Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə43/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
156 
mamışdan  öncə  bu  iddiada  olmuşlar.Bütün  yaradıl-
mışlar  eynidir  deyib,  insanlıq  deyərək  hakimiyyət, 
imperiya quran peyğəmbərlərin sonrakı davamçıları 
təkəbbür  və  kibrdən  insanların  onlarla  eyni  düşün-
mədiyini  Allahı  tanımadıqları  kimi  qiymətlənidirb 
qılıncdan  keçirmiş  və  ideyaları  istədikləri  kimi  də-
yişdirmişlər. 
"İdeal" əsərinin başqa bir yerində isə İlahi səs İsa 
Muğannaya  deyir:  "Oxuma  o  tərcümələri.  Nizami 
yox  dərəcəsindədi  o  zər  cildlərin  içində.  "Xəmsə"də 
(Nizami  Gəncəvinin  "Xəmsə"si  nəzərdə  tutulur.  İsa 
Muğanna  görə  bu  gün  bizə  təqdim  edilən  "Xəmsə" 
təhrif  olunmuşdur.),  yenə  deyirəm  "Allah"  yoxdur. 
"Peyğəmbər" var.
101
 
"Xəmsə"nin köynəyini cırıb atacam: "İslam" adla-
nanı  da,  "Xristianlıq",  "Büdpərəstlik"  adlananları  da 
cırıb  atacam!  Mifləri,  əfsanələri  məhv  edəcəm!"  Bu 
məqamda yenə Hüseyn Cavidin "Şeyx Sənan" əsərin-
dəki Dərvişini yenə xatırlayırıq: 
Əvət, Quran, Zəbur, İncilü, Tevrat 
Birər röya bütün əlvahi-aləm
Birər əfsanə, cənnət, ya cəhənnəm.
102
 
Bəli, maskalar nə qədər qəşəng görünsə də, yenə 
maska  olaraq  qalır  və  insan  onun  altındakı  həqiqəti 
görmək arzusu ilə yaşayır. İnsanın dini, milli köynə-
yini  soyundursan  altında  saf  insanı  görmüş  olarıq. 
İnsan ruhu var: tərbiyəli, tərbiyəsiz. O insanın ruhu-
nun tərbiyəsi ilə məşğul olmanın nəticəsidir ki, mən-
                                                 
101
 İsa Muğanna, İdeal, Bakı: Hədəf Nəşrləri, 2013 s 551. 
102
 Hüseyn Cavid. Seçilmiş əsərləri II. “Şeyx Sənan” pyesi. Bakı: Elm. 2007 s. 
172
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
157 
fi və müsbət olur, aqil və cahil olur, vicdanlı və vic-
dansız  olur.  İstər  kilsədə,  istər  sinaqoqda,  istər  mə-
bəddə,  istərsə  də  məsciddə  olub  ən  mömin  insan 
kimi görünsün, bircə dəfə Cavidin "İblis" pyesindəki 
Elxanın  ədalət  sınağından  keçirildikdə  onun  varlığı 
olduğu kimi ya ayaqlar altına töküləcək, ya da göy-
lərə uçacaq ki, toxunulmasın. 
Cavid  bu  səhnəni  islaholunmazların  gərəkli  cə-
zalarına  yetişən  bir  məqamı  kimi  çox  ustalıqla  ya-
ratmışdır.  Bu  islaholunmazlar  və  ölümü  vacib  olan-
lar kimdir; İbn Yəmin  və Zənci çavuş, bir papas, bir 
xaxam,  bir  iranlı  şeyx,  pis  xəstəliyə  tutulmuş  qara 
çarşaflı  bir  qadın  və  özü  kimi  sağalmaz  dərdə  düş-
müş on yaşlı bir cocuq. 
Səhnənin  gedişində  məlum  olur  ki,  papas  İncil 
adı ilə Ermənistana milli davanı qızışdırmaq üçün si-
lah daşıyırmış, əldə Tövrat tutub fransız casusu olan 
xaxam  Ərəbistanda  çaxnaşmalar  yaradırmış,  müsəl-
manların əli Quranlı şeyxi isə ingilislərə pul naminə 
casusluq  edirmiş.  Burnu  quruyub  düşmüş  qara  çar-
şaflı  qadın  isə  özü  kimi  xəstə  cocuğu  ilə  Kərbəlaya 
gedib şəfa tapmaq ümidi ilə öz zöhrəvi azarını min-
lərlə  sağlam  adam  arasında  yayacaqmış.  Bu  sağal-
maz,  islaholunmazların  bir  çarəsi  var.  O  da  Elxanın 
haydutları  tərəfindən  həyata  keçirilən  ölüm  hökmü-
dür. 
Böyük  Cavidin  bu  hökmü  indi  də  qüvvədə  olsa 
idi,  cəmiyyət  nə  qədər  saflaşıb  paklaşa  bilərdi.  İblis 
məhz  Elxanın  məhkəməsini  görəndən  sonra  mənən 
az  da  olsa,  sarsılır  və  iblisləşmiş  insanları  ittiham 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
158 
edən son monoloqunu söyləyir. Cavidin yaratdığı El-
xanın  divanı  olan  yerdə  İblisə  yer  yoxdur.  Çünki 
onun  tora  saldıqları  ya  tövbə  edib  haqq  yoluna  qa-
yıtmalı,  ya  da  islaholunmaz  məqamında  məhkum 
olunub  məhv  edilməlidir.  Cavid  romantikasının 
məhsulu  olsa  da,  Elxan  divanı  Tanrının  qiyaməti 
kimi yoldan azmışlara xəbərdarlıqdır. 
İsa  Muğannanın  konsepsiyasını  özündə  daşıyan 
birinci  nümunəyə  diqqət  edək.  Əlbəttə  ki,  Allahın  – 
Bağ  Atanın  oğulları  kimi  təqdim  edilənlər  İsa  Mu-
ğannanın  icadı  deyil.  Dördü  də  dinlərin  müqəddəs 
bir  insan  kimi  təqdim  etdiyi  peyğəmbərlərdir.  Mu-
ğanna onları bir olan Allahın oğlu kimi təqdim edir. 
Bu isə insanları qardaşlığa, birliyə sasləməkdir. 
Matthev  Slik  "Tanrının  oğlu  ola  bilməzmi?"  mə-
qaləsində müsəlmanların Tanrının oğlu ifadəsinə ya-
naşmasını  izah  edərkən  yazır:  Bəzi  müslamanlara 
görə "Tanrı oğlu" termini bir növ uşaq doğan, tanrıça 
arvadı  olan  bir  Tanrı  fikrini  ağıllarına  gətirməkdir. 
Xristianlar "Tanrı oğlu" ifadəsini İsaya aid etdiklərin-
də  müsəlmanlar  anında  Xristianların  Tanrının  Tan-
rıça arvadı ilə birlikdə bir cinsi əlaqəyə girdiyini ifa-
də  etdiklərini  zənn  edib  Xristianların  Tanrıya  layiq 
olmayan bir əməlini qəbul etmirlər.
103
 
Tamamilə  doğru  yanaşmadır.  İsa  Muğanna  da 
Tanrının oğlu dedikdə, heç də onun bir arvadı oldu-
ğunu  demək  istəməmişdir.  "İnsanı  insana,  Yer  plane-
tini  kainata  bağlayan  Bağ  Ata  adlanır.  Təkdir, 
                                                 
103
 Şəmil Sadiq, "İsa Muğanna Həqiqəti Hüseyn Cavid İşığında", 525.az 
(07.07.14) 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
159 
lailahəilləllahdır"  deyirdi İsa Muğanna. Bu  ifadəni  isə 
bütün  dini  kitablar  deyirlər.  Allahın  oğlu  ifadəsi 
simvolikasının  batininə  enən  Nəsimi  isə  "Ənəlhəq" 
deyirdi.  Və  bu  "ənəlhəq"  –  "mənəm  allah"  və  "allah 
məndədir" deyən Nəsimi "Allahın oğlu İsadır" deyən 
Xristianlardan  daha  cəsarətli  addım  atmışdır.  Bu  in-
sanın Tanrısına olan sevgisi və humanizmindən irəli 
gəlir.  Əlbəttə  ki,  yaradan  yaratdıqlarına  öz  nurunu, 
öz ruhunu qatmışdır. Dinlərin Allahın yerdəki elçisi, 
sözçüsü  kimi  təqdim  etdiyi  müqəddəslərə  Tanrının 
oğlu demək isə heç bir qəbahətli iş deyil. Məgər hər 
bir insan yaratdığı əsərinə məcazi mənada öz övladı 
demirmi?  Tanrının  yaratdığı  mükəmməl  insan  da 
onun övladı hesab edilməlidir. Məcazi mənada pey-
ğəmbərləri  Tanrının  oğlanları  hesab  etmək  isə  dinə 
heç  bir  ziddiyyət  təşkil  etmir.  Əksinə  dinin  mövqe-
yini  təsdiqləyir.  İsa  Muğanna  da  Tanrının  oğulları 
deyərək  təqdim  etdiyi  peyğəmbərlərə  ilahi  qüvvə 
kimi baxır, onları və onların ideologiyalarını məkirli 
insanların  bulaşdırdığı  çirkabdan  təmizləyib,  saflaş-
dırıb öz dərk etdiyi kimi bəşəriyyətə təqdim edir. Bu 
təqdimatda modern yanaşma var. Bu modern yanaş-
ma  insan oğlunun yaşadığı bu böyük dünyada qan-
sız, müharibəsiz, hiyləsiz, Nizaminin, Nəiminin, Nə-
siminin,  Hötenin,  Cavidin  axtarışında  olduğu  kamil 
insan modelini xatırladır. 
İsa Muğanna bütün  əsərlərində demək olar ki, bə-
şəriyyətin qəbul etdiyi peyğəmbərlərə hörmətlə yanaşır 
və adını çəkib öz yozumunu verir. Hətta bəzi din alim-
lərinin  söylədiyi  "bütün  peyğəmbərlər  bir  nəsildəndir" 
fikrini  bədii  yolla  ifadə  edir  deyə  bilərik.  "İdeal"  əsərində 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə