Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə49/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
178 
təbliğ  etdiyinə  görə  həbs  olunub  Tiflis  həbsxana-
sında  bir  il  yatdıqdan  sonra  1906–cı  ildə  Bakıya  ge-
dərkən  SafAğ  elmi  haqqında  məlumat  toplamaq 
üçün yolunu SafAğ alimlərinin kəndi  Padişahlıqdan 
salıb,  orada  babamla  doğma  qardaş  qədər  yaxın-
laşdıqdan  sonra  1913-cü  ildə  Odessadan  təhsildən 
qayıdanda Zeynalabdin Tağıyevin kompanyonu, ba-
bamın əmisi oğlu “Xozeyin Məhəmməd”in vasitəsilə 
SafAğ təhsilli İsa əfəndini, kiçik qardaşı Musa ilə bir-
likdə Bakıya çağırtdırıb. Qara şəhərdəki hərbi gimna-
ziyaya  qəbul  elətdirib,  şəxsən  “silsilə”dən,  (Həllac 
Mənsurdan,  Firdovsidən,  Nizamidən,  Nəsimidən, 
Füzulidən,  Yunis  İmrədən)  özü  dərs  deyib.  Musa 
gimnaziyanı qurtarmamış xəstələnib Padişahlığa qa-
yıdıb"
122
 
 
İsa  Muğanna  istər  bədii  əsərlərində,  istər  müsa-
hibələrində,  istər  publisistik  məqalələrində,  istərsə 
də,  adını  çəkdiyimiz  "Həyatımdan  səhifələr"  əsərin-
də elə bir üslub seçib ki, oxucu birmənalı olaraq bü-
tün bu olanların bir bədii təxəyülün məhsulu yox, İsa 
Muğannanın öz taleyi olduğu qənaətinə gəlir. Çünki 
İsa  Muğanna  ədəbiyyatla  əbədiyyatın,  ədəbiyyatla 
həqiqətin,  ədəbiyyatla  tarixin,  ədəbiyyatla  göyün, 
ədəbiyyatla yerin arasında olan "sehr qoxuyan kişiy-
di" 
"İdeal"  romanı  ilə  əsası  qoyulan  SafAğ  elminin 
fəlsəfəsini bir dərviş kimi oxuculara izah etməyə çalı-
şan şair yazır: 
                                                 
122
 İsa Hüseynov, İlan dərəsi, Bakı: Hədəf Nəşrləri, 2013, s 16-17.
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
179 
SafAğ elmi deyir ki
Cahilliyə nöqtə qoy, 
cəhaləti məhv eylə. 
İnsanlar arasında 
Qanlı düşmənçiliyi, 
ədavəti məhv eylə. 
... 
SafAğ elmi deyir ki, 
Öz işini halal gör
Öz işini təmiz tut, 
Can gəldi-gedərdi, 
elmi candan əziz tut.
123
 
İsa  Muğanna  ideologiyasının  əsasında  duran  ən 
ali amal elm idi. SafAğ elmi. Bu elm cəhalətin kökü-
nü kəsmək, onu məhv etmək üçün işıq gəmiləri tərə-
findən  insan  oğluna  göndərilmişdir.  Lakin  insan 
oğlu  cəhalətə  uyaraq  bu  elm  qılıncının  qəbzəsindən 
tuta  bilmir,  onun  üçün  də  dünya  qan  gölünə,  bəşə-
riyyət nəfsinin qurbanına çevrilib. Bu misralarda Nə-
simi fəlsəfəsindən qaynaqlanan İsa Muğanna ideolo-
giyasının mayasını Zəlimxan Yaqub sanki Şah Xətayi 
modelinə  çevirib  oxuculara  təqdim  edir.  Bu  model 
İsa  Muğannanın  xalq  genetik  yaddaşından,  yoxluğu 
var  edən  ruhundan  yoğrulduğunu  daha  praktik  şə-
kildə göstərir. Seçilmişlər zamansız olsa da, dediklə-
rinin  zamana  görə  önəmi  daha  böyükdür.  Kodlaş-
dırılmış  mesajları  İlahi  Ünün  gücü  ilə  biri  seçilmiş 
bəşər  övladına  yetirirsə,  onun  həzm  olunmasında 
sonrakı  varisin  işi  daha  önəmlidir.  Muğannadan 
                                                 
123
 Zəlimxan Yaqub, Azərbaycan jurnalı, Ün, N10. 2014, s 12. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
180 
sonra  Zəlimxan  Yaqubun  bu  poema  ilə  üzərinə  gö-
türdüyü  mənəvi  yük  SafAğ  elminin  xalq  təfəkkü-
rünə, düşüncəsinə yaxınlaşdırması missiyasıdır. 
Səsi sazdan gəlirdi, 
ünü neydən gəlirdi. 
İstədiyi nə varsa, 
enib göydən gəlirdi. 
Mələklər qanad çalır, 
Göydə yalanlar olmur. 
Göydə təhriflər olmur
Göydə talanlar olmur. 
Göydə əqrəblər olmur, 
Göydə ilanlar olmur. 
İlana zəhər verən 
filan filanlar olmur. 
 
–  deyən  müəllif  bu  misralarla  adiliyin  içindəki 
qeyri-adiliyi, sadəliyin içindəki mürəkkəbliyi, yoxlu-
ğun  içində  varlığı  sözlərlə  yansıtsa  da,  Muğannanın 
yerdən  üz  döndərib  göylərə  olan  etibarının  və  ina-
mın  səbəblərini  daha  aydın  izah  edir.  Bir  çox  insan 
yerdə  olan  bəlaların,  faciələrin,  vəhşətlərin,  dəhşət-
lərin məhz göylərdən gəldiyinə bu gün də inanmaq-
dadır.  Bütün  dini  kitabların  söykəndiyi  bir  həqiqət 
var: cənnətdən yerə qovulan və ya göndərilən ilk in-
san  Adəmdir.  Və  bu  ilk  insan  həm  də  ilk  peyğəm-
bərdir.  Bu  gün  bəşəriyyətin  caynaqlarında  can  ver-
diyi  nəfs,  tamah,  qan  da  elə  Adəmin  ailəsi  ilə  dün-
yaya  tanışdır.  Bu  da  onu  deməyə  əsas  verir  ki,  göy-
lərdən yerə göndərilən Adəm özü ilə bir çox bəlaları 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
181 
gətirmiş  və  bəşəriyyətə  miras  qoymuşdur.  Yuxarı-
dakı misralara diqqət  etdikdə, Muğanna həqiqətinin 
nüvəsində  göylərin  paklığından  danışıldığını  görə-
rik.  Bəlkə  də,  məhz  bu  səbəbdəndir  ki,  insan  övladı 
bəzən  də  məcazi  anlam  daşıyan  göylərdən,  qutsal 
yaşam tərzindən qovuldu və dünyamıza göndərildi. 
(Bəlkə  də,  Adəm  yerə  endirilməmişdən  öncə  yerdə 
yaşayanlar vardı və bu yaşayanların xisləti pozulma-
mış,  korlanmamışdır.  Bəlkə  də,  Adəm  və  arvadının 
Tanrı  dərgahından  qovulandan  sonra  yer  üzündəki 
özbaşınalıqlarının qarşısını almaq üçün öz nurundan 
yaratdığı  yeni  bir  qövmü  Yerə  göndərib.  İstənilən 
halda  Göy  Yerdən  daha  pak  və  daha  aydındır,  həm 
materiya, həm də ideya baxımından.) 
Göylərin kir, ləkə, hiylə, təhrif saxlamadığı üçün 
aqil  insanların  əksəriyyəti  kimi  Muğanna  həqiqət 
Ününü  yalnız  göylərdən  eşitmək  istəyirdi.  Çünki 
günah  ifadəsi  göylərdə  yaşayanların  nə  ağlından 
keçir,  nə  də  dillərinə  gəlirdi.  Ustad  sənətkarın  eşit-
dikləri  və  ya  eşitmək  istədikləri  isə  o  qədər  batini 
mənalarla yüklü idi ki, yerdəki insan bunu anlaya və 
dərk etməkdə çətinlik çəkirdi. "Ün" poemasının mis-
raları isə bu simvolların açılmasında çətinlik çəkənlər 
üçün daha sadə dillə sirli elmi izah edir. 
Həmin batini elmdir, dindir ki, "bu din (və bütün 
dinlər)  məhəbbət  dinidir.  Qanun  və  ehkam  yığıntısı 
deyil. Biz ərəblərin, bizə "əcəm" deyərək ixrac etdik-
ləri din adlanan dəbilqənin altında can vermək üzrə-
yik!  (buna  deyərlər,  həyəcan  siqnalı,  yoxsa  "din  əl-
dən getdi, qoymayın, millət kafir oldu". Bunlar hamı-


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə