədəbiy-
yatşünaslıq  Nizami  yaradıcılığına  müraciət  etmiş  və 
bu müraciətlə Azərbaycan-Türk təfəkkür ilə tanış ol-
muşlar. 
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionu-
nun  yox  bəşəriyyətin  şair  və  ya  yazıçısı  meyarı  ilə 
araşdırsaq,  Azərbaycan  ədəbiyyatında  yetərincə  bu 
cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən 
ədiblərimizdən  Nizami  Gəncəvini,  İmadəddin  Nəsi-
mini,  Məhəmməd  Füzulini,  Mirzə  Fətəli  Axund-
zadəni,  Seyid  Əzim  Şirvanini,  Məhəmməd  Hadini, 
Hüseyn  Cavidi,  Yusif  Vəzir  Çəmənzəminlini,  Məm-
məd Səid Ordubadini, İsa Muğanna və s. kimi şair və 
yazıçılarımızı misal çəkə bilərik. 
Hər  bir  xalqın  ədəbiyyatı  digər  xalqlar  üçün  o 
zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
150 
öz  orijinallığı  ilə  təqdim  edilsin.  Dəblə  yazılan  bədii 
əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda 
parlar  və  sönərlər.  Lakin  milli  düşüncənin  alt  qatın-
dakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa 
və  ümumilikdə  bəşəriyyətə  xidmət  edərsə,  o  zaman 
bütün maneələri asanlıqla dəf edər və zirvədə görü-
nər. Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, 
Tolstoy,  Nəsimi,  Hüseyn  Cavid,  İsa  Hüseynov  kimi 
dahilərin yaradıcılığını misal çəkmək olar. 
Bu məqalədə daima həqiqət axtarışında olan, bə-
şəri faciələri ürək ağrısı ilə qələmə alan, öz yozumları 
ilə milli ədəbiyyat köynəyində bəşəri ədəbiyyat yara-
dan iki böyük Azərbaycan yazıçısının: Hüseyn Cavid 
və İsa Muğanna ideyalarındakı oxşarlıqları müqayisə 
etməyə çalışacağıq. 
Hüseyn  Cavid  (1882-1941)  XX  əsrin  əvvəllərin-
dəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarla-
rından biridir. Yaradıcılığında poeziya və dramatur-
giyadan  istifadə  edən  sənətkar  Azərbaycan  roman-
tizminin banilərindəndir. Onun "İblis", "Şeyx Sənan", 
"Peyğəmbər",  "Topal  Teymur",  "Xəyyam",  "Səyavuş" 
kimi pyesləri dünya ədəbiyyatının incilərindədir. 
Bütün  yaradıcılığı  boyu  xeyirlə  şərin  mübarizə-
sini təsvir edən H.Cavid əsas qayəsi, ideyası kimi hu-
manizm,  insanpərvərlik  mövqeyindən  çıxış  edərək, 
müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu 
əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu 
kütlələrinə sevdirməyi bacaran bir sənətkardır. 
“Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam” pyes-
lərində  dramaturqun  qarşıya  qoyduğu  məqsəd  haq-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
151 
qa-həqiqətə  qovuşmaq  yollarını  arayıb  axtarmaq  və 
bunun geniş həcmdə bədii həllini vermək olmuşdur. 
Şeyx Sənanın, Peyğəmbərin, Xəyyamın - hər üçünün 
haqq-həqiqət  yolunda  təsəvvürləri  müxtəlif  olduğu 
kimi, ona qovuşmaq yolları da müxtəlifdir. 
İsa  Muğanna  isə  (1928-2014)  Azərbaycan  magik 
realizminin,  postmodernizmin  yaradıcılarından  biri 
kimi tanınır. Onun yaradıcılığını tədqiqatçılar iki bö-
yük mərhələyə bölür: birinci dövr İsa Hüseynov kimi 
ömrünün 40 ildən çoxunu realist bir sənətkar olaraq, 
ikinci  dövrü  isə  1980-ci  illərin  sonundan  başlayaraq 
bütün keçmiş üslubunu, ideya və bədii düşüncəsini, 
ümumiyyətlə  yaradıcılığını  bir  kənara  qoyaraq 
modernist  bir  yaradıcılığa  İsa  Muğanna  kimi  başla-
yıb,  həm  öz  yaradıcılığında,  həm  də  Azərbaycan 
ədəbiyyatında yeni bir çağ açan filosof sənətkar kimi 
yaşayıb yaradan yazıçı. 
Onun  "Yanar  ürək",  "Teleqraf",  "Tütək"  kimi 
əsərləri yaradıcılığının birinci dövrünün dəyərli əsər-
ləri  hesab  edilirsə,  "Məşhər",  "İdeal",  "Cəhənnəm", 
"GurÜn"  kimi  əsərləri  yaradıcılığının  ikinci  mər-
hələsini  təşkil  edir.  Akademik  İsa  Həbibbəyli  İsa 
Muğannanın  yaradıcılığının  ikinci  hissəsinə  qiymət 
verərkən  demişdir:  "İdeal"  romanı  çap  olunduqdan 
sonrakı  şəxsi  həyatı  və  yaradıcılığı  göstərdi  ki,  İsa 
Hüseynov  özünün  bu  əsərlərində  inandığı  və  sanki 
hətta  yaşadığı  dünyanı  təqdim  etmişdir.  “İdeal”da 
və sonrakı əsərlərində İsa Hüseynovun inanaraq for-
malaşdırdığı SafAğ dünyası ədəbiyyat üçün utopiya 
kimi görünsə də, İsa Hüseynov üçün gerçəkliyin ifa-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə