Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə51/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
186 
başlatdı, deyə bilərik. Bunun da nəticəsində də post-
modern  gənclik  yetişdi  və  “Yarımçıq  əlyazma”nın 
daşıdığı ideyanı şərəflə davam etdirdi. 
İsa  Muğannanın  1980-ci  illərdə  yazdığı  “İdeal” 
romanı və ilk dəfə 1993-cü ildə “Dünya” jurnalının 3-
cü nömrəsində çap edilən “Cəhənnəm” romanı Azər-
baycan  ədəbiyyatının  ilk  postmodern  əsərlərindən-
dir. “İdeal” romanı çap edildiyi ərəfədə ədəbiyyatda 
bir  inqilab  yaratdı.  Əsərdəki  Azərbaycan-türk  tari-
xinə,  o  cümlədən  də  dünya  tarixinə,  dilçiliyinə,  fəl-
səfi  konsepsiyasına  yeni  baxış,  SafAğ  konsepsiyası, 
OdƏr  mədəniyyəti,  mifik  zamanla  real  zaman  ara-
sında yazıçı manevrləri bizə bu fikirləri səsləndirmə-
yə imkan verir. 
İsa  Muğanna  (1928-2014)  Azərbaycan  magik 
realizminin,  postmodernizmin  yaradıcılarından  biri-
dir. Onun yaradıcılığını tədqiqatçılar iki böyük mər-
hələyə  bölür:  birinci  dövr  İsa  Hüseynov  kimi  ömrü-
nün 40 ildən çoxunu realist bir sənətkar olaraq, ikinci 
dövrü isə 1980-ci  illərin sonundan başlayaraq bütün 
keçmiş  üslubunu,  ideya  və  bədii  düşüncəsini,  ümu-
miyyətlə,  yaradıcılığını  bir  kənara  qoyaraq  moder-
nist bir yaradıcılığa İsa Muğanna kimi başlayıb, həm 
öz  yaradıcılığında,  həm  də  Azərbaycan  ədəbiyya-
tında yeni bir çağ açan, filosof sənətkar kimi yaşayıb 
yaradan yazıçı. 
Həm Azərbaycan və dünya oxucusuna yetərincə 
tanış olan akademik, dilçi alim, “Yarımçıq  əlyazma” 
(2004), “Sehirbazlar dərəsi”, “Unutmağa kimsə yox” 
romanlarının  müəllifi  kimi  tanınan  Kamal  Abdulla, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
187 
həm  də  həyatı  və  yaradıcılığı  baxımından  iki  müx-
təlif  dünya  yaşayan  İsa  Muğanna  “Kitabi-Dədə 
Qorqud”  dastanına  ənənəvi  düşüncədən  fərqli  ya-
naşmışdırlar.  Kamal  Abdulladan  fərqli  olaraq  İsa 
Muğanna “İdeal” və “Qəbiristan” romanlarının möv-
zusunu birbaşa olaraq “Kitabi-Dədə Qorqud” dasta-
nından almamışdır. Dastanın əslinin gizlədildiyi dü-
şüncəsində  olan  Muğanna  hər  iki  əsərində  dastan 
haqqında  bir  türkün  qəbul  edə  bilməyəcəyi  fikirləri 
səsləndirmişdir. Kamal Abdulla isə “Yarımçıq əlyaz-
ma”  əsərində  İsa  Muğannadan  fərqli  olaraq,  ümu-
miyyətlə, dastanın görünən qatını şübhə altına almış-
dır.  Məhz  buna  görə  də,  bu  yazıda  Türk  yazar  və 
araşdırmaçı İrfan Ülkünün İsa Muğannanı  “Azərbay-
canın  Folkneri"
130
  Kamal  Abdullanı  isə  “Azərbaycanın 
Umberto  Ekosu”
131
  adlandırdığı  əsərləri  üzərində  qu-
racaq,  dastana  qarşı  bu  fərqli  münasibətin  səbəb-
lərini,  yozumların  mahiyyətini,  araşdırmağa  çalışa-
cağıq. 
 
İsa  Muğannaya  görə  əlimizdə  olan  “Kitabi-Dədə 
Qorqud”  dastanı  bizim  deyilmiş.  Vatikanda  yazılıb,  izi 
azdırmaqdan  ötrü  Drezdenə  göndərilib,  nə  qədər  müm-
kündü  yayılıb  ki,  həqiqi  tariximizi  –  Bağdayımızı,  Bağ-
larımızı unudaq...”
132
 
Kamal Abdulla isə “Yarımçıq əlyazma”da kitab-
xanadan tapılmış yeni bir qədim əlyazmanın əslində 
                                                 
130
 İsa Muğanna, Qəbiristan. Bakı: Hədəf nəşrləri 2013, s 232. 
131
Salamoğlu  T,  "Yarımçıq  Əlyazma"  Postmodernizm..."  www.kitabxana.net 
(12.09.2015) 
132
 İsa Muğanna, İdeal, Bakı: Hədəf nəşrləri 2013, s 680. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
188 
“Kitabi-Dədə Qorqud” dastanının bizə məlum olma-
yan  batini  kimi  təqdim  edir.  O  batin  ki,  bütün  türk 
dünyasının bilici, müdrik, ağsaqqal kimi qəbul etdiyi 
Dədə  Qorqudu  xanın  katibi  və  dedi-qodularla  məş-
ğul  biri  kimi  təqdim  etmiş,  Beyrək  kimi  üzü  niqablı 
bir ər Təpəgözün qorxusundan qaçıb kafirə sığınmış, 
dillərdə  dastan  olan  Beyrək  və  Banuçiçək  sevgisi 
yalan imiş, Beyrək kafir qızları ilə əylənib Banuçiçəyi 
aldadıb,  Salur  Qazan kimi  tanıdığımız  el  qəhrəmanı 
Oğuzu ikiyə bölən məkrli biri imiş, Burla xatun kimi 
müqəddəsləşdirilmiş  qadın  obrazı  öz  ilk  sevgisinə 
görə  atasının  xanimanından  istifadə  edərək  Qazan 
Xanı  öz  oyunlarına  qurban  etmişdir.  İsa  Muğanna 
“Kitabi-Dədə  Qorqud”  bizə  təhrif  edilərək  təqdim 
edilmişdir”  deyərkən,  mətnin  əslinin  əlimizdə  olan-
dan  daha  mükəmməl  olduğunu,  türk  tarixinin  sim-
vollarını,  gizlin  şifrələrini  özündə  daşıdığını  vur-
ğulamaq  istərkən,  Kamal  Abdulla  əlimizdə  olan 
mətnin əslində pafoslu olduğunu, bu pafosun yalan-
çı qəhrəmanlıq yaratdığı qənaətinə gəlir və oxucuya 
ruh düşkünlüyü yaradan bir bədii mətn təqdim edir. 
Azərbaycan  Yazıçılar  Birliyinin  sədri  Anar  bu  möv-
zuda  həssaslığını  gizlədə  bilməyib  və  müxtəlif 
zamanlarda  hər  iki  yazıçıya  da  təqribən  eyni  sərt 
münasibəti göstərmişdir. O, İsa Muğannanın 80 illik 
yubileyi münasibətilə 2008-ci ildə ədəbiyyat qəzetin-
də  yazdığı  yubiley  məqaləsində  qeyd  edir,  “İdeal”da 
“Kitabi-Dədə  Qorqud”  haqqında  verilən  hökmlər  də  əda-
lətsizdir. İsanı nə qədər çox sevsəm də, Dədə Qorqudu on-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
189 
dan  da  çox  sevirəm.
133
  Kamal  Abdullanın  “Yarımçıq 
əlyazma”sı  ilə  əlaqədar  isə  bunları  ifadə  edir:  “Çağ-
daş edebiyatımızın değerli bir numunesi olarak kabul edi-
yorum ve Dede Korkut çalışmalarında başarılar diliyorum 
ama  Dede  Korkut  ve  Beyrek  için  biraz  olsun  insaflı  dav-
ran!”
134
 
Təqdim  etdiyim  bu  kiçik  bilgilərdən  də  gö-
ründüyü kimi hər iki yazar dolayısı ilə “Kitabi-Dədə 
Qorqud” dastanının əlimizdə olan varinatlarının təh-
rif  edilmiş  olduğunu  söyləyir.  Əlbəttə  ki,  hər  iki 
əsərin  tarix  yox,  məhz  bədii  mətn  olduğunu  anlayı-
rıq.  Bədii  mətn  isə  yazıçının  birbaşa  da  olmasa  gəl-
diyi öz qənaətləridir. Görmək istədiklərinin yeni yo-
zumda  təqdimatıdır.  Nəzərə  alsaq  ki,  bu  gün  bədii 
əsərin  oxucuda  buraxdığı  təsirlər  tarixi  əsərlərdən 
daha  dərindir,  demək  postmodernizmin  ən  böyük 
silahı olan  inandırmaq bacarıqları  istənilən oxucunu 
təbəddülata salmaya bilməz. 
Maraqlıdır,  görəsən,  yazıçıların  gəldiyi  bu  qə-
naətə elmdə münasibət necədir? Tarix elmi bu haqda 
nələr yazır. Axı etiraf edək ki, bu möhtəşəm abidənin 
bizə  gəlib  çatan  hər  iki  variantını  bizə  Qərb  təqdim 
etmişdir. Bəlkə, həqiqətən də nələrsə real dünyamız-
dan  gizlədilib.  Əslində,  mənim  də  yazdığım  “Odər-
lər”  romanındakı  münasibət  hardasa  “İdeal”dakı  ilə 
eynidir.  OdƏrlər  romanının  baş  qəhrəmanı  Dədə 
Əfəndi  türk  gənclərə  müraciətində  deyir:  “Əslində 
“Dədə  Qoqrud”  dastanı  bizim  gördüyümüz  dastan  kimi 
                                                 
133
 İsa Muğanna, Qəbiristan, Bakı: Hədəf nəşrləri 2013,  s 211. 
134
 Azərbaycan. Ədəbi-bədii jurnal, Bakı 2014, №10. 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə