Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə46/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
167 
uca deməkdir, Əs –yaradan deməkdir. EyƏsÜn – uca ya-
radan Ün deməkdir. EyƏsÜn babamızın oğlu BağBağÜn 
babaya,  BağBağÜn  babanın  oğlu  Bağ  Ataya  məhəbbətim 
heç  bir  məhəbbətlə  müqayisə  oluna  bilməz.  Bağ  Atanın 
birinci oğlu Süleyman peyğəmbərə - ƏsƏlmənə, “Solomo-
na” məhəbbətim, Bağ Atanın ikinci oğlu Nuh peyğəmbərə 
–  ÜnEyə  məhəbbətim,  Bağ  Atanın  üçüncü  oğlu  İbrahim 
peyğəmbərə – EvƏrimə, “Arrama” məhəbbətim, Bağ Ata-
nın dördüncü oğlu İsa peyğəmbərə - Eysara , "İsayi məsi-
hə”,  “Yisusa”  məhəbbətim  heç  bir  məhəbbətlə  müqayisə 
oluna  bilməz.  OdƏrcə  Sar  –  “çar”,  hökmdar  deməkdir. 
EySar – uca hökmdar deməkdir. Min nəfər Bağın SimOd 
məclisində EySar  – ƏlAğ seçilib. Əl həm  də oğul demək-
dir. Ağ – SafAğ (ən təmiz) insan və SafAğ elmi deməkdir. 
ƏlAğın  ərəbcə  təhrifi  “Allahdır”  EySar  ƏlAğa  məhəb-
bətim  heç  heç  bir  məhəbbətlə  əvəz  oluna  bilməz.  EySara 
məhəbbətim  sənətə  məhəbbətdir.  Sənətimə  məhəbbətim 
Sözə  –  ƏsÜzə  məhəbbətdir.  Üz  həm  də  məna  deməkdir. 
Sözə  –  ƏsÜzə  məhəbbətim  SafAğ  elminə  məhəbbətdir. 
SafAğ elminə məhəbbətim cəmi Bağlara məhəbbətdir. Bağ 
insanı  insana,  EyƏr  bəşəriyyətini  OdƏrlərinə  bağlayan 
Bağ  –  Allah  deməkdir.  Bağlara  məhəbbətim  cəmi  kamil 
insanlara  ÜnƏslərə  məhəbbətdir.  Yer  üzündə  nadir  tapı-
lan  ÜnƏslərə  məhəbbətim  Heydər  babaya  –  Ulu  Öndərə 
məhəbbətimdir"
112
 
Dahilərin  yaratdığı  əsərlər  həmişəyaşardır.  Bu 
baxımdan  H.Cavidin  də,  İsa  Muğannanın  da  hansı 
əsərinə  müraciət  ediriksə,  bu  və  digər  cəhətdən 
müasir  dövrlə  səsləşir,  öz  aktuallığını  itirmir.  XXI 
                                                 
112
 İsa Muğanna, Mənim məhəbbətim, Bakı: Hədəf Nəşrləri 2014, s 12-13. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
168 
əsrdə,  yəni  hazırkı  dövrdə  Qərblə  Şərq  arasındakı 
iqtisadi  və  siyasi  qarşıdurmanı  qəsdən  xristian-mü-
səlman  münaqişəsinə  çevirərək  müharibə  təhlükəsi 
yaradan  din,  məzhəb  dəllalları  buna  sübut  deyilmi? 
Axı insanlığın yeganə çıxış yolu, milyardlarla insanın 
arzusu azad ticarət, sülh və əminamanlıq olduğu bir 
zamanda  müharibə  təhlükəsi  yaratmaq  istəyənlərə 
Cavidin təbirincə iblisdən başqa nə ad vermək olar? 
Fikrimizcə, məqaləni eyni ideya daşıyıcıları olan 
bu  ustad  sənətkarların  bəşər  övladına,  türkə  həyat 
tezisi  olan  fikirləri  ilə  bitirsək,  daha  münasib  olar. 
Hüseyn  Cavid  "Turana  qılıncdan  daha  kəskin,  ulu 
qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət 
"  fikrini  XXI  əsrdə  İsa  Muğanna  "Türkün  heç  bir 
düşməni yoxdur, bizim yeganə düşmənimiz cəhalət-
dir" deyə ifadə etmişdir. 
Hüseyn  Cavid  və  İsa  Muğanna  Azərbaycan,  o 
cümlədən,  dünya  ədəbiyyatındakı  yeganə  filosof 
yazarlardandır  ki,  onların  yaradıcılıqları  ilə  yaşa-
dıqları  həyat  gerçəkliyi  tamamən  vəhdət  təşkil  edir. 
Belə  ki,  hər  iki  şəxsiyyətin  bir  ömür  yazmaq  və  de-
mək  istədiklərini  öz  keşməkeşli  həyatlarında  da  ya-
şamış,  yaradıcılığı  ilə  bütövləşmiş  şəxsiyyətə  çevril-
miş,  ideallarına sadiq  qalmışlar. Məhz buna görə də 
bu  filosof-yazarlar  məişət  səviyyəsindən  çox  yuxa-
rıda durmuş, bəşəri ideyalar uğrunda qələmlə, sözlə 
döyüşmüşlər. 
 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
169 
2.2. İsa Muğanna yaradıcılığının "Ün" 
poemasındakı poetik təhlili 
 
Bu  yaxınlarda  xalq  şairi  Zəlimxan  Yaqub  mənə 
zəng  etmişdi.  "Zəlimxan  müəllimdir,  danışan"  de-
yəndə  bir  az  təəccübləndim.  Çünki  telefon  zənginə 
qədər elə bir ciddi münasibətimiz və ya ünsiyyətimiz 
olmamışdı.  Amma  bizi  bağlayan  bir  ortaq  bağ  ol-
duğunu  bilirdim.  Məhz  bu  ortaq  bağa  görə  sanki 
çoxdandır,  Zəlimxan  müəllimlə  münasibətlərimiz 
varmış  kimi  söhbəti  davam  etdirdik.  Əlbəttə  ki,  Zə-
limxan  müəllimi  şirin  və  zəngin  dilə,  rəvan  nitqə, 
xalq  təfəkküründən  süzülüb  gələn  türk-Turan  sev-
dalı,  haqq  və  ədalət  yükümlü  şeirlərə  sahib  bir  ədib 
olaraq əksəriyyət kimi mən də tanıyır və rəğbət bəs-
ləyirdim.  Lakin  bu  rəğbətin  əsas  səbəblərindən  biri 
Zəlimxan müəllimin də Ustad dediyi ustadım, böyük 
yazıçımız  İsa  Muğanna  idi.  İsa  Muğanna  Zəlimxan 
müəllimi  çox  istəyirdi.  Həmişə  ondan  söz  düşəndə 
böyük  hörmət  və  məhəbbətlə  danışardı.  Məhz  buna 
görə  də  zənnim  məni  yanıltmadı.  Söhbət  elə  ortaq 
bağımızdan getdi. Hələ uzun illər bundan qabaq İsa 
Muğannanın  "Yeni  Azərbaycan"  qəzetində  işıq  üzü 
görən "Zəlimxan Yaqub və "Bisütun"da külüng səsi" 
məqaləsində yazdığı  fikirlər onun Zəlimxan Yaquba 
verdiyi  böyük  dəyərin  nümunəsidir:  "Həq"dən  – 
Ağdan xəbər verən Ün eşidənlər əsla şübhə eləmirlər 
ki,  Zəlimxan  Yaqubun  səsi  də  "Həq"dən–Ağdandır" 
... " Külüngün "Bisütun"u Bağıstana döndərsin, bütöv 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
170 
Azərbaycanda,  vahid  Bağdayda  əbədi  vəkil  əbədi 
şeirin gurlasın"...
113
 
Söhbətimiz  zamanı  Zəlimxan  müəllim  dedi  ki, 
Şəmil, ustadımızı tez-tez yuxuda görürəm, gör yuxu-
da  mənə  nə  dedi?!  “Bilirəm,  məni  yaxşı  oxumusan. 
Ancaq sənə tam aydınlığı ilə çatmayan çox mətləblər 
var.  Qaldırdığım  problemlərə,  toxunduğum  məsələ-
lərə  yenidən  güzgü  tutmağa,  SafAğlara,  OdƏrlərə 
cəmiyyətdəki  təhriflərə  aydınlıq  gətirməyə  böyük 
ehtiyac  var.  Hər  şeyi  təzədən  başla,  məni  yenidən 
oxu,  ağlımın,  idrakımın,  təfəkkürümün  süzgəcindən 
keçən  nə  varsa,  hamısını  ürəyindən  keçir.  Mənim 
yaradıcılığım sağlığımda mən istəyən kimi açılmadı. 
İnanıram  ki,  onu  sizlər  açacaqsınız.  Vuruşun  təhrif-
lərlə,  SafAğlar,  Odərlər  dünyanın  naqis  işlərini  dü-
zəltmək  üçün  bizə  hava,  su  kimi  gərək  olacaq.  Mən 
yazdığımı  yazmışam,  dediyimi  demişəm.  Demədi-
yim çox şeyləri də ürəyimdə o dünyaya – inandığım 
dünyaya aparmışam. 
Son  söz  Odər  bəşəriyyətinin,  uca  hökmdarın  – 
EySarın, SafAğların olmalıdır. 
Mən  ölməmişəm!  Öz  fikir  gəmimdə  yol  gedir, 
dünyaya, dünyama və sizlərə baxıram.” (P.S. Zəlim-
xan  müəllim  mənə  telefonda  dediklərini  daha  bədii 
formada  poemanın  girişi  kimi  çap  etdirdiyi  üçün 
həmin mətni verməyi daha məqbul hesab etdim.
114
 
Mən də bu sözlərdən təsirlənib "Ün" adlı poema 
yazdım.  Göndərim  sənə,  ona  bir  yaxşıca  bax,  sonra 
                                                 
113
 İsa Muğanna, Seçilmiş əsərləri. VI cild. Bakı, Avrasiya press 2009. s 77. 
114
 Zəlimxan Yaqub, Azərbaycan jurnalı, Ün, N10. 2014, s 39.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə