Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə55/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
200 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
201 
İsa Muğanna ilə ilk tanışlıq 
 
Ustadımla ilk şəxsi tanışlığımız 12.12.2012-ci 
ildə baş tutmuşdu. Dəfələrlə qeyd etdiyim kimi, bu 
tanışlığın  yaranmasında  dostum  Əli  İbrahimbəyli-
nin  böyük  dəstəyi  olmuşdu.  Əli  müəllim  çox  eh-
tiyatlı  və  diqqətli  adam  olduğundan  elə  görüşə  də 
fotoaparatla getmişdi. Bizi çox mehribanlıqla qarşı-
layan Muğanna ailəsi bundan sonrakı görüşlərimiz 
kimi  yemək  yeməyimizi  israrla  istəmişdi.  Söhbət 
əsnasında da icazə alıb söhbətlərimizin yazılmasını 
istədik. Ustad da etiraz etmədi. Bir gün bir monoq-
rafiya  yazacağam  və  bu  söhbəti  də  ora  yerləşdir-
məyi  düşünəcəyəm  deyə  ağlımdan  heç  nə  keçmə-
mişdi  təbii  ki.  Sadəcə  onunla  olan  hər  dəqiqə  mə-
nim  üçün  önəmli  olduğundan  bu  tarixi  söhbəti 
unutmayım  deyə  telefonuma  yazmışdım.  İndi  isə 
üstündən  xeyli  zaman  keçib  və  bu  söhbətləri  ədə-
biyyatçıların, oxucuların da oxumasını düşünürəm. 
Bəzi  məqamlar  böyük  ajiataj  gətirə  bilər  bəlkə  də, 
amma ustad özü demişdi ki, mən olmayanda verər-
siniz... Məhz ona görə də söhbətimizi redaktə etmə-
dən sizlərə təqdim edirəm... 
 
Əli İbrahimbəyli:İsa  müəllim, Siz böyük masştabda 
Azərbaycan  xalqına  xidmət  edirsiniz.  Biz  də  istədik 
ki,  kiçik  masştabla  da  olsa,  görkəmli  şəxsiyyətləri 
həm  ölkə  daxilində,  həm  də  ölkə  xaricində  –  dün-
yada tanıdaq. Şəmil müəllim “Hədəf” nəşrlər evinin 
sahibidir. Müxtəlif kitablar nəşr edirlər. Özü alimdir, 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
202 
elmlər namizədidir, ədəbiyyatşünasdır. Bir neçə kita-
bını da gətirib sizin üçün. 
 
Şəmil  Sadiq:  Bu  romandır  (Ümidlərin  izi  ilə),  İsa 
müəllim,  Qarabağ  mövzusundadır.  Bu  əsərdə  çox 
fikirləşirdim  ki,  sevdiyim  “İdealı”  necə  daxil  edim 
əsərə. Orda maraqlı bir hadisə var, deyir ki,  əsir qız 
sevgilisindən məktub alır və onu çox sevdiyi “İdeal”-
əsərinin arasında gizlədir. Bu da Hüseyn Cavid haq-
qında monoqrafiyadır. Həm də Cavidşünasam, dok-
torluğu  da  bu  mövzuda  götürəcəm  inşallah.  Sizinlə 
görüşməkdə məqsədimizi Əli müəllim dedi... 
 
Əli  İbrahimbəyli:  İsa  müəllim,  iki  gün  əvvəl  sizin 
vətəninizdəydik,  Ağstafada.  Orda  sizi  axtardıq.  Elb-
rus müəllimin köməyi ilə gəldik sizin qəbulunuza. 
 
İsa Muğanna: Çox sağ olun... İcra aparatından mənə 
dedilər ki, Naxçıvandan gəliblər, 8 nəfərdilər. 
 
Əli İbrahimbəyli: Biz iki nəfər getmişdik. Amma sizi 
orda  tapmadıq,  qərara  gəldik  ki,  gələk  sizi  Bakıda 
ziyarət edək. 
 
İsa Muğanna: Çox sağ olun. Sizin gəlişiniz məni ruh-
landırır ki, hələ də məni axtaran var. Cavan uşaqlar – 
oxucular gəlirlər. Çox xəstə yatdım mən Mərkəzi Kli-
nikada.  İki  dəfə  klinik  ölüm  keçirdim  –  altı  və 
doqquz dəqiqə. Sonra evdə yatdım. İndi Allaha dua 
edirəm ki, nə yaxşı möhlət verdi, beynimdəki əsərlər 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
203 
mənimlə getməsin planetə. Üç-dörd gün qabaq birini 
yazmışdım.  Onun  üstündə  işlədim  qurtardım.  İndi 
dincəlirəm. 
 
Əli İbrahimbəyli: Bu son əsəriniz iri həcmli roman-
dır? 
 
İsa  Muğanna:  Bu,  yəni  Süleyman  peyğəmbər  demi-
rikmi? 
 
Şəmil Sadiq:Əsəlmən... 
 
İsa Muğanna: Əsəlmən OdƏr dilindədir... Xarici dil-
lərdə Solomondur. Əfsanələrdə deyirlər ki, uçan xal-
çası  olub.  Dünyanı  səyahətə  çıxıb.  Hətta  Nizamidə 
bu  haqda  hekayət  də  var.  Hekayətdə  deyilir  ki, 
“Süleyman  peyğəmbər  gəlir  görür  ki,  bir  qoca  quru 
yerə  buğda  səpir.  Soruşur  ki,  niyə  quru  yerə  səpir-
sən?  Qoca  göyü  göstərir,  deyir  ki,  ordan  gəlsə  bitə-
cək, gəlməsə bitməyəcək”. 
Mən ora baxıram. Mən bu Süleymanın həyatı-
na  fantastik  elementlər  qatmışam.  Çalışmışam  ki, 
maraqlı  olsun.  Yüz  səhifəlik  povestdir.  Mənim  son 
vaxtlar  yazdıqlarım  qısa  olur.  Bir  az  “İdeal”  və 
“Məhşər” iridir... 
 
Şəmil Sadiq:İsa müəllim, bu Süleyman peyğəmbərin 
arvadı  var,  Bilqeys...  O  işıqlandırılıb,  yoxsa?  Səbael 
adlı olması, Bakıda xaqan olması orda da varmı? 
 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
204 
İsa  Muğanna:  Onu  mən  necə  informasiya  almışam-
sa, elə də işıqlandırmışam. OdƏr dilində “Od Gəlin”i 
xalq  arasında  elə“Ağ  Gəlin”  də  gedir.  Məncə,  pis 
alınmayıb. 
 
Şəmil Sadiq:İsa müəllim, bunların çapı necədir? Yə-
ni kitab kimi ortaya qoyulması? 
 
İsa  Muğanna:  Mənim  bir  neçə  povestim  var,  jur-
nalda  çıxıb.  Amma  hələ  kitab  halında  çap  etdirmə-
mişəm.  Gözlədim ki,  bu da  çıxsın bunların  hamısını 
bir araya yığım sənin kimi yaxşı bir oğlana verim çap 
eləsin... 
 
Şəmil  Sadiq:  Elə  bizim  məramımız  da  budur. 
İnşallah  indi  burda  məsləhətləşərik  bu  haqda.  Mən 
çox  istəyərəm  ki  “İdeal”ı,  Məhşər”i,  digər  əsərləri-
nizidə yenidən nəşr edim. Biz nəşriyyat olaraq sizin 
irsinizi  davam  etdirmək  üçün  kitablarınızı  yenidən 
çap etmək istəyirik. Bu, bizim mənəvi borcumuzdur. 
Son  oxuduğum  povest  “Sarı  gəlin”lə  bağlı  povesti-
nizdir. 
 
İsa  Muğanna:  O  əsəri  şikəst  ediblər.  Mən  redaktora 
də  məktub  yazmışam...  Hələ  mənim  əsərlərimə  əl 
vuran  olmayıb.  Götürüb  ixtisar  ediblər.  İnşallah  bu 
da jurnalda  çıxsın, dörd-beş jurnaldır. Bir yerə yığıb 
hamısını verərəm sənə... 
 
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə