Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə59/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
217 
İsa  Muğanna:  Var,  yazmışam  bioqrafik  oçerkdə.  İsa 
əfəndi  mənim  əmimdir.  Atatürkə  məktub  göndərib 
ki, Atatürk Azərbaycanla Türkiyəni birləşdirsin. Bu-
nu  da  İncədərəsi  adlı  yer  var  orda  musavat  zabiti... 
Tiflisdən  gəlib  İncədərəsinə  ordu  yığmağa  ki,  Gən-
cəni təzədən ələ keçirsin, musavatı qursun. Bu da İsa 
Əfəndinin  köhnə  naziri  olub.  Bu  da  üzüyün  qaşın-
dan zəhəri töküb onun içdiyi suya. 
 
Əli  İbrahimbəyli:İsa  müəllim,  Qarabağla  bağlı  yeni 
əsər düşünürsünüzmü? 
 
İsa  Muğanna:  Yox...“Qəbiristan”  elə  əsərdir  ki, 
bütün  daxili  ziddiyyətlərlə  əlaqədar  olduğu  üçün 
ikinci əsər yazmaq istəmirəm Ermənistana. Nədi axı 
ermənilər?  Erməni  müvəqqətidir  yer  üzündə.  O  qə-
dər  şey  yazmışam  ki,  ermənilərlə  əlaqədar  olaraq 
kitabların  hamısında.  Gülənov  var  idi  “İdeal”da,  o 
da ermənidir. 
 
Şəmil  Sadiq:  “Türk”  sözünə  siz  “tərik”  deyirsiniz 
də– Tərk olunmuş... 
 
İsa  Muğanna:  Türk  tərikdir.  Onlar  I  Aleksandrın 
dövründə  Muğan  düzündən  köçürülüblər  Qazaxa, 
Türkiyəyə...  1  milyon...  Türkiyənin  Muğla  vilayəti 
var... Hamısı muğannalardır. Hər yerdə var. 
 
Əli İbrahimbəyli: İsa müəllim, Heydər Əliyevin sizi 
təltif etməyinin tarixi yadınızdadırmı? 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
218 
İsa Muğanna: Yadımdan çıxıb ili... 
 
Əli  İbrahimbəyli:  İsa  müəllim,  bu  yazıçı,  şairlərdən 
ən çox kiminlə yaxınlıq etmisiniz? 
 
İsa Muğanna: İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Mehdi 
Hüseynlə... 43 nəfər partiya üzvü var idi. Onun 40-ı 
hər  iclasda  məni  döyürdü.  Axırı  Moskvaya  məktub 
yazdılar  ki,  Mehdi  Hüseyn  öz  qohumunu  bizə  qarşı 
qoyub  antisovet  əsərlər  yazır.  Biz  bunu  partiyadan 
çıxartmaq  istəyirik,  Mehdi  Hüseyn  qoymur.  Ordan 
siyasi  şöbədən  birini  –  Şofirov  adlı  yəhudini  göndə-
riblər bura. O plenum çağırdı – yazıçıların plenumu-
nu.  Yenə  40  nəfər  hamısı  danışdı,  hamısı  döydü... 
Şofirov  dedi  ki,  son  sözü  Əjdəroviç  deyəcək  –  Ali 
sovetin  sədri.  Mirzə  Əjdəroviç  çıxdı  tribunaya,  qış-
qırdı  ki,  “nə  istəyirsiniz?  Öldürməkmi  istəyirsiniz? 
Bu  ürəyinin  qanı  ilə  yazıb  əsərlərini.  Nə  Mehdi  onu 
sizə qarşı qoyub, nə də özü... Siz özünüzü ona qarşı 
qoymusunuz” – dedi düşdü tribunadan, iclas bitdi. 
 
Şəmil Sadiq: Neçənci ildə olub bu? 
 
İsa Muğanna: 1961 
 
Əli  İbrahimbəyli:  Mirzə  İbrahimov  kişi  adam  idi. 
1956-cı ildə dil məsələsində riskə getdi. 
 
İsa  Muğanna:  O  dil  məsələsinə  görə  Azərbaycanı 
sürmək  istəyirdilər,  türkə  yaxındır,  olmasın  burda. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
219 
Sonra  getdi  o  Kalinlə  danışdı.  O  da  ürəyiyumşaq 
adam idi. Mirzəyə icazə verdilər ki, Azərbaycan dili 
dövlət  dili  olsun.  O  da  gəldi  qəbiristanlığa,  Səməd 
ölmüşdü onda. Dedi ki, “ay Səməd, ruhun şad olsun 
Azərbaycan dili dövlət dili oldu. Yurdumuzda qalası 
olduq”. 
 
Əli İbrahimbəyli: Siz Səməd Vurğunla görüşmüşdü-
nüzmü? 
 
İsa  Muğanna:Hə,  Səməd  tez  öldü.  Fadeyev  yaman 
içirdi.  Bizim  də  Moskvada  yataqxanamız  vardı.  O 
gəlib o qədər içib ki,  düşüb kanala. Biz getdik çəkib 
çıxartdıq. 
 
Əli  İbrahimbəyli:  İsa  müəllim,  siz  Moskvada  Ədə-
biyyat İnstitutunda kimlə oxumusunuz? 
 
İsa  Muğanna:  Bizdən  Samət  Əlizadə,  Nəbi  Xəzri, 
mən – üçümüz idik. 
 
Əli İbrahimbəyli:  Əli Kərim özünü həqiqətənmi as-
mışdı? Yoxsa bu şaiyə idi? 
 
İsa  Muğanna:  Yooox..  Əli  Kərim  ürəyindən  gedib. 
Xəstə idi, çox içirdi. 
 
Əli İbrahimbəyli: İsa müəllim, bu Yazıçılar İttifaqın-
dan gələn-gedən, axtaran varmı sizi? 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
220 
İsa Muğanna: Hərdən Anar zəng edir. Bu yaxınlarda 
çağırdı  “Nəsimi”  mükafatı  verdi.  Beş  min  manat... 
Mənim  qədrimi  bilir.  Mənim  cavanlıqda  ona,  Elçinə 
çox köməyim dəyib. 
 
Əli  İbrahimbəyli:  Belə  demək  olarmı  ki,  Rəsul  Rza 
Anardan bir az daha kiçik adam olub? 
 
İsa Muğanna: Rəsul çox mürəkkəb adam idi. Kişiliyi 
mürəkkəbliyindən gəlirdi. Mən bir dəfə gəldim gör-
düm  ki,  Rəsul  durub  pəncərənin  qabağında,  Mehdi 
Hüseyn  də  buna  deyir  ki,  “Rəsul  sən  nə  vaxt  düzə-
ləcəksən?  Sən  düzələn  deyilsən”.  Bilmədim  söhbət 
nədən gedir, mən də çox soruşmadım. Amma Rəsu-
lun subyektiv cəhətləri var idi. Məsələn, Vaqifi, Aşıq 
Ələsgəri bəyənmirdi.  Mayakovskinin təsiri  ilə yazır-
dı. Çox savadlı adam idi. Rəsul şair olmağına şair idi, 
amma adamlığında bir az subyektiv tərəfləri var idi. 
Mehdiylə  yola  getmirdi.  Məsələn,  mən  buna  key 
salam  verirdim.  Bir  dəfə  yolda  tutdu  məni  dedi  ki, 
“Salam verirsən adam kimi ver, vermirsən rədd ol”. 
Nigar xanım bir gün çıxdı tribunaya dedi ki, “İsanın 
yazılarında  və  simasında  fransız  siması  var.  Mən 
onun yazılarını da, özünü də sevirəm”. 
 
Əli  İbrahimbəyli:  İsa  müəllim,  bu  elit  təbəqə  istər 
yazar,  istər  həkim,  istər  müəllim,  heç  vaxt  yola  get-
mir. 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə