Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə45/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
163 
zımdır.  İvanuşkadan  ötrü  o,  xarici  ölkə  casusudur, 
tarix professoru Berliozdan ötrü ağlını itirmiş sərsəri, 
yabançıdır,  Styopa  Lixodeyevdən  ötrü  cadugərdir, 
Masterdən ötrü isə ədəbi personaj. Lakin əslində Vo-
land İblisin özüdür".
108
 
"Cəhənnəm"  romanında  isə  Bünyad  bəy  1906-cı 
ildə  Zeynalabdin  Tağıyevi,  Doktor  Nərimanı  zəhər-
ləyən,  Həmid  Sultanovu,  Baba  Əliyevi,  Səməd  Vur-
ğunu,  Mehdi  Hüseyni,  Muğannanını  zəhərləmək  is-
təyən iblisdir ki, birincisi "Qızıl ilandı", ikincisi “Çax-
çuxdu” (alverçi), üçüncüsü – “hökmdar". "İblis" pye-
sində isə İblis gah xidmətçi, gah abid, gah zahid, gah 
da elə iblis kimi fəaliyyət göstərib öz kirli əməllərini 
həyata keçirir. 
"Qərb və Rus ədəbiyyatlarında da orta əsrlərdən 
bəri Dantenin “İlahi komediya”, Belmontun “Təbliğ-
çi  İblis”,  Kalderonun  “Ecazkar  sehrbaz”,  Bel  Conso-
nun  “Şeytan”,  Marlonun  “Doktor  Faust”,  Miltonun 
“Qeyb  edilmiş  cənnət”,  Hötenin  “Faust”,  Bayronun 
“Qabil”, Lermontovun “Demon” əsərlərində İblis öz 
müxtəlif,  çoxcəhətli  təzahürləri  ilə  şər  qüvvə  kimi 
təsvir olunmuşdur".
109
 
"Cəhənnəm"  romanının  finalı  müəllifin  dilindən 
verilmiş:  "-Cəhənnəm  məkanını  tap,  ey  "ins",  o  fan-
tastikasız fantastika sənin özündə deyilmi?! "cümləsi 
ilə yekunlaşır. Burda Hüseyn Cavidin "İblis" pyesin-
dəki  İblisin  son  monoloqu  diqqətimizi  çəkməyə  bil-
məz:  
                                                 
108
 kult.az/az/6947/bulqakovun-staline-mesaj 6. bulqakovun-staline-mesaj
 
109
 İsmayılov Ə, Dünya romantizm ənənələri və H.Cavid. Bakı:Yazıçı ,1983, s 
33. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
164 
– Mən tərk edirəm sizləri əlan nəmə lazım? 
Heçdən gələrək heçliyə olmaqdayım azim. 
İblis nədir? 
– Cümlə xəyanətlərə bais… 
Ya hər kəsə xain olan insan nədir? 
– İblis!..
110
 
Hər  iki  müəllifin  qənaətinə  görə,  əgər  dünyanı 
bu  qədər  iblisləşmiş  insan  bürümüşsə  və  onlar  dinc 
dövrdə belə hər kəsin xoşbəxtliyinə mane olub, mü-
haribə dövründə milyonları məhvə məhkum edə bi-
lirlərsə, onda mövhumi İblisə, cəhənnəmə daha ehti-
yac yoxdur. 
Bünyad bəydən fərqli olaraq Arif içindəki iblislə 
mübarizəyə qalxdı, amma o, bunun fərqinə varmadı, 
çünki Arif, İblisi  içində yox, göylərdə təsəvvür edir-
di.  İblisin  yaranmasının  da  günahını  Allahda  görür-
dü  və  son  nəticədə  öz  daxili  aləmini  təmizləyə,  saf-
laşdıra bilməyən Arif qəlbindəki iblisə uydu. 
"Cəhənnəm" əsərindən verilmiş "ömrü onsuz da 
işgəncələr içində keçən insanı bir daha, özü də daima 
əzaba  salmağa  hansı  vicdansız  yaradıcıya  lazım 
olub?"  sualını  müəllif  özü  vermişdir,  amma  Hüseyn 
Caviddə  Arif  İblislə  mübarizəyə  qalxmışdı.  Nəzərə 
alsaq  ki,  obrazları  dindirən  də  müəllifdir,  deməli 
həm Hüseyn Cavid, həm də isa Muğanna bəşər övla-
dının  iblis  xofunu  yalnız  öz  bətnindən  təmizləməyi 
tövsiyə etmişdi. 
İsa Muğannanın digər bir əsərində – "GurÜn" da 
müəllifin  dilindən  verilən  şərhdə  yazılır:  "Mehdi", 
                                                 
110
 Hüseyn Cavid, Seçilmiş əsərləri III cild. Bakı: Elm. 2007. s 119. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
165 
"Məhəd" – BağOd "Həmid" – HəmOd, "Məhəmməd" 
-BağHəmOd  və  sair  rütbələr  –  adlar  Sahib-zaman 
EySara, həm də EySarın "GurÜn"nü yazan BağHəm-
Oda  aiddir.  Odur  ki,  Eysarın  özü  ilə  birlikdə  Bağ-
HəmOda  aiddir.  Odur  ki,  EySarın  özü  ilə  birlikdə 
BağHəmOdu da Sahibi-Zaman sayır".
111
 
Bu  mətndən  aydın  görünür  ki,  Muğanna  Mə-
həmməd peyğəmbəri də, İsa peyğəmbəri də zamanın 
sahibi  hesab  edir.  Bu  gün  şiələrin  zühurunu  göz-
lədiyi,  dünyanın  hökmdarı  hesab  etdikləri  Sahib-
zamana  da  hörmət  edir.  Onların  ideallarını,  başlat-
dıqları yolları bir-birindən fərqləndirmir. Bu mövqe-
ni  biz  sonuncu  din  olan  İslamda  da  görürük.  Bütün 
mənbələr  də  Məhəmməd  peyğəmbərin  İsanı  qəbul 
etdiyini,  onun  yolunu  davam  etdirdiyini  yazır.  De-
məli,  Muğanna  bədii  təfəkkürdən  çıxış  edərək 
keçilmiş  tarixi  öz  yozumlarında  ifadə  edir.  İnsanlıq 
haqqı  və  ədaləti  daima  axtardığı  üçün  bütün  din-
lərdə  haqq  sahibinin,  tanrı  elçisinin  bir  gün  yer 
üzünə yenə qayıdacağı inancı var. Xristianlar İsanın, 
müsəlmanlar  imam  Sahib-zamanın,  Buddistlər  Bud-
danın, onlardan daha qədim olan qədim türklər Gök 
Tanrı  dinində  Tanrı  Xaqanın  oğlunun  qayıdacağını 
gözləyirlər. 
"GurÜn"  əsərindən  digər  bir  məqama  diqqət 
edək:  SafAğ  alimləri  deyir:  "Quranın  bətni  var.  O 
bətnin də bətni var. Cəmi altı bətn var. Həqiqət yed-
dinci  bətnddir."  Ərəb  Xəlifəsi  Müstədbillah  deyib: 
"Altı  bətn  varsa,  həqiqət  necə  yeddincidə  ola  bilər?! 
                                                 
111
 İsa Muğanna, GurÜn. Bakı: Hədəf Nəşrləri. 2013 s 49.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
166 
Alimlərimiz  deyiblər:  "Yeddinci  bətn  Xəlifənin  sey-
findəki  "GurÜn"dədir,  onun  da  üstünə  qan  tökülüb, 
oxunmur!" 
Bu nümunədən aydındır ki, İsa Muğanna bütün 
dini  kitablar  kimi  Quranın  da  bugünkü  varinatının 
tam  olmadığı  qənaətindədir.  Bu  qənaətə  isə  İsa  Mu-
ğanna geniş mütailəsinin sayəsində gəlmişdir. Çünki 
dini  kitabların  təhrif  olunduğu  qənaətində  olan  bir 
çox  alimlər  var  ki,  fundamental  əsərlərlə  çıxış  edib-
lər. 
İsa  Muğanna  yaradıcılığının  manifesti,  bəyan-
naməsi  olan  bu  bir  səhifəlik  yazı  ilə  bəşəri  sevdiyini, 
dünyanı  sevdiyini  və  bunları  yaradanı  sevdiyini  uca 
səslə  elan  etdi.  Dini,  milli  ayrıseçkilik  qoymadan,  təri-
qətlərə  bölmədən  sevdi  və  kainatın  bir  həqiqətdən 
ibarət olduğunu elan etdi: Tanrı, insan, söz həqiqəti idi 
bu  vahid  həqiqət.  Yazını  İsa  Muğannanın  son  əlyaz-
ması  olan  "Mənim  məhəbbətim"  romanı  ilə  bitirirəm. 
Əminəm ki bu bir səhifəlik yazı İsa Muğannanın ideal 
işığında həqiqəti göstərməkdə bizə yardım edəcəkdir. 
"Məhəmməd peyğəmbərə – BağHəmOd BağÜnEyərə, 
Həzrət Əliyə, imamlara – EyMənlərə məhəbbətim heç bir 
məhəbbətlə  müqayisə  oluna  bilməz.  Vətənim  Muğan 
düzündən  sürülmüş  Muğannalara  –  BağÜnlərə  məhəb-
bətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. Muğan-
nalara  məhəbbətim  kamilliyə  doğru  gedən  Yer  –  EyƏr 
bəşəriyyətinə  məhəbbətdir.  Yer  bəşəriyyətinə  məhəbbətim 
kainatın  planetlərində  yaşayan  nəhəng  OdƏr  bəşəriyyə-
tinə  məhəbbətdir.  OdƏr  bəşəriyyətinə  məhəbbətim  Günə-
şin  daxilindəki  “Yadro”  –  EyOdƏr  planetinin  sahibi 
EyOdƏr  EyƏsÜn  babamıza  məhəbbətdir.  OdƏrcə  Ey  – 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə